FACT-INFO.AZ » AKTUAL » Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni strateji mərhələnin astanasında
6-05-2025, 16:30 | AKTUAL
Avropa İttifaqı-Azərbaycan münasibətləri yeni strateji mərhələnin astanasında
Dünyada getdikcə artmaqda olan gərginlik və qeyri-müəyyənliyin dərinləşdiyi bir dövrdə beynəlxalq münasibətlər sistemində təkcə böyük güclər rol oynamır,yetərincə potensiala və mühüm geosiyasi mövqeyə malik kiçik dövlətlər üçün də yeni imkanlar yaranıb.Bu baxımdan yeni dünya nizamında Azərbaycanın imkanları indiyədək olduğundan daha yüksək qiymətləndirilir.Milli təhlükəsizliyimizə qarşı risk və təhdidlərin neytralladırılması,milli maraqlarımızın səmərəli şəkildə təmin edilməsi məqsədilə beynəlxalq hüququn normalarına,qarşılıqlı hörmət,qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan müstəqil və praqmatik kurs həyata keçirilir.
Bu əsasda Azərbaycan ikitərəfli və çoxtərfli əməkdaşlıq çərçivısində əlaqələrini genişləndirir və gücləndirir.ABŞ-ın 185 ölkəyə qarşı əlavə gömrük tariflərinin tətbiqini özündə əks etdirən yeni tarif siyasətinə Çin, Avropa İttifaqı(Aİ) və digər ölkələrin cavab tədbirlərinin təsiri altında qlobal ticarət müharibəsi gözləntiləri fonunda Azərbaycan iqtisadi əlaqələrini getdikcə daha çox dərəcədə şaxələndirilməsi yolu ilə öz dayanıqlılığını təmin etmək istiqamətində səylərini artırıb.Azərbaycan balanslı xarici siyasətini davam etdirməklə yanaşı, həm də ölkəmizin geosiyasi əhəmiyyətini anlayan və lazımnca dəyərləndirən dövlətlərlə isə qarşlıqlı surətdə daha yaxın münüsibətlər qurur.
Bu kontekstdə Azərbaycanın qarşılıqlı faydalılıq prinsipi əsasında əməkdaşlıq etdiyi ölkə və qurumlar arasında Avropa İttifaqı və təşkilata daxil olan ölkələr xüsusi yer tutur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Cənub Qaz Dəhlizi 12 ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycandan az alan 12 ölkədən 10-u Avropa ölkəsi, 8-i isə Aİ-nin üzvüdür. Bu səbəblərdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.Həmin əlaqələrin inkişafının məntiqi nəticəsi kimi Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşıdır.Son bir ildə Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 41 fazizə qədər,idxal isə 36 faiz,o cümlədən bu ilin üç ayı ərzində Azərbaycandan Aİ ölkələrinə ixrac 54 faizə yaxın,idxal isə 15 faizdən çox artıb.2025-ci ilin ilk rübünün nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Avropa İttifaqıölkələri ilə ticarətin payı 44 faizə yaxınını təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 7 faiz bəndi çoxdur. Azərbaycanın xarici ticarət dövriyysində ən çox paya makik olan 10 dövlətin 5-i Avropa İttifaqına üzv olan dövlətlərdir.Həmin onluqda birinci yeri isə Avropa İttifaqının əsas dövlətlərindən biri olan İtaliya tutur Son bir ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi,eləcə də ixrac və idxal müvafiq surətdə 25 faizə yaxın artıb.Son bir ildə Azərbaycanla Almaniya arasında xarici ticarət dövriyyəsində artım 2,8 dəfə,o cümlədən ixracda- 5 dəfə,idxalda-1.7 dəfə olub.Çexiya ilə ticarət dövriyysi 2.5 dəfə,o cümlədən ixrac 2,7 dəfə,idxal 1,5 dəfə artıb.
Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi maraqlarının təmin olunması,milli iqtisadiyyatın Avropanın iqtisadi məkanlarına inteqrasiyasının güclənməsi,həmçinin siyasi müstəvidə faydalı əməkdaşlığın da pozitiv məcrada getməsinə şərait yaradır.İkitərəfli münasibətlərin inkişafında əhəmiyyətli sazişlərin bağlanması, enerji və nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi və həmçinin regional əməkdaşlığın inkişafında əhəmiyyətli addımlar atılsa da,münasibətlərin bütün sahə və istiqamətlərdə arzuolunan səviyyədə olmasını demək çətindir.Buna baxmayaraq ABŞ-ın yeni tarif siyasətindən sonra Avropa İttifaqı ilə Çinin ticari-iqtisadi əlaqələrinin genişlənməsinin prosesi böyük aktuallaı kəsb etməsi, yeni strateji mərhələnin astanasında olan Avropa İttifaqı-Azərbaycan münasibətlərində də yeni məqamların önə çıxmasını şərtləndirən amillər içərisində ön plana çıxacaq. Bu,həm Azərbaycan,həm yaşadığımız region ölkələri,həm də qlobal layihələrin daha əlverişli şəraitdə reallaşdırılması baxımından mühüm həmiyyət kəsb edir.
Avropa İttifaqı-Azərbaycan münasibətlərində yeni məqamların önə çıxmasını,bir tərəfdən, Avropa İttifaqı ilə Çinin 831 milyard dollar(731 milyard avro) olan ticarətinin genişləndirilməsində orta dəhlizin rolunun və əhəmiyyətinin artması,digər tərəfdən isə Çinin Avropa İttifaqına sərmayələrinin artIrılması və Avropa İttifaqının isə Çinə qabaqcıl texnologiya ilə təchizatının genişlənməsi fonunda Azərbaycanın bundan faydalanması məsələsi böyük aktuallıq kəsb edəcək. 2024-cü ildə Aİ Çinə 242,3 milyard dollarlıq (213,3 milyard avro) mal ixrac edib,588,4 milyard dollarlıq və ya 517,8 milyard avroluq,yəni ixrac etdiyindən 2,4 dəfə çox mal idxal edib.Əgər söhbət əhalisi 1,4 milyard nəfərdən çox olan Çinlə, əhalisi 450 milyon nəfərə yaxın olan Avropa İttifaqı bazarlarının inteqrasıyasında Azərbaycandan keçən yolun əhəmiyyətindən gedirsə,onda bu yöndə Azərbaycanın əhəmiyyətinin necə artacağını göz önünə gətirmək və bundan maksimum faydalanmaq üçün səmərəli fəaliyyət göstərə bilən işlək reallaşma mexanizmləri yaratmaq lazımdır.
Çin və Avropa İttifaqınnı ABŞ-da itirəcəkləri bazarı xeyli dərəcədə bir-birinin bazarlarında genişlənmək hesabına kompensasiya etmək istəyirlər. Bundan ötrü Çin və Avropa İttifaqı Ümümdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində ticarət əlaqələrini genişləndirmək istəyrlər.Bu ideya gözlənilən səviyyədə reallaşsa,Azərbaycanın aparıcı rolu şəraitində Cənubi Qafqaz tamamilə yeni bir əhəmiyyət kəsb edəcək.Bunun əsas konturları Azərbaycan Prezidentinin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan görünür.Həmin Birgə Bəyanatda göstərilib ki, Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.
Tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.Bununla yanaşı sözügedən Birgə Bəyanatda xüsusi vurğulanıb ki, Tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.Azırbaycan Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində hazırladığ 5 Milll prioritet-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi çox mühüm məsələləri əhatə edir.Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Digər tərəfdən isə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin tarixini, inkişaf istiqamətlərini, templərini və müasir vəziyyətini təhlil edərkən belə bir nəticəyə gəlmək olar ki, əməkdaşlığın çoxşaxəli istiqamətləri tərəflər arasında mövcud olan əsas hüquqi sənədlərin yenilənməsini labud edir.Bu ilin aprel ayının 25-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər Tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı Azərbaycan və Aİ arasında əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti, inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, iqlim dəyişmələri ilə mübarizə daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanları, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olundu. Həmin prosesdə Cənubi Qafqazın rolunun artırmaqdan ötrü Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Saziş imzalanacaq.Sözügedən Sazişdə strateji tərfdşlıq istiqamətlərində energetika və nəqliyyat-kommunikasiya məsələlərinə daha çox yer veriləcək,”Trans-Xəzər Nəqliyyat Dəhlizi və “Həmrəylik Halqası” layihələri çərçivəsində əməkdaşlıq genişlənəcək.
Yeri gəlmişkən, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Bakıda keçirilən görüşlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifədən danışıb. Bu yeni yanaşma həm Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması,həm “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”,həm də Kaya Kallasın Bakıda keçirilən görüşlərdə Aİ ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsi planları barədə açıqlaması kontekstində çox aktualdır.Bu baxımdan mövcud geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin davamlı və çoxşaxəli inkişafı, regional və beynəlxalq sabitliyə töhfə verməklə yanaşı, həm də ölkəmizin milli maraqlarına da xidmət edir:Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsində fəal iştirakı Çin üçün Mərkəzi Asiya və Azərbaycandan keçməklə Avropaya daha sürətli və etibarlı çıxış imkanları yaradır.Bu marşrut “Bir Kəmər, Bir Yol” təşəbbüsünün reallaşdırılması baxımından mühüm geostrateji əhəmiyyət kəsb edir.Bu, Çin-Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının iqtisadi əsasını daha da möhkəmləndirir.
Azərbaycan Cənubi Qafqazın Transxəzər Beynəlxalq Nəqliyyat məkanda geosiyasi və geoiqtisadi baxımında hərəkətinin lokomotividir.Bu, dünyanın ən çox strateji əhəmiyyət kəsb edən, eyni zananda həm də çox mürəkkəb regionlarından biri olan Cənubi Qafqaz regionu qarşısında duran çağırışlara dolğun cavab verməkdən ötrü Gürüstanla yanaşı Ermənistann da da qarşında mövcud geosiyasi reallıqlar və Azərbaycanın 44 günlük müharibədəkı qələbəsidən sonra regionumuzda yaratdığ yeni situasiyanın tələblərinə cavab verən mövqe sərgiləməyi obyektiv zərurətə çevirib.
Əli Məsimli
Millət vəkili
Millət vəkili
Baxış sayı: 475
XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır
Bu gün, 13:00
ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk
Bu gün, 11:00
Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar
Bu gün, 10:30
Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb
Bu gün, 10:30
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
Dünən, 19:00
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 17:00
Azerbaijan’s Media Development Agency issues statement
Dünən, 16:00
“Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub
Dünən, 15:30
Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb
Dünən, 15:30
6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb
Dünən, 12:00
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO
Dünən, 09:30
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib
Dünən, 09:30
Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək
Dünən, 09:00
ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır
Dünən, 09:00
Bəyaz Aslanın Qələbə Salnaməsi
26-07-2026, 20:30
Ruhun Bayraqla Yüksəlişi
26-07-2026, 19:30
ABŞ–İran müharibəsi aylarla davam edə bilər
26-07-2026, 09:30
Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb
26-07-2026, 08:30
BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir
25-07-2026, 15:30
Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir
25-07-2026, 14:30
"ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA
25-07-2026, 12:00
ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər
24-07-2026, 17:30
“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda
24-07-2026, 17:30
Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib
24-07-2026, 14:30
“Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli
24-07-2026, 11:00
Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb
24-07-2026, 10:30
Bu bölgədə zəlzələ qeydə alınıb
24-07-2026, 09:00
Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu
24-07-2026, 09:00
Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb
23-07-2026, 21:00
Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir
23-07-2026, 17:30
Azerbaijan’s Media Development Agency issues statement
Georgian PM: We want to develop relations with Azerbaijan even further
Friedrich Merz: Germany-Azerbaijan relations are developing dynamically
Foreign Ministry: Azerbaijan repatriates 16 more citizens from Syria
FM Jeyhun Bayramov: De facto peace exists between Azerbaijan and Armenia
