FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub
15-08-2026, 09:00 | MƏDƏNİYYƏT
Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında Azərbaycanın milli rəqsləri, musiqisi və mətbəxi ilə geniş şəkildə təqdim olunub.

Fact-info.az xəbər verir ki, ölkəmiz festivalda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Ritm” rəqs qrupu tərəfindən təmsil olunub. Festival günlərində “Balabançı” musiqi qrupunun müşayiəti ilə “Ritm” rəqs qrupu Azərbaycan milli rəqslərinin müxtəlif nümunələrini təqdim edib. Rəqqasların rəngarəng və özünəməxsus milli geyimləri, yüksəksəviyyəli xoreoqrafiyası və ifaların milli ruhu tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Rəqslərin quruluşunda Xalq artistləri Əlibaba Abdullayev, Roza Cəlilova, Əməkdar artist Telman Əliyev, həmçinin Fərhad Vəliyev, Anar Ağaoğlu və Şəhriyar Cəfərovun yaradıcılıq irsindən istifadə olunub. Milli geyimlərin rəssamı isə Leyla Əliyevadır.

Festivalda Azərbaycanla yanaşı, ABŞ, Cənubi Koreya, Uruqvay, Taiti, Meksika, Sloveniya, Hindistan, Slovakiya, Yeni Zelandiya və İndoneziyanın Sulavesi adasından olan folklor kollektivləri də iştirak edib. Bu ilki tədbirə 20 minə yaxın ziyarətçi qatılıb.

Festival çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi xüsusi sərgi stendi ilə də təmsil olunub. Stenddə Azərbaycan rəssamlığı, heykəltaraşlığı, xalçaçılığı, musiqisi və milli mətbəxi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ölkənin qədim tarixini və zəngin mədəni irsini əks etdirən kitablar, jurnallar və suvenirlər nümayiş etdirilib. Ziyarətçilərə milli təamlar və Azərbaycan şərabları da təqdim olunub.

Sərgi Fransa və digər ölkələrdən gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə Azərbaycanın qədim tarixi, maddi və qeyri-maddi mədəni irsi, milli dəyərləri barədə ətraflı məlumat verilib.

Festivalın ikinci günündə isə təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinə həsr olunmuş xüsusi şam yeməyi təşkil edilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları – ovduq, ətli badımcan çığırtması və şəkərbura təqdim olunub. Süfrələr Azərbaycan bayrağının rənglərində bəzədilib, qonaqlara ölkəmiz haqqında məlumatlandırıcı broşürlər də təqdim edilib.

Gecə “Balabançı” musiqi qrupunun ifasında Azərbaycan milli musiqi nümunələri ilə müşayiət olunub. Canlı ifalar tədbirə xüsusi ab-hava qatıb, Azərbaycan musiqisinin zənginliyi və özünəməxsusluğu festival iştirakçılarında böyük maraq doğurub. Qonaqlar milli musiqi nümunələri barədə müsbət təəssüratlarını bölüşüblər. Beləliklə, Azərbaycan festivalda yalnız folklor rəqsləri ilə deyil, həm də musiqisi, milli mətbəxi, sənətkarlığı və zəngin mədəni irsi ilə təqdim olunaraq, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.

Festival avqustun 16-dək davam edəcək.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30