FACT-INFO.AZ » XƏBƏR » Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
13-08-2026, 17:00 | XƏBƏR
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyanın "Kommersant", "İnterfaks", "Вестник Кавказа" və "NEWS.ru" media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar.

"Kommersant" Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini önə çəkib. Nəşr Prezident İlham Əliyevin müsahibəsində bu barədə səsləndirdiyi "yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq" fikirlərini oxucuların diqqətə çatdırıb.

"İnterfaks" isə enerji ixracının genişləndirilməsi, elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazilərindən Avropaya çatdırılması, "Black Sea Energy" layihəsi, eləcə də Naxçıvanda Günəş elektrik stansiyalarının gücünün artırılması ilə bağlı məlumatlara geniş yer ayırıb. Agentlik xəbərində, həmçinin Prezident İlham Əliyevin TRIPP layihəsi ilə bağlı açıqlamalarına da yer verib.

Agentlik Zəngəzur dəhlizi üzrə praktiki işlərin başlanması, Horadiz-Ağbənd avtomobil yolunun hazırkı vəziyyəti, dəmir yolunun 2027-ci ildə Ermənistan sərhədinə çatdırılmasının planlaşdırılması və marşrutun illik 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacağı barədə məlumatları oxucularına çatdırıb. Qeyd edilib ki, Naxçıvan dəmir yolunun yenidən qurulması və ümumi uzunluğunun 194,2 kilometrə çatdırılması, həmçinin 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

"Вестник Кавказа" Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi, eləcə də Zəngəzur dəhlizinin nəqliyyat imkanları ilə bağlı fikirləri xüsusi qeyd edib.

"NEWS.ru" portalı isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə elektrik verilişi xətlərinin çəkilməsi layihəsinin hazır olması barədə Prezident İlham Əliyevin açıqlamasını yayıb.

Gürcüstanın "Interpressnews.ge", "1TV.ge" və "BPN.ge" xəbər portalları da Prezident İlham Əliyevin fikirlərinə geniş yer verib.

"1TV.ge" saytı dövlətimizin başçısının Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın Ermənistan üçün əhəmiyyəti ilə bağlı açıqlamalarını oxucularına çatdırıb. Eyni zamanda, sənədin Ermənistan üçün kapitulyasiya aktı kimi qiymətləndirilməsi barədə fikirlərə də diqqət ayrılıb.

"Interpressnews.ge" portalının xəbərində qeyd edilib ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi ixrac etmək niyyətindədir. Bu istiqamətdə əsas marşrut Gürcüstan və Türkiyə ərazilərindən keçəcək. Eləcə də Qara dəniz enerji kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb. Sayt, həmçinin Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının bütün region üçün təhlükə mənbəyi olduğu, onun gec-tez fəaliyyətinin dayandırılmasının zəruriliyi və TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisində elektrikötürücü infrastrukturun yaradılması ilə bağlı fikirlərini ayrıca yayımlayıb.

"BPN.ge" isə yaydığı informasiyada Azərbaycanın Avropa enerji bazarına çıxmaq planını, bu məqsədlə Gürcüstan və Türkiyə üzərindən keçəcək marşrutun əhəmiyyətini ön plana çıxarıb. Portal dövlətimizin başçısının bu marşrutun hazırda yeganə çıxış yolu olması barədə fikrini sitat olaraq gətirib: "Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik".

"Ambebi.ge" saytı da öz oxucularına Prezident İlham Əliyevin Ermənistanın atom elektrik stansiyasının köhnəlməsi və regiona təhlükə yaratması, stansiya bağlandıqdan sonra yaranacaq enerji böhranı ilə bağlı fikirlərini təqdim edib.

Türkiyə mediası da Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mühüm məqamları geniş işıqlandırıb.

"Anadolu Agentliyi", "Haberler.com", "Doğruhaber" və "Yeni Akit" kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb.

"Yozgat", "Türkgün", "YeniBirlik", "SonDakika.com" və "Saraymedya" Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olmasına, Cəbrayılda böyük yarımstansiyanın inşasına və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət yetirib.

"Ankara NetHaber" enerji dəhlizinin Ermənistan ərazisindən Naxçıvana, oradan Türkiyə və Avropaya uzanacağını, rəsmi İrəvan üçün alternativ enerji mənbəyi yarada biləcəyini vurğulayıb.

"Yeni Akit" qəzeti Ermənistanın atom elektrik stansiyasının yaratdığı təhlükəyə, "Fikirturu.com" portalı isə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında "C5+1" formatında nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın əhəmiyyətinə dair fikirləri oxucularına çatdırıb.

"TRHaber" ABŞ, Azərbaycan və Ermənistanın Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanatını işıqlandıraraq, sənəddə ötən il keçirilən görüşdən sonra əldə olunan irəliləyişlərə diqqət çəkildiyini, uzun illər davam edən münaqişəyə son qoyan təməlin möhkəmləndirilməsi və Cənubi Qafqazın daha firavan gələcəyə yönəldilməsi istiqamətində qətiyyətin ifadə olunduğunu qeyd edib.

Şimali Kiprin "Kıbrıs Türk" informasiya portalı isə Prezident İlham Əliyevin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olması, Zəngəzur dəhlizinin yalnız nəqliyyat deyil, həm də enerji, fiber-optik və gələcəkdə neft-qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı açıqlamalarına yer verib. Portal, həmçinin yaradılacaq enerji dəhlizinin Naxçıvandan Türkiyəyə və Avropaya uzanacağını, Azərbaycanın elektrik enerjisi ilə Avropa bazarına çıxmaq planı ilə bağlı fikirləri təqdim edib.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30