FACT-INFO.AZ » İQTİSADİYYAT » İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
13-08-2026, 10:00 | İQTİSADİYYAT
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

Ölkənin iqtisadi, sosial və digər sahələrində olduğu kimi informasiya təhlükəsizliyi sahəsi də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezidentin ali diqqət və qayğısı ilə daim əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 10 avqust tarixli Fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib. Bununla da Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi sahəsində yeni hüquqi mərhələnin başlanğıcı qoyulub.

Fact-info.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin xüsusi çəkiyə malik olduğu dövrdə məhz bu sahəni tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi barədə ölkə başçısı tərəfindən Fərman qəbul edilməsi informasiya təhlükəsizliyi sahəsinə olan ali diqqət və qayğının bariz nümunəsidir.

Beynəlxalq təcrübə və qanunvericiliyin təhlili əsasında hazırlanmış dəyişikliklərə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tənzimləmə dairəsi genişləndirilərək informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı münasibətlər Qanunun tənzimlədiyi ictimai münasibətlərin dairəsinə daxil edilib.

Dəyişikliklər çərçivəsində ilk dəfə “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kiberməkan”, “kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT)”, “Milli CERT”, “Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT/GOV CERT”) və digər anlayışlar Qanunda təsbit olunub.

Yeni hüquqi mərhələnin ən vacib məqamlarından biri Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT/GOV CERT) qanunvericilik səviyyəsində hüquqi statusunun müəyyənləşdirilməsidir. Müvafiq Fərmanla Dövlət CERT-in səlahiyyətləri informasiya təhlükəsizliyi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçiriləcək.

Dövlət CERT-in əsas fəaliyyət istiqamətlərinə dövlət informasiya infrastrukturlarının kibertəhdid, kiberhücum və kiberinsidentlərə qarşı fasiləsiz monitorinqinin aparılması, təhlükəsiz internet şəbəkəsi ilə təmin edilməsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması və səbəblərinin araşdırılması, insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə proaktiv informasiya təhlükəsizliyi tədqiqatlarının aparılması daxildir.

Bununla yanaşı, “gov.az” domen zonasına bənzədilərək yaradılmış saxta domenlərin aşkarlanması və monitorinqi də Dövlət CERT-in fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

“Dəyişikliklərin tətbiqi ilə bağlı növbəti mərhələdə bir sıra hüquqi aktların hazırlanması nəzərdə tutulur. Belə ki, Qanunun tətbiqi barədə Fərmana əsasən “Dövlət CERT-in Əsasnaməsi, “Dövlət orqanlarına (qurumlarına), habelə mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə məxsus informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi Qaydaları” hazırlanacaq.

Yeni hüquqi çərçivə dövlətin informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, informasiya təhlükəsizliyi üzrə institusional mexanizmlərin gücləndirilməsinə və dövlət informasiya sistemlərinə qarşı mümkün təhdidlərə daha çevik və koordinasiyalı şəkildə cavab verilməsinə imkan verəcək”, - deyə XRİTDX-nin məlumatında qeyd olunub.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30