FACT-INFO.AZ » SİYASƏT » Tariximizə münasibətdə fəaliyyətimizin düstüru
4-11-2025, 11:30 | SİYASƏT
Tariximizə münasibətdə fəaliyyətimizin düstüru

ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır. Ötən həftə sonu Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Qeyd olunub ki, ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə Bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək.

Dövlət Departamenti, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən dialoqu və son praktiki addımları müsbət qiymətləndirib, ABŞ hökuməti Azərbaycan və Ermənistan rəsmiləri arasında inkişaf etdirilən görüşləri, əldə olunmuş razılaşmaların icrasını da yaxından izlədiyini bəyan edib: "Biz Azərbaycan və Ermənistan rəsmiləri arasında sərhədlərin müəyyənləşdirilməsi, minatəmizləmə və TRIPP layihəsinin dəstəklənməsi məqsədi ilə infrastrukturun inkişafı üzrə son məzmunlu müzakirələri alqışlayırıq. Həmçinin Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi barədə son qərarını, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilmiş görüşünü də müsbət qarşılayırıq. ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə birlikdə özəl investisiyaları cəlb edəcək, Azərbaycan, Ermənistan və onun hüdudlarından kənarda yeni firavanlıq dövrü başlayacaq".

Azərbaycanla ABŞ arasında İşçi qrupunun yaradılması təbii ki, iki ölkənin əlaqələrinin inkişafında, strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm addım olacaq. Bu, eyni zamanda 8 avqustda Vaşinqtonda Azərbaycan və ABŞ liderləri arasında keçirilmiş görüş və əldə edilən razılaşmaların məntiqi davamıdır. Görüş zamanı prezidentlər İlham Əliyev və Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalayıblar. Strateji İşçi Qrupu üçün enerji, ticarət, tranzit, müdafiə və süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi prioritet olacaq. 

Görünən odur ki, Azərbaycan və ABŞ arasında əlaqələr Donald Tramp administrasiyası dövründə dinamik inkişaf edir. Prezident Tramp Azərbaycanla əməkdaşlığın şaxələndirilməsinə və güclənməsinə xüsusi önəm verir. 8 avqust sammitində "907-ci düzəliş"in icrasının dayandırılması barədə sənədin imzalanması da bu istiqamətdə atılan addımlardan biridir. Bu düzəliş 1992-ci ildə qəbul olunub və ötən müddət ərzində iki ölkə arasında münasibətlərə öz mənfi təsirini göstərib. Tramp qərarın icrasını dayandırıb, amma onun tamamilə ləğvi əlbəttə ki, iki ölkənin əməkdaşlığında vacib addım olacaq.

Azərbaycanla Ermənistan arasında davam edən dialoq və son praktiki addımlarla bağlı Dövlət Departamentinin müsbət açıqlamasına gəlincə, qeyd edək ki, Vaşinqton sammitində Bakı ilə İrəvan arasında imzalanan Birgə Bəyannamənin həyata keçirilməsi istiqamətində praktiki addımlar atılır, regionda sülh bərqərar olub.  Eyni zamanda, Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması istiqamətində də işlər görülür.  Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq. Bu günlərdə diplomatik korpusun nümayəndələri Zəngəzur dəhlizinin Azərbaycan seqmentində görülən işlərlə yerində tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan hissəni daxili imkanları hesabına 2021-ci ildən etibarən intensiv şəkildə inşa etməyə davam edir: "Dəmir və avtomobil yolları infrastrukturu, tunellər də daxil olmaqla, işlər sürətlə aparılır. Digər seqmentdə isə Ermənistan ABŞ-la ikitərəfli əsasda bu prosesi həyata keçirir. Biz bu prosesləri izləyirik. Həmçinin Naxçıvan seqmentində 188 kilometrdən artıq bir zonada dəmir yolu infrastrukturu üzrə beynəlxalq tərəfdaşların cəlb olunması nəzərdən keçirilir".

Zəngəzur dəhlizi strateji əhəmiyyətə malikdir, bu xətt iqtisadi və logistik cəhətdən daha səmərəli olmaqla yanaşı, regional inteqrasiya baxımından da əhəmiyyətlidir. ABŞ-ın bu dəhlizi dəstəkləməsi onun daha tez reallaşması imkanlarını artırır.

Göründüyü kimi, Azərbaycan-ABŞ əməkdaşlığı bir sıra mühüm istiqamətləri əhatə edir. Azərbaycanla ABŞ arasında illik ticarət dövriyyəsi 1,8 milyard dollardır. İşçi qrupunun yaradılması, təbii ki, iki ölkənin əlaqələrinin daha da gücləndirilməsinə, xüsusən də ticarət əlaqələrinin genişləndirməsinə gətirib çıxaracaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, ABŞ hökumətinin ilin sonunadək Azərbaycan və Ermənistanla İşçi qruplarının yaradılmasını planlaşdırması regionumuza olan maraqdan irəli gəlir: "Bu il 8 avqust tarixində dövlət başçısının Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün hökumətlər arasında komissiyanın yaradılması ilə bağlı razılaşma imzalayıblar. Təbii ki, belə bir sənəd ABŞ-la Ermənistan arasında da imzalanıb. Bu baxımdan ilin sonuna qədər İşçi qrupların yaradılması ABŞ-ın regionumuzla əməkdaşlığın dərinləşdirilməsinə sadiq olduğunun nümayişidir".

Hər bir milləti ayaqda saxlayan amillərdən biri onun tarixidir. Millət haradan gəldiyini, harada olduğunu və haraya getdiyini yaxşı bilməlidir. Əlbəttə, daim geriyə baxaraq irəli getmək mümkün deyildir. Ancaq müəyyən zamanlarda millət dayanıb tarixi keçmişinə baxmalı, ibrət dərsi almalı, buraxılmış səhvləri təkrarlamamalı, onu qələbəyə gətirən siyasətin və dövlət xadimlərinin qədrini bilməli, davam etdirərək yaşatmalıdır. Tarix dəyişkən deyildir, bir cür baş verir, riyaziyyat qədər dəqiqdir. Tarixçilərin onu olduğu kimi yazmaları milli borçdur. Yazan yaradılana sadiq qalmalı, düzgün tarixi, milli dövlətçilik şüuru formalaşdırmalı, tarixi şüuru çaşdırmamalıdır. Bu baxımdan  Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş toplantıda etdiyi nitqində cənab Prezidentimiz İlham Əliyevin tariximizin öyrənilməsi ilə bağlı dediyi fikirlər hər bir alimin, hər bir tədqiqatçının, harada yaşamasından və işləməsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətində düstur olmalıdır. Tariximizin düzgün bilinməsi barədə dövlət başçımız belə dedi: 
   "... Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik. Daha çox elmi əsərlər, daha çox hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin. Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var".
    Bu fikirlərdə həm də böyük strateji baxış vardır.

Musa Qasımlı 

Milli Məclis sədrinin müavini




Baxış sayı: 230
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031