FACT-INFO.AZ » QHT » Qərbi Azərbaycana həsr edilmiş “Böyük yolun davamı” adlı konfrans təşkil olunub
22-12-2025, 17:00 | QHT
Qərbi Azərbaycana həsr edilmiş “Böyük yolun davamı” adlı konfrans təşkil olunub

Dekabrın 22-də Bakı Dövlət Universitetinin (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Böyük yolun davamı” adlı konfrans keçirilib.

Əvvəlcə “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin “Qərbi Azərbaycan sənətkarlığı” layihəsi çərçivəsində Sərdarlı ailəsinin hazırladığı dekorativ tətbiqi sənət nümunələrinin sərgisinə baxış keçirilib. Sərgidə “İrəvanım” kolleksiyasına aid “İrəvan minarələri” və “Urud abidələri” kolleksiyasına aid “Urudun çərxi vəhdəti” əsərləri ilk dəfə sənətsevərlərə təqdim olunub.

Tədbirin açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı mövqeyini bir neçə çıxışında, o cümlədən İcmanın rəhbər heyəti ilə görüşdə və AMEA-nın 80 illik yubileyində bir daha bəyan edib.

Rektor qeyd edib ki, bu çıxış məsələnin elmi əsaslandırılması baxımından strateji əhəmiyyət daşıyır. “Bakı Dövlət Universiteti və onun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu istiqamətdə sistemli elmi-tədqiqat işləri apararaq, akademik və sosial-mədəni layihələrdə xüsusi rol oynayacaq. Beləliklə, universitet Qərbi Azərbaycan məsələsində əsas intellektual mərkəzlərdən biri kimi fəaliyyət göstərəcək”, - deyə Elçin Babayev əlavə edib.

Sonra Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İcma son üç il ərzində Prezident İlham Əliyevin 2022-ci il tapşırıqlarına əsaslanaraq fəaliyyət göstərib: “Noyabrın 3-də AMEA-nın 80 illik yubileyində Prezidentin çıxışı isə növbəti mərhələ üçün qarşımızda duran vəzifələri açıq şəkildə müəyyənləşdirdi. İcma beynəlxalq təşkilatlara 119 müraciət göndərib, hazırladığı 11 sənəd isə BMT Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi-Sosial Şura vasitəsilə bütün üzv dövlətlərə və rəsmi dillərdə yayılıb. Bu fakt göstərir ki, Qərbi Azərbaycana qayıdış Azərbaycan Prezidentinin, dövlətin və diplomatiyasının real və prioritet istiqamətidir”.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib ki, Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycan dövlətinin daxili və xarici siyasətində prioritet istiqamətlərdən biridir. "Prezident İlham Əliyevin yerli və beynəlxalq platformalarda bu mövzunu ardıcıl şəkildə gündəmə gətirməsi dövlətin siyasi iradəsini və məsələnin strateji əhəmiyyətini açıq göstərir. Qərbi Azərbaycana qayıdış həm tarixi yaddaşın bərpası, həm də beynəlxalq hüquqa əsaslanan legitim və real siyasi hədəfdir. Məsələnin tarixi kökləri Türkmənçay müqaviləsindən sonrakı dövrə gedib çıxır və XIX–XX əsrlərdə azərbaycanlıların mərhələli deportasiyası, mədəni irsin məhv edilməsi və tarixi yaddaşın silinməsi sistemli xarakter alıb. Qərbi Azərbaycan anlayışı təkcə ərazi deyil, yüzillər ərzində formalaşmış sosial-mədəni mühitin, tarixi abidələrin və milli kimliyin bütöv şəkildə qorunmasına yönəlmiş mübarizədir", - deyə akademik əlavə edib.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini Nizami Cəfərov isə vurğulayıb ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına və ərazi bütövlüyünə böyük həssaslıq göstərir: “Bu, xalqın mədəni yaddaşında mövcuddur. Təbii ki, Azərbaycanın məqsədi bütün tarixi ərazilərində müstəqil dövlət yaratmaq deyil, çünki dünyanın siyasi reallıqları və mövcud coğrafi vəziyyət buna imkan vermir. Lakin bu, xalqın və dövlətin öz mövqeyinə, mədəniyyətinə və hüquqlarına sadiqliyini göstərir”.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycana qayıdış həm də tarixi ədalət məsələsidir. “Bir əsr ərzində dörd dəfə deportasiyaya məruz qalmış xalq olaraq etnik təmizləmə və soyqırımı ilə barışmaq niyyətində deyilik. Qərbi Azərbaycanda babalarımızın, ailə üzvlərimizin məzarları var və biz bu irsə sahib çıxacağıq. Bu iradənin canlı nümunəsini biz Qarabağda gördük. Eyni əzm və inamla, sülh yolu ilə Qərbi Azərbaycana qayıdış prosesində də ön sırada məhz Azərbaycan gəncləri olacaq", - deyə M.İbrahimqızı vurğulayıb.

Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru Xalid Niyazov diqqətə çatdırıb ki, tədqiqat mərkəzimizin məqsədi Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsin, xüsusilə qəbir abidələrinin vəziyyətini sənədləşdirmək və həyata keçirilən diskriminasiya siyasətinin onların durumuna təsirini qiymətləndirməkdir. “Araşdırmalar göstərir ki, Ermənistan yalnız işğalçı dövlət deyil, həm də mədəniyyətə qarşı sistemli soyqırımı həyata keçirən bir aktordur. Hər bir millətin etnik kimliyini müəyyən edən dəyərləri qorunmalıdır. Qəbir abidələrinin dağıdılması isə birbaşa olaraq xalqın tarixi yaddaşına, mənəviyyatına və mədəni irsinə qarşı yönəlib”, - deyə X.Niyazov əlavə edib.

Konfrans çərçivəsində “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı keçirilib, həmçinin ədəbi-bədii hissə təqdim olunub.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30