FACT-INFO.AZ » XƏBƏR » “Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçiriləcək
8-05-2026, 15:30 | XƏBƏR
“Türk dillərinin tibb terminləri sözlüyü” kitabının təqdimatı keçiriləcək

12 may 2026-cı il, saat 15.00-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinkasında “Türk Dillərinin Tibb Termler Sözlüyü” adlı çoxdilli kitabın təqdimatı keçiriləcəkdir. Kitab 2 ciliddən ibarətdir və 8000-ə yaxın tibb terminləri verilmişdir. Tibb terminləri 11 dildə, o cümlədən 9 türk dilində təqdim edilmişdir. Sözlər ilk sütunlarda ingilis və rus dillərində, sonrakı sütunlarda isə Azərbaycanca, Başqırtca, Qazaxca, Qaraqalpaqca, Qırğızca, Özbəkcə, Tatarca, Türkcə və Türkməncə qarşılıqlı şəkildə təqdim edilmişdir.


Kitab Türk Akademiyasınn təşkilatçılığı ilə nəşr edilmiş, Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir.  Kitabın təməlində Azərbaycanlı müəlliflər (Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov) tərəfindən hazırlanan ingilis, rus və Azərbaycanca tibb terminlərir təşkil etmişdir. Bundan sonra hər ölkədən 2-3 müəllif bu terminləri öz dillərinə tərcümə etmişlər. Kitab üzərində işlərə 3 il əvvəl başlanılmışdır.


Kitabın nəşrini tarixi hadisə kimi qiymətləndirmək olar və onun böyük elmi-praktiki əhəmiyyəti  vardır. İlk növbədə ayrı-ayrı türk dillərində yazılan məlumatları anlamağa imkan verəcək. İkinci növbədə müasir süni intellekt proqramları ilə bir dildə yazılan mətnləri başqa bir türk dilinə  elmi cəhətdən düzgün tərcüməsi üçün şərait yaranmışdır. Digər bir tərəfdən gələcəkdə türk dillərində ortaq və sinonim terminlərin ortaya çıxarılması üçün qapı açılmışdır.


Qeyd edək ki, türk dillərində  tibb  sözlüyün yaradılması təşəbbüsünə hələ 30 il əvvəl başlanılmisdir. 1997-ci ildə  “Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti” adlı kitab nəşr edilmiş, 600-ə yaxın tibbi terminlərin  latınca, ingiliscə, rusca, azərbaycanca, türkcə, qazaxca və özbəkcə varinatları yer almışdır. Daha sonra “Kardiovaskulyar sözlük” (2000) və 1500-əyaxın “Çoxdilli anatomiya terminləri lüğəti” (2008) hazırlanmıdır.  Bu üç kitabda türk dilləri üçün hələ 1996-cı ildə müəlliflərin özləri tərəfindən hazırlanmış ortaq əlifba istifadə edilmişdir.


Hazırkı lüğət isə 8000-ı yaxın çox istifadə edilən tibb terminlərini əhatə edir və 9 türk dilində verimiş, Azərbaycancada, Türkcə, Qaraqalpakca, Özbəkcə və Türkməncədə latın əsaslı öz əlifbaları ilə, Başqırtca, Qazaxca, Qırğızca və Tatarca da isə kiril əsaslı əlifba istifadə edilmişdir.


Kitaba ilk baxışda aydın görünür ki, türk dillərində əksər terminlər biri-birinə yaxındır, kökləri eynidir və əsasən deyim fərqləri var. Hesab edirik ki, bu terminlərin ortaq əlifba ilə yazılması anlaşılmasnı daha da asanlaşdırıcaqdır.


Kitabı aşağıdakı link və QR-kod ilə görmək olar.


https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages


https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol

 




Baxış sayı: 220
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30