FACT-INFO.AZ » SİYASƏT » Amerikalı ekspert: ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycan Prezidentinin liderliyinin nəticəsidir
3-12-2025, 19:00 | SİYASƏT
Amerikalı ekspert: ATƏT-in Minsk qrupunun ləğv edilməsi Azərbaycan Prezidentinin liderliyinin nəticəsidir

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun nəhayət ləğv edilməsi ATƏT-in tarixinin ən qaranlıq fəsillərindən birinə son qoyur və Azərbaycan Prezidentinin liderliyinin nəticəsidir. Azərbaycan diplomatik səyləri hərbi və təhlükəsizlik istiqamətində peşəkar fəaliyyətlə məharətlə birləşdirərək ölkənin maraqlarını qorumağı bacarıb. Minsk prosesinin haqlı şəkildə diplomatik müstəvidə tamamilə sıradan çıxarılması Azərbaycanın müasir tarixi üçün əsas dönüş nöqtəsi olmaqla yanaşı, Bakının beynəlxalq siyasətdəki mövqeyini də daha da möhkəmləndirir. Prezident İlham Əliyevin təsirli liderliyi ticarət marşrutlarının qorunması və regional təhlükəsizliyin təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.

Fact-info.az  xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase söyləyib.

O bildirib ki, xüsusilə 2025-ci il avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən tarixi görüş fonunda ATƏT Minsk qrupunun rəsmi şəkildə bağlanması və ona aid bütün bürokratik strukturların ləğv edilməsi gözlənilən idi: “Həmin görüşdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi istiqamətində Birgə Bəyannamə imzalandı. Bu hadisə illərlə Azərbaycan barədə yanlış təsəvvürlər yaradan, müxtəlif beynəlxalq platformalarda Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyalarını dəstəkləyən səmərəsiz Rusiya, Fransa və ABŞ diplomatlarından ibarət Minsk qrupunun səssiz şəkildə fəaliyyətini dayandırmasının başlanğıcı oldu. Cənubi Qafqazın iki rəqibi arasında əldə olunan Ağ Ev razılaşması Azərbaycan dövləti üçün tarixi nailiyyətdir və Avropa İttifaqına güclü diplomatik mesajlar verən, Vaşinqtonun Avrasiya və digər regionlarda möhkəmlənən mövcudluğunu təmin edən mühüm trilateral sammit kimi qiymətləndirilir”.

“1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu Ermənistan–Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq vasitəçilik mexanizmi kimi nəzərdə tutulmuşdu. Lakin bu platforma üç onillik ərzində Ermənistanın 1988-ci ildən 2020-ci il noyabrınadək işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ərazi iddiaları, işğal siyasəti və genişmiqyaslı minalama fəaliyyətini dayandıra bilmədi. Təhlükəsizlik üzrə beynəlxalq analitiklər Minsk qrupunu zəif, korrupsiyalaşmış, funksional olmayan və bürokratiya ilə yüklənmiş bir struktur kimi xarakterizə edirlər. Onun bağlanması çoxtərəfli təşkilatların nüfuzunun qorunmasına böyük töhfədir. Çünki Minsk qrupu illər ərzində Ermənistanın informasiya müharibəsinin bir alətinə və üçüncü dərəcəli diplomatların formalaşdığı bir məkana çevrilmişdi. 1992–2020-ci illər arasında Minsk qrupu Ermənistanın Azərbaycan ərazilərini işğalına son qoya bilmədi və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması üçün heç bir real siyasi təzyiq göstərmədi. Beynəlxalq diplomatiyanın bu fəaliyyətsiz elementləri Ermənistan və Azərbaycan arasındakı münaqişənin dondurulması istiqamətində ciddi şəkildə çalışırdı. Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Pedro Eskobar Medina qeyd edir ki, “ATƏT-in Minsk qrupunun rolu illər keçdikcə münaqişəni uzatmağa yönəlmişdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına sıfır töhfə vermişdi”-, deyə ekspert əlavə edib.

Peter Tase vurğulayıb ki, Rusiya, ABŞ və Fransanın həmsədr ölkə olaraq strateji maraqları bu münaqişə ilə bağlı narrativin, siyasi diskursun və media gündəminin formalaşmasında mühüm rol oynayırdı: “P.E.Medina bildirib ki,bu açıq şəkildə görünən maraqlar ATƏT-in fəaliyyətini uyğunsuzlaşdırdı, İrəvan rəhbərliyinin Azərbaycan ərazilərində təqribən otuz il ərzində törətdiyi təxribatlara görə məsuliyyət daşımasına mane oldu. Minsk qrupu kollegial və konsensus əsaslı mexanizm kimi fəaliyyət göstərmək iqtidarında deyildi”.

P.Tase əlavə edib ki, 1990-cı illərdə və əsrin əvvəllərində Minsk qrupu Ermənistanın atəşkəs pozuntularına, işğal olunmuş ərazilərdəki qeyri-qanuni məskunlaşmalara, eləcə də humanitar və təhlükəsizlik pozuntularına reaksiya vermədi. Qərbli diplomatların korrupsiyalaşmış fəaliyyəti və cəzasızlıq mühiti Ermənistan hökumətinə çoxtərəfli diplomatiya platformalarını zəiflətmək və münaqişəni uzatmaq üçün əlverişli şərait yaratdı.



 




Baxış sayı: 145
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031