Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstində keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
Fact-info.az xəbər verir ki, Türkiyə lideri Ankarada Fələstin Prezidenti Mahmud Abbasla birgə keçirdiyi mətbuat konfransında seçki proseslərinin fələstinlilər arasında barışığın irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıb.
“Ümid edirəm ki, seçkilər Fələstində birlik və həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcək”, – deyən Türkiyə Prezidenti Ankaranın bütün platformalarda Fələstini bundan sonra da ən qətiyyətli şəkildə dəstəkləyəcəyinə əminliyini ifadə edib.
“Fələstin xalqına dəstək bütün bəşəriyyətin, xüsusilə də İslam dünyasının ümumi məsuliyyətidir. Biz paytaxtı Şərqi Qüds olan və 1967-ci il sərhədləri çərçivəsində yerləşən Fələstin uğrunda mübarizə aparacağıq”, – deyə Türkiyə Prezidenti bildirib. O, suveren Fələstin dövlətinin mövcudluğuna xələl gətirmək cəhdlərinin yolverilməz olduğunu vurğulayıb.
Baxış sayı: 110
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
