FACT-INFO.AZ » QHT » Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR
2-02-2026, 10:00 | QHT
Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının konfrans salonunda Qərbi Azərbaycanın Basarkeçər rayon həkimlərinin ilk toplantısı keçirilib. Həmin tədbirdə Azərbaycanın müxtəlif bölgələrində çalışan Basarkeçərdən olan həkimlər, digər sahələr üzrə ziyalılar iştirak etdilər. Həmçinin  geniş auditoriyaya“Basarkeçər həkimləri” adlı kitab təqdimat olundu.

 Tədbiri giriş sözü ilə AMEA-nın müxbir üzvü, professor, Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının sədri Nuru Bayramov açaraq qeyd edib. 

“XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra yerli azərbaycanlıların öz dədə-baba toraqlarından çıxarılması, onların yerinə Türkiyədən və İrandan gətirilən ermənilərin yerləşdirilməsi, tarixi abidələrin dağıdılması, toponimlərin adlarının dəyişdirilməsi, türk izini silmək və milli münaqişəni davam etdirmək üçün tarixin saxtalaşdırlması kimi proseslər ardıcıl və sistematik xarakter aldı. Nəticədə Qərbi Azərbaycan adlandırdığımız tarixi Azərbaycan ərazisində Ermənistan adlı dövlət yaradıldı. Bu “proqram” Sovet dövründə də davam etdi. Hələ keçən əsrdə azərbaycanlılar 3 dəfə (1918-1920, 1948-1952, 1987-1992) deportasiya edildirlər.   Nəhayət 1987-1992-ci illərdə Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı əhalinin hamısı öz dədə-baba torpaqlarından tamamilə çıxarıldı. Təəssüflər olsun ki, son illərə qədər bu hadisələr və səbəbləri həm dünya ictimaiyyətindən, həm də yerli xalqlardan gizlədilmiş və ya təhrif olunmuşdur. 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərdən sora Cənubi Qafqazda sülhə, sabitliyə, əməkdaşlığa və münaqişənin təkrarlanmaması üçün tarixi həqiqətlərin ortaya çıxarılmasına şərait yaranmışdır. Özəlliklə, 2022-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə Qərbi Azərbaycan İcmasının yaradılması həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa və azərbaycanlıların öz dədə-baba yurdlarına sivil yolla qayıtmalarna böyük ümidlər yaratmışdır.

Bu çərçivədə Qərbi Azərbaycan kökənli insanların fəaliyyəti və uğurları barədə məlumatları toplamaq və dünya ictimaiyyətinə çatdırmağı  qarşımıza məqsəd olaraq qoyduq. 2024-cü ildə biz Basarkeçər rayonundan olan alimlər barədə məlumatlar topladıq və təqdim etdik. Bu il isə həkimlərimiz barədə məlumatları təqdim edirik. Qərbi Azərbaycanın Göyçə mahalı, Göyçə gölü ətrafında yerləşən və tarixən türklərin yaşadığı ərazidir. Basarkeçər, Çəmbərək, Qaranlıq və Kəvər rayonlarından ibarət olan bu mahal tarix boyunca elmə, sənətə və yaradıcılığa böyük maraq göstərmişdir.

Göyçədə təbabət barədə məlumatlar qədimlərə gedib çıxır. Sovet dövrünə qədərki vaxtlarda loğmanlar və mamalar ön planda olmuşlar. Sovet dövrünün ilk illərində feldşerlər yetişməyə başladı və bunlar əhalinin sağlamlıq problemlərini həll edən əsas qüvvə oldular. 30-50-ci illərdə orta təhsilin Göyçədə yayılması İkinci Dünya müharibəsindən sonra ali tibb təhsili almağa imkan verdi. Artıq 1957-ci ildən başlayaraq ildə 1-3 nəfər, 1970-90-cı illərdə 5-10, bundan sonrakı dövrlərdə isə stabil olaraq ildə 10-18 nəfər Basarkeçər kökənli həkim məzun olmağa başladı. Basarkeçər rayonu İcma sədrlərinin səyi ilə, Basarkeçər rayonu kökənli  800 civarında həkim haqqında məlumat topladıq və bunların 691-i barədə bu kitabda qeyd edilmişdir. Həkimlər barəsindəki məlumatların təhlilindən bir neçə maraqlı nəticələr hasil olmuşdur. Həkimlərdən 89 nəfəri alimdir (12,8%) və bunlardan biri akademik, biri müxbir üzv, 20 nəfəri elmlər doktoru və professor, 67 nəfəri isə tibb üzrə fəlsəfə doktoru və dosentdir.

Həkimlərimiz arasında bir şəhidimiz olmuşdur. Nərimanlı kökənli Yusibov Ehtiraf Hidayət oğlu 1991-ci ildə ATU-nu birtirmiş və 1993-cü ildə I Qarabağ müharibəsində şəhid olmuşdur. Həkimlərimizin təxminən 2/5-nü qadınlar təşkil edir və son illərdə qadın həkimlərin sayı artır. İlklərə qısa nəzər salsaq, görürük ki, ilk ali təhsilli həkim İspixan Qəhrəmanov (1957), ilk qadın həkim Cahangirova Yasəmən Şamil qızı (1976), ilk elmi dərəcə alan Məmməd Cahangirov (1964, 1969), ilk əczaçı Məhərrəmov Arif Hüseyn oğlu (1958) və ilk akademik isə Əhliman Əmiraslanov (1999) olmuşdur. İxtisas baxımından araşdırdıqda, görünür ki, Basarkeçər kökənli həkimlər bütün tibb ixtisaslarına yiyələniblər. Həkimlərimizin əksəriyyəti Azərbaycan tibb müəssisələrində çalışır (86%), müəyyən qismi isə Almaniya, Türkiyə və Rusiyada işləyirlər. İnanırıq ki, bu  tədbir və nəşr olunan kitab Qərbi Azərbaycan, Göyçə və Basarkeçər haqqında bilikləri yeniləməyə, tarixi həqiqətləri anlamağa və doğma torpaqlarımıza sivil yolla qayıtmağımıza az da olsa kömək edəcək”.

 Xatırladırıq ki, toplantıda akademiklər Əhliman Əmiraslanov, Misir Mərdanov, professor Vaqif Şadlinski, millət vəkilləri Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, həkimlərdən Şirazi İbrahimov və digərləri çıxış edərək fikirlərini bölüşüblər.

Fact-info.az

 




Baxış sayı: 1 005
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Bu gün, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Bu gün, 08:30 “Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930