FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan regionun alternativ logistika şəbəkəsinin mərkəzi aktoruna çevrilir
29-11-2025, 12:00 | SİYASƏT
Azərbaycan regionun alternativ logistika şəbəkəsinin mərkəzi aktoruna çevrilir

Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsində geosiyasi məzmunu köklü şəkildə yeniləyən hadisə kimi qiymətləndirilir. Sənəd nəqliyyat siyasətinin institusional əsaslarını gücləndirməklə marşrutun gələcək inkişafına yeni strateji çərçivə formalaşdırır.

Fact-info.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Darya Qrevsova söyləyib.

Onun sözlərinə görə, imzalanmış memorandum artıq sırf texniki razılaşma deyil, Şimal-Cənub dəhlizinin geosiyasi statusunu keyfiyyətcə dəyişən strateji sənəddir. Uzun illər bu marşrut əsasən konseptual layihə, bir-birindən ayrı dəmir yolu və dəniz sahələrindən ibarət xətt kimi mövcud idi.

Politoloq bildirib ki, məhz Azərbaycan, Rusiya və İran kimi üç əsas tranzit ölkəsinin bu memorandumu imzalaması ilk dəfə real üçtərəfli idarəetmə çərçivəsi yaradır. Tariflərin uzlaşdırılması, blok-qatarların koordinasiyalı buraxılması, logistika proseslərinin rəqəmsallaşdırılması kimi mexanizmlər marşrutu, sadəcə, yol deyil, vahid nəqliyyat arteriyasına çevirir.

Darya Qrevsova hesab edir ki, Qərbin sanksiyaları fonunda Rusiyanın tranzit imkanlarının məhdudlaşdırılması cəhdləri üçtərəfli mexanizmin yaradılmasına əlavə siyasi çalar verir: “Bu struktur, əslində, Rusiyanın, İranın və Azərbaycanın müstəqil, alternativ logistika arxitekturası formalaşdırmaq iradəsini göstərir. Bu, regionun nəqliyyat xəritəsində yeni geosiyasi reallığı təsdiqləyən güclü siqnaldır. Memorandum İran üçün də əhəmiyyətli dönüş nöqtəsidir. İran bu sənədlə öz tranzit rolunu hüquqi və institusional cəhətdən gücləndirir. O, Rusiyanı körfəz və Hindistan istiqamətində birləşdirən kritik həlqəyə çevirir ki, bu da Tehranın regional iqtisadiyyatdakı mövqeyini keyfiyyətcə yüksəldir.

Politoloq qeyd edib ki, sənəd uzunmüddətli və proqnozlaşdırıla bilən logistika zəncirinin formalaşmasına zəmin yaradır. Bu mexanizm həm sürət, həm də iqtisadi səmərəlilik baxımından Şimal-Cənub xəttinin rəqabət qabiliyyətini artırır.

Ekspert, həmçinin bildirib ki, marşrutun Azərbaycan ərazisindən keçməsi tərəflər üçün strateji üstünlüklər yaradır: “Rusiya üçün bu xətt cənub ticarət dəhlizlərinin diversifikasiyası deməkdirsə, İran üçün Cənubi Qafqaz və daha sonra Avropa bazarlarına stabil çıxış imkanı yaradır. Azərbaycan isə bu sistemdə kritik tranzit mərkəzi və strateji körpü funksiyasını icra edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və siyasi sabitliyi ölkəni regionun ayrılmaz logistika qovşağına çevirir. Bu rol Azərbaycana yalnız tranzit gəlirləri deyil, həm də regional geosiyasi çəkisinin artması baxımından əlavə üstünlüklər qazandırır”.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30