FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Radiojurnalist Reyhan Rüstəmlinin cazibədar səsi
26-10-2025, 13:00 | MƏDƏNİYYƏT
Radiojurnalist Reyhan Rüstəmlinin cazibədar səsi

  Onunla ilk tanışlığım “Səhər” musiqi informasiya proqramından başlayıb. Teleradioda təzəcə ştatdankənar müxbir kimi fəaliyyətə başlamışdım. Xalq şairi Xəlil Rzanın evində televiziya üçün çəkilişdəydik. Şairdən efir üçün ayrıca bir müsahibə də aldım. Radioda sabahkı verilişə hazırlıqlar gedirdi. Reyhan xanım biləndə ki, Xəlil Rzanını səsini yazmışam, həmin süjeti məndən istədi. Çox sevincək səs yazısını operativ şəkildə efir üçün hazırladım və aparıcıya təqdim etdim. Şairin oğlu Təbriz yenicə şəhid olmuşdu və bu ağrı-acı nəinki ailəsini, eləcə də xalqımızın hər bir nümayəndəsini dərindən sarsıtmışdı. Xəlil Rza Ulutürk müsahibəsində 7 ildən sonra doğulduğu ilk övladını vəsf edir, haqqında dərin ifadəli şeir deyirdi.

Süjet jurnalist xanımı kövrəldi və “əhsən” deyib, həmin lent yazısını proqramına əlavə etdi. Həmin anda da əl çantasını açıb, mənə pul uzatdı. Mən çaşıb qaldım. “Qonorarındır, götür” deyib, təkidlə pulu ovcuma basdı. “Axı, bu sujetin haqqı ayın sonunda mənə yazılacaq” desəm də, o israrla pulu götürməyimi xahiş elədi. Mən sonralar, birlikdə çalışdığımız müddətdə müşahidə etdim ki, Reyhan xanım olduqca səxavətli xanımdır. Redaksiyada kimin hər hansı çətinliyi vardısa, istəyərdi ki, köməyi dəysin. Çoxuna əl tutar, çalışardı ki, dostlarına, yoldaşlarına maddi və mənəvi dəstək göstərsin.

Qısa zamanda onu daha yaxından tanıdım. Öyrəndim ki, elə də imkanlı ailədə doğulmayıb. Lakin ziyalı nəsilin nümayəndəsi olub. Həyatın hər zillətini yaşayıb, iki körpəsi yetim qalan cavan bacısının itkisindən dərin sarsıntı keçirib, xəstə anasının pərvazınqa dayanıb, illərlə ondan bacısının ölüm xəbərini gizlədib.

Çalışdığı məkanda bəzi ədəbaz, həris insanların əhatəsində gördüklərindən sanki bir dərs alıb. Tamamilə seçilən bir fərdə çevrilib. Bir tikə çörəyini tək yeməyi bacarmayan, ətrafına həssas münasibət sərgiləyən bu xanım jurnalist baş redaktordan tutmuş, adi bir texniki işçiyə kimi hər kəsin imdadına çatıb.

Efir daim məsuliyyət tələb edir. Jurnalistikada “səkkiz saat işləmək deyilən” bir vaxt meyarı yoxdur. Redaksiyadan müxtəlif tədbirlərə göndərilən müxbir müxtəlif saatlarda iş başında olurdu. Bu mənada Reyhan Rüstəmli də dövlət qrumlarında akreditə olunmuş jurnalist kimi tədbirlərə qatılır, radio üçün reportajlar hazırlayırdı. Prezident Aparatındakı qəbullarda, Milli Məclisdə tədbirlərin əksəriyyətində iştirak edirdi. Lakin işindən qətiyyən yorulmaz, sənətini çox sevərdi. Hələ üstəlik ailədə də öz üzərinə düşən  vəzifəsini uğurla icra edərdi. Nəticədə iki övladını yüksək səviyyəli, ölkənin adına layiq ziyalı kimi yetişdirməyə müvəffəq olmağı da bacarıb.

Bu gün isə 70 yaşlı nənə (2024) eyni cəfakeşlə nəvə qulluğundadır. Reyhan xanımın  səxavətinə, insanlara yaxşılığına görə Allah ona min qatını qaytarıb. Həm də o elədiyi təmənnasız yaxşlıqlarından zövq alan insan olub.

Onun əvəzsiz yaxşılıqlarını görən insanlardan biri də özüm olmuşam. 1992-ci ildə Qarabağda könüllü döyüşən kiçik qardaşım düşmənin atdığı  qrad yağışına düşdü. Bir ayağını amputasiya etdilər və uzun müddət xəstəxana həyatı yaşamalı olduq. Həmin dövrdə onun mənəvi dəstəyini bir ömür boyu unuda bilmərəm. Bakı şəhərində müxtəlif yerlərdə kirayələrdə yaşayırdım. Bütün iş-gücünü atıb mənim evlə təminatıma çalışan bu xanımın döymədiyi qapı qalmadı. Eləcə də digər əməkdaşlar üçün də hər bir problemi həll edəcək iqtidarındaydı və yaxşılıq etməkdən zövq alardı...

Reyhan Hacıbala qızı Rüstəmli (Rüstəmova) kimidr? Tərcümeyi-halına qısa nəzər salaq.  

1954-cü il oktyabrın 26-da  Bakı şəhərində anadan olub. 1961-1971-ci ildə Nərimanov rayonunda 36 saylı orta məktəbi fərqlənmə diplomu ilə bitirib. 1972 -ci ildə radionun Ədəbi-dram redaksiyasına kiçik redaktor götürülüb. Televiziya və Radio Verilişləri Komitəsində işləyə-işləyə 1973-1979-cu illərdə  S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. Komitədə müxtəlif redaksiyalarda, “Danışır və Göstərir Bakı” qəzetində, “Qonorar” şöbəsində, “Uşaq” proqramlarında, uzun müddət isə “Sənaye verilişləri”, sonra  “Xalq Təsərrüfatı” baş redaksiyasında çalışıb.  Sonrakı dönəmlərdə “Xəbərlər” redaksiyasında fəaliyyətini davam etdirib. 1988-ci ildən redaktor, şərhçi və şöbə müdiri vəzifələrində işləyib. Uzun müddət “Səhər” musiqi informasiya proqramının müəllif və aparcısı olub. 1996-cı il iyunun 10-da “Son xəbərlər” şöbəsinə  müdir təyin edilib. 2009-cu il, avqustun 1-də işdən ayrılıb. 38 il radioda çalışıb.

Onun həmkarlarından fərqli cəhəti təkcə səxavətli, əliaçıq olması, xeyirxahlığı deyil, digər fərdi yaradıcılıq xüsusiyyətləri ilə də seçilməsi idi. Redaksiyada tapşırılan işlərin öhdəsindən məharətlə gələrdi.  İstənilən məmurdan müsahibə almaq ustalığı vardı. Onun üçün əlçatmaz müsahib yox idi. Kimi desələr, həmin adama əli çatardı. Jurnalistikada belə anlam var. Əgər “üzünə qapı bağlıdırsa, gərək pəncərədən girəsən”. Məhz, Reyhan Rüstəmli bütün qapıları açmaq gücündəydi. Hətta müsahiblərindən biri ona müsahibə verməkdən imtina edəndə, “mən generalam xanım” deyib, uzaqlaşmaq istəyəndə, “mən də öz sənətimin generalıyam, illərlə radioda peportyor daşıyıram” deyib, qarşı tərəfi təslim edərək, sorğusuna cavab almışdı.

Onunla bağlı şahidi olduğum bir məqamı da yada salmaq istəyirəm. 1995-ci ildə Milli Məclisə deputat seçkiləri ərəfəsində namizədlərdən müsahibələr  almaq üçün baş redaktor əməkdaşlara tapşırıqlar verdi. Reyhan Rüstəmli İlham Əliyevdən müsahibə almaq istədiyini bildirdi. “Xəbərlər” redaksiyasının baş redaktoru Heydər Zeynaloğlu qaşlarını çatıb, eynəyinin üstündən nəzərlərini xanıma dikib, “ala bilərsənmi”, deyə təəccüblə üzünə baxdı. Bəli dedi və o  müsahibə də alındı. Obyektdən heç vaxt əliboş qayıtmayan jurnalist Reyhan Rüstəmli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin çalışdığı quruma müraciət etdi, Azərbaycan radiosu üçün nəzərdə tutulan 7 dəqiqə həcmində onun söhbətini yazıb, efirə verdi. Həmin görüşdən çox böyük təəssüratlarla geri dönmüşdü. Deyir ki, “mən xahiş elədim ki, gəlin vaxtı nəzərə alaq və ayrılmış zamandan kənara çıxmayaq”. Deputatlığa namizəd olan İlham Əliyev bu yeddi dəqiqə ərzində öz platformasını elə dəqiqliklə izah etdi ki, “mən gələcəkdə dahi bir şəxsiyyətin yetişəcəyinə tam əminliklə inanıram” dedi. Zaman da təsdiqlədi ki, Reyhan xanımın 30 il qabaq dediyi bu sözlər həqiqətən reallığa çevrildi. Bu gün dünya liderləri Azərbaycan prezidenti İlham Əliyevin zəsakına həsəd aparır...

Onun jurnalistika yaradıcılığında özünəməxsus ustalığı vardı. Öz “Səhər”lərini fərqli formada hazırlayardı. Səsinin cazibəsi ilə seçilirdi. Şirin, məzəli danışqları ilə xoş ovqat bəxş edirdi. Hətta proqramın rejissoru ilə dəfələrlə mübahisə edib, başlıq üçün musiqinin dəyişdirilməsini tələb edirdi ki, nikbin notlar, əhval-ruhiyyəni yüksəldən musiqi parçaları verilsin.

Həm də az əvvəl dediyim kimi, Reyhan Rüstəmli müsahibə almaq peşəkarlığı ilə seçilən bir nömrəli əməkdaş hesab edilirdi. O həm də radionun nüfuzunu qaldırmağı özünə borc bilirdi. Müsahibədən qaçan məmurlara radionun böyük bir gücə sahib olduğu anlatmağa çalışır  və buna da müvəffəq olurdu. 38 illik fəaliyyətdən sonra radiodan getməsinin elə də ciddi bir səbəbi olmadı. Təqaüd yaşına az qalmış radiodan ayrılmaq qərarına gəldi, həm də gənclərə meydan verilməsi üçün jurnalistikaya əlvida etdi.

Oktybrın 26-sı Reyhan xanımın ad günüdür. Vaxtıkən həmkarlarının böyük sevgisini qazanan bu xanım hazırda bəzən aylarla ölkəmizdən uzalarda olur. Harda yaşamasından asılı olmayaraq həmişə gözəl hadisələrlə xatırlanır, dərin hörmətlə ayda salınır. Reyhan xanımı ad günü münasibəti ilə təbrik edir, ona həyatda cansağlığı arzulayırıq.  

 Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Məhyəddinqızı




Baxış sayı: 480
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728