FACT-INFO.AZ » AKTUAL » Tarix yazan şəhidimiz Yaqub Yaqubzadənin bu gün doğum günüdür
22-04-2026, 08:30 | AKTUAL
Tarix yazan şəhidimiz Yaqub Yaqubzadənin bu gün doğum günüdür

 Xəzər rayonunun Qala qəsəbəsində Yaqub Yaqubzadənin ata evini  axtararkən öncə bizə şəhidimizin yol kənarında ucalan şəkli və dalğalanan üç rəngli bayrağımız  istiqamət verdi. Bu bayraq həm də qəhrəmanlarımızın döyüşdüyü, işğaldan azad etdiyi müqəddəs torpaqlarda dalğalanır. Bu gün ona görə, şəhidlərimizin ruhu şaddır.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə  Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaqub oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə  “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”  və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidimizin anası Məmmədova Səmurə xanım Yaqubla bağlı danışır:

 –Yaqub 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Sonradan biz Bakıya köçmüşük. Yaqub 2005–2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. O, özündən böyük iki bacısı ilə hər gün sevinclə məktəbə gedirdi. Mən mütəmadi olaraq Yaqubun təhsil aldığı məktəbə, xüsusulə, valideyn iclaslarına gedirdim. O, çox nümunəvi şagird idi. 6-cı sinifdə oxuyanda atası ona kompüter aldı. Yaqubun bir xüsusiyyəti də var idi ki, o, Azərbaycanın tarixi ilə daha çox maraqlanırdı, öyrənirdi. Texniki elmlər sahəsində ali təhsil almasına baxmayaraq, tariximizi çox sevirdi. Hər dəfə deyirdi ki, Qarabağın işğaldan azad olunmasında mən özüm iştirak edəcəyəm. Övladım bu yolda şəhid oldu.

Səmurə xanım  Yaqubun ali məktəb və sonradan hərbi xidmət dövrünü xatırlayır: “Yaqub orta məktəbi yüksək qiymətlərlə bitirdi. Elə oldu ki, 2016-cı ildən Tbilisi şəhərində Avropa Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil almalı oldu. Ali məktəbi bitirən kimi hərbi xidmətə çağırıldı.  2020-ci ilin iyul ayında Yaqub həqiqi hərbi xidmətə getdi. Gəncədəki “N” saylı hərbi hissədə xidmət edirdi. İkinci Qarabağ müharibəsi başlayanda o, döyüşlərə  qatılır.  Sentyabrın  28-də atası  Yaqubla danışır və ona  mənə zəng etməyi tapşırır. Amma  o, zəng etmədi. Bu gün də mən onun  zəngini  gözləyirəm. Sonradan, daha doğrusu, oktyabrın 2-də atası Yaqubla çox çətinliklə əlaqə saxlayıb danışır. Döyüş  yoldaşlarının verdiyi məlumata görə,  həmin telefon zəngindən iki saat sonra  çox ağır döyüş zamanı  Yaqub şəhid olur”.


Şəhidimizin bacısı Nərmin Yaqubzadə söhbətə qoşulur: “Uşaq vaxtı işdən evə qayıdanda qardaşım da adətən dostları ilə görüşmək üçün evdən çıxardı. Məhəllədə qarşılaşanda bir-birimizə baxıb görməməzlik edirdik. Amma bir az keçəndən sonra göz-gözə gəlib, ikimiz də gülümsəyirdik. İndi isə həmin məhəllədən keçəndə sənin o baxışların, o təbəssümün gözümün önündə canlanır. Amma bu dəfə mən gülmürəm… susuram… və içimdə boğduğum göz yaşlarıyla qəhərlənirəm.  Onu əsgərliyə yola saldığımız gün içimdə elə bir narahatlıq vardı ki... amma üzə vurmurdum. O, güclü görünürdü. Qorxusuz idi. Sanki əvvəlcədən bilirdi ki, bu yol onu əbədiyyətə aparacaq”.

Şəhidimizin digər bacısı Sima Yaqubzadə də kövrək xatirələrini  bölüşür: “Qardaşım Yaqub evimizin balacası olmasına baxmayaraq, ərköyün deyildi. Hamımız onu sevsək də, ona evimzin balacasıdır deyə, xüsusi diqqət göstərsək də, bundan istifadə etməyib. O, çox dərin düşüncəli və ətrafındakılara qarşı olduqca diqqətli idi. Bəlkə də bizə verilən tərbiyədən  idi ki, üçümüz də belə böyümüşük. Bizim aramızda yaş fərqimiz az olduğundan bir-birimizlə bacı-qardaşdan əlavə dost olmuşuq. Çox zarafatlaşırdıq. Hətta ciddi problemlərimizi belə bir-birimizə zarafata salaraq deyirdik. Yadda qalan xatirələrimizdən ən çoxu bu idi ki, bir-birimizi harada görsək görməzliyə vururduq. Bu bizim bir-birimizə olan, dilə gətirməyə utandığımız, amma davranışımızla göstərdiyimiz  sevginin və qayğının göstəricisi idi. Bəlkə də uşaq idik deyə bu bizdə belə alınırdı. Bunun kimi bir çox xatirələrimiz var, amma onlar haqqında bəhs etmək çətindir. Atamın işğal altında olan doğma torpaqlarımız haqqında danışdıqları bizim üçün maraqlı idi. O, bizə oradakı uşaqlıq xatirələrindən danışırdı. Danışdıqca bizdə həmin yerlərə maraq yaranırdı. Mən və Yaqub tez-tez həmin yerlərin şəkillərinə baxar, xəyalımızda ora səyahət edərdik. Uşaq təsəvvürümüzdə o yerlər əlçatmaz görünürdü. Amma indi ora getmək mümkündür. Və bu gün bunun mümkün olmasında pay sahibi olanlardan biri də qardaşım Yaqubdur. O yerlərə Yaqubsuz getmək... Bu həmişə çətin olacaq. Amma hər zaman onunla fəxr etmişəm və edəcəyəm də. Mənim balaca Yaqubum”.

  

Şəhidin döyüş yoldaşı, 2-ci qrup əlil, Qarabağ qazisi Kənan  Məmmədov Yaqubla bağlı fikirlərini açıqlayıb: “Yaqub Yaqubzadə  haqqında günlərlə danışılacaq mövzu var. Bizim tanışlığımız qısa olsa da, ömür boyu unudulmayacaq tarixə çevrildi. Yaqubun həyatı ilə bağlı planları, arzuları çox idi. Əslən laçınlı olduğuna görə döyüşdə iştirak etməyindən məmnun və sevincli idi. O, valideynlərindən Laçının nə vaxt və necə işğal olduğunu balaca yaşlarından soruşub maraqlandığını deyirdi. O, Vətəni ilə fəxr edir və belə günlərdə müharibədə iştirak etməsindən qürur duyurdu. Yaqub özü haqqında az danışardı. Amma arzularının böyük olduğunu görürdüm. Evin tək oğlu olmasına baxmayaraq, o, heç bir döyüş tapşırığından yayınmayan və ona verilmiş tapşırıqları məsuliyyətlə icra edən döyüşçü idi. Axşamlar sığınacağa qayıdanda dərdləşirdik, danışırdıq. Onunla eyni gündə yaralandıq. Mən yaralananda ondan xəbərsiz idim. Həmin gün başqa postlarda idik. Beləcə oktyabrın 1-dən sonra bir daha görüşə bilmədik. Mənə son sözü isə bu oldu ki, əgər başımıza bir iş gəlsə, o zaman valideyinlərimi tapıb görüşərsən. O, döyüş zamanı hər kəsdən öndə gedib, heç nədən qorxmadan çəkinmədən döyüşə qatılıb. Çox mərd döyüşçü olub.  Məkanın cənnət olsun, Yaqub!” 


Mənbə:

Əkrəm Bəydəmirlinin  “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı



 

 


 

 

 

 

 




Baxış sayı: 290
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031