FACT-INFO.AZ » AKTUAL » Sükuta dalmış həqiqət işığında Almas İldırım ömrü
14-01-2026, 16:00 | AKTUAL
Sükuta dalmış həqiqət işığında Almas İldırım ömrü
Bu gün böyük şəxsiyyət Almas İldırımın dünyadan köçdüyü gündür. Repressiya dalğası SSRİ adlanan totalitar rejimin hər bir respublikasında oxşar və fərqli formada aparılırdı. Təqib və repressiya bir çox peşə sahiblərini əhatə edirdi. Bütün bunlardan yayınmaq, Azərbaycanın o ləyaqətli övladlarını qorumaq, xilas etmək mümkün idimi? Bu gün bu sualları birmənalı cavablandırmaq çətindir. Həmçinin indiki zaman konteksindən yanışıb o dövrdəki prosesləri araşdırıb, kimlərisə təhdid etmək, aşağılamaq doğru olmaz.
Qeyd edək ki, Azərbaycanın mühacir şairi Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində bəy ailəsində doğulub. Sovet rejimi Almas İldırımı bəy nəslinə mənsubluğuna görə, təqiblərə məruz qoyur. Hətta o, varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetindən xaric edilir.
Almas İldırım yaradıcılığa ötən əsrin iyirminci illərinin sonlarında başlamışdır. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bu gün” adlı şeir məcmuəsinin müəllifi olur. Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Seyid Hüseynin yaşayıb-ya¬rat¬dığı ədəbi mühitdən formalaşan şairin ilk şeirləri “Maarif və mədəniyyət”, “Şərq qadını”, “Maarif işçisi” dərgilərində çap olunmuşdur.
\
O, milli ruhlu yazılarına görə, təqib olunur, ləkələnirdi. Bunlardan biri olan B. Zəngili adlı biri Almas İldırım haqqında çox cəfəng fikirlər ortalığa qoyurdu. Belə yazılar repressiyaya hazırlıq idi. Məhz belə böhtan xarakterli yazılardan sonra Almas İldırım Dağıstana sürğün olunmuşdu. müvəqqəti Dağıstanda sürgündə olduğu vaхtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit baraхmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürğün edilərkən “Əlvida, Bakı” adlı şeirində vətənə “can” dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin bu qurbana acımadığını yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:
Günahım ―can dedim, sana, qovuldum,
Acımadın bu qurbana, əlvida.
1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitabı senzuradan keçməyən şair Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə o, Türkmənistana sürgün edilir.
1933-cü ilin iyun ayında yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan Almas İldırım bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, çətinliklə İrana çatır.
Amma Almas İldırım orada azadlığa qovuşmur, dərhal həbs olunur, 25 gün dustaq olur. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib, Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif işlərdə çalışır.
Almas İldırım sonralar memuar kimi qələmə alaraq «Qurtuluş» (Berlin) dərgisində çap etdirdiyi “Bakı хatirələri” adlı yazısında Azərbaycanda yaşadığı dövrdə bir sənətkar kimi qarşılaşdığı çətinlikləri, milli məfkurəli ədəbiyyata qarşı aparılan ideoloji mübarizələri əks etdirməyə çalışmışdır.
Azərbaycan, mənim tacım, taхtım, oy!
Oyanmazmı kor olası baхtım, oy!
Bu misralardan artıq duyulurdu ki, Almas İldırım öz Vətənini, millətini nə qədər sevir. Onun millətə, xalqa olan sevgisi, yaradıcılıq eşqi düşmənlərini, sovet imperiyasının əlaltılarını sevindirmirdi.
Tədqiqatçı Aslan Kənan yazır: “Almas İldırım az yaşadı, kişi kimi yaşadı. Özünü toх tutdu, qəddini şaх tutdu, sözünü də uca! Əqidəsini bir qarın çörəyə, ucuz şöhrətə, gərəksiz orden-medallara, yalançı təriflərə qurban vermədi. Ona görə indi adıyla, əməlləriylə ürəklərdə yuva salıb yaşayır. Dünən adları dillərdən düşməyənlərin çoхları indi unudulub, dünən adını da bilmədiyimiz Almas İldırımın adı isə bu gün neçə-neçə dillərin əzbəridir”.
1952-ci il yanvarın 14-də böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olub. Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın demək olar ki, bütün əsərlərinin aparıcı ahəngini təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirib, milliyyətçi və istiqlalçı bir şair olaraq tanınıb. Almas İldırımın yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunub. Bundan başqa, "Azərbaycan mahnıları" adlı kitabı da var.
Əkrəm Bəydəmirli
Baxış sayı: 240
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
