FACT-INFO.AZ » AKTUAL » Repressiya dönəmində erməni müstəntiqlər tarixi düşmənçiliklərini davam etdiriblər
28-03-2026, 10:00 | AKTUAL
Repressiya dönəmində erməni müstəntiqlər tarixi düşmənçiliklərini davam etdiriblər
Repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir. Həmçinin indiki zaman konteksindən yanışıb o dövrdəki prosesləri araşdırıb, kimlərisə təhdid etmək, aşağılamaq doğru olmaz.
Ruhulla Axundovla bağlı bəzi məqamlara nəzər salaq.
Bu gün Ruhulla Axundov haqqında birmənalı fikir olmasa da, bu insan xidmət etdiyi, inandığı rejim tərəfindən repressiyaya məruz qalır, qətlə yetirilir. Bizim hədəfimiz bu gün kimisə ittiham etmək, kimisə aşağılamaq deyil. Əsas məqsəd repressiya ilə bağlı qaranlıq məqamları üzə çıxarmaqdır. Hər zaman qeyd etdiyimiz kimi, zaman ən ədalətli hakimdir. Qalan bir çox məqamları zamanın öhdəsinə buraxaq.
Ruhulla Axundov 1897-ci il yanvarın 13-də Bakının Şüvəlan kəndində dünyaya gəlib. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil alan publisist bu illərdə Avropa dillərini öyrənib. 1916-cı ildə mətbəədə işləyən Ruhulla Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. O, latın əlifbasına keçidin tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.
Ruhulla Axundov 1918-ci ildə Bakı Sovetinin "İzvestiya", 1919-cu ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan "Kommunist" qəzetinin baş redaktoru vəzifələrini icra edib. Üç respublikanın Zaqafqaziya Federasiyası şəklində birləşməsinə R.Axundov digər kommunistlərdən fərqli münasibət bəsləyərək, bunu vaxtı çatmamış kampaniya adlandırıb. Lakin o, sonradan mövqeyini dəyişərək ZSFSR və SSRİ-nin təşkilini müdafiə edib. R.Axundov 1924―1930-cu illərdə AK (b) P MK katibi, Azərbaycan SSR xalq maarif komissarı, Azərnəşrin direktoru vəzifələrində çalışıb.
Tədqiqatçı Aslan Kənan yazır: ”R.Axundovun adının müttəhimlər arasında hallandırılması təsadüfi deyildi. Həmin dövrlərdə R.Axundovun həbsi Azərbaycan Kominist (b) Partiyasının katibi M.C.Bağırovun təşəbbüsü nəticəsində həyata keçirilmişdi. Məhz bunun nəticəsi idi ki, müttəhimlərin əksəriyyətinin həbsini çox zaman R.Axundovla əlaqələndirirdilər”.
Çarlz K.Mouzer "Zaqafqaziya haqqında qeydlər" kitabında yazır: "Azərbaycan revkomunun tərkibi son dərəcədə tipikdir. R.Axundov savadlı olmasına baxmayaraq, bu bacarığını öz xalqının milli dövlətçiliyinin inkişafına deyil, işğalçı kommunist rejiminin güclənməsinə sərf edib. Onun çatışmayan ən başlıca cəhəti kommunist ideologiyasına ürəkdən inanması və buna görə öz xalqına qarşı fəaliyyət göstərməsi idi”.
R.Axundov fəaliyyətini Bakıda davam etdirir. Yenə də ona etimad göstərilir və o, bir sıra məsul vəzifələrdə çalışır. Amma 17 dekabr 1937-ci ildə vəziyyət yenidən dəyişir və onu “əksinqilabçı millətçi təşkilat”ın üzvü kimi həbs edirlər. Həmin gün də partiyadan çıxarılır. 1937-ci ilin sentyabrında isə Moskvaya göndərilir, “trotskiçi” kimi mühakimə olunur. 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilib. Partiya sıralarından uzaqlaşdırılan böyük alim ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunub. Qeyd edək ki, Ruhulla Axundov 1938-ci il aprelin 21-də güllələnilib və NKVD-nin gizli poliqonu olan "Kommunarka-Loza"da basdırılıb. Ölümündən sonra bəraət alıb.
Tədqiqatçı, professor Cəlal Qasımov yazır: “Ruhulla Axundov sözün bütün mənasında kommunist idi və belə bir kommunisti ləkələmək, eləcə də məhv etmək üçün erməni müstəntiqlərin əlinə böyük fürsət düşmüşdü. Mövcud vəziyyətdə totalitar rejimin və Mir Cəfər Bağırovun verdiyi bu fürsəti və şansı qaçırsaydılar, Markaryanlar və Qriqoryanlar bunu özlərinə bağışlamazdılar. Ona görə də, onlar müttəhimlərə fiziki, mənəvi-pisixoloji işgəncə verməklə R. Axundovun əleyhinə ifadə almağa çalışırdılar”.
Rejimin cəza aparatı demək olar ki, istəklərinə nail oldular. Dəhşətli işgəncələr istər Ruhulla Axundov, istərsə də digərlərini məhv etmək, sındırmaq üçün düşünülmüş mexanizm idi. Son vaxtlar müraciət etdiyimiz istintaq materiallarında bəzi maraqlı məqamlar diqqəti cəlb edir. Totalitar rejim olan sovet sistemi yeri məqamı gələndə öz tərəfdaşlarını da məhv etməkdən çəkinməyib. İstintaq materiallarına nəzər saldıqda bir daha aydın olur ki, həbs olunmuş şəxsi ittiham etmək və özlərinə lazımı cavabları almaq üçün rejimin metodologiyaları olub. Hansı cəza vasitələrini tətbiq ediblər onu demək çətindir. Amma reallıq ortadadır ki, Ruhulla Axundovdan istədikləri cavabı alıblar.
Sual: ―Məlum olub ki, antisovet türk təşkilatı ilə əməkdaşlıq edirsiniz. Bu barədə nə deyə bilərsiniz?
Ruhulla Axundovun cavabı: ―1934-cü ildə Həsən Səfərov Bakıya gəldi və məni məlumatlandırdı. Vaxtılə H. Səfərov Uralda çalışıb. O, təşkilatın Qafqaz üzrə katibi olub. Həmin təşkilat vasitəsilə Beriya, Mircəfər Bağırov və NKVD-nin rəisi Sumbatova qarşı terror aktı hazırlamışdı.
Sual: ―Daha hansı təşkilatla əlaqəniz olub?
Ruhulla Axundovun cavabı: ―Mənim 10-dan artıq təşkilatla əlaqəm olub. Qeyri-leqal musavat təşkilatı ilə əlaqəm olub. Mən təsdiqləyirəm ki, bu təşkilatlar antisovet mövqeyində olaraq casusluqla məşğul olub.(İstintaq işi. № 12493, DTX arxiv)
R. Axundovdan millətçi qrupun üzvlərinin adını soruşduqda o, Ağamir Məmmədovun, Əli Nazimin və Ələsgər Ələkbərovun adını çəkir.
Digər istintaq materiallarında oxşar dindirilmələr və özlərinə lazım olan cavablar yer alıb. Bütün bunlar bir daha sübut edir ki, sovet cəza maşını hər hansı şübhəli bildiyi və qəbul etmək istəmədiyi şəxsdən özlərinə məxsus istintaq yolu ilə lazım olan cavabı ala bilirdilər.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası RSFSR CM-in 58-5, 58-7, 58-8 və 58-11-ci maddələrinə əsasən Ruhulla Axundovu güllələnməyə məhkum etmişdir. Hökm 21 aprel 1938-ci ildə Moskva şəhərində yerinə yetirilmişdir.
Tədqiqatçı, professor Cəlal Qasımov yazır: “Maraqlıdır ki, vaxtı ilə Azərbaycan Xalq Cümhuriyyətini, müsavatı və müsavatçılığı tənqid və hətta təhqir edən R.Axundova cavab verməməyə çalışan M.Ə.Rəsulzadə 1952-ci ildə yazırdı: “Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və panturanizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov, “Panturanizmin zəhərli bir nümayəndəsi və “Müsavat partiyasının zavallı bir agenti” kimi günahlandırıldı” və güllələndi. Əslində isə o, həmişə və hər yerdə müsavatı və müsavatçıları deyil, onun qətlinə fərman verən bolşevikləri və bolşevizmi təbliğ və təqdir edib”.
Totalitar rejimə sadəlövhcəsinə inanmaq Ruhulla Axundovun həyatına son qoydu. Yalnız illər keçəndən sonra Azərbaycan xalqının ictimai-siyasi, elmi-mədəni həyatında əvəzsiz xidmətləri olan R.Axundova 10 dekabr 1955-ci ildə bəraət verildi.
Əkrəm Bəydəmirlinin “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabı



Baxış sayı: 480
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30