FACT-INFO.AZ » QHT » Quram Marxuliya: Yunanları, erməniləri və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir
12-03-2024, 10:00 | QHT
Quram Marxuliya: Yunanları, erməniləri və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir

Dövrümüzün geosiyasi çağırışları, cərəyan edən proseslər bilavasitə bəzi dövlətlərin ittifaq yaratmasına, digərlərinin isə dağılmasına təkan verir. Geosiyasi maraqlar çərçivəsində əməkdaşlığın strukturu onların həm birləşməsi, həm də ayrılması ilə xarakterizə olunur. Ona görə də heç bir əməkdaşlıq bloku geosiyasi baxımdan ayrılmaz hesab edilə bilməz. Geosiyasi birliklər yalnız nisbi, tam olaraq tərəfdaş ölkələrin geosiyasi maraqlarının üst-üstə düşdüyü dərəcədə, sonra isə müvəqqəti şəkildə ayrılmaz ola bilər.

Fact-info.az  xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia söyləyib.

Alim deyib ki, Azərbaycan özü tarixi ədaləti və hüquqlarını təmin edərək 44 günlük müharibədə Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarını geri qaytardı və ermənilərin “böyük Ermənistan” yaratmaq ideyası sabun köpüyü kimi çökdü. “Böyük hayların övladları” taleyin hökmünə boyun əyərək Azərbaycan ilə sülh müqaviləsi bağlamağa hazır idilər və bundan sonra sülh yolu ilə yeni dövlət quruculuğuna başlayacaqdılar. Lakin Cənubi Qafqazda geosiyasi maraqları olan Fransa İrəvana yeni ümidlər aşıladı. Məsələ burasındadır ki, Türkiyədən incimiş dövlətlər Fransanın nəzarəti altında bir araya toplaşdılar. Bunlar, ilk növbədə, Yunanıstan, Kipr və təbii ki, Ermənistan oldu. Aydındır ki, yunanları, erməniləri və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir.

Quram Marxulianın sözlərinə görə, onlar Hindistanı bu virtual birliyə qoşmaqlarına söz verirlər. Burada başlıca məqsəd Pakistana təsir etməkdir ki, bu da hələlik mümkün deyil. Türkiyəni və Azərbaycanı həm beynəlxalq, həm də ikitərəfli münasibətlərdə fəal şəkildə dəstəkləyən Pakistandır. Ona görə də onlar tarazlıq olsun deyə Hindistanı özlərinə qoşmaq istəyirlər.

“Geosiyasi oyunçuların fəaliyyətində ən mühüm amili dünyanın müəyyən regionlarında mədəni, sivilizasiya və demoqrafik üstünlüklər təşkil edir. Bu amillər dövlətin, mədəniyyətin və sivilizasiyanın “genişlənməsinə” birbaşa təsir göstərir. Bu cür genişlənmə ilə bağlı ölkənin bütün maraqları sırf geosiyasi xarakter daşıyır. Tutaq ki, yunanların geosiyasi strategiyası qədim Elladadan kənarda özünə bənzər bir dünya yaratmağa yönəlib. Nəticədə Ellin dünyası, yəni, yunan mədəniyyəti dünyası yarandı, amma bu, qədim dünya idi və hətta Bizans dövründə də mənəvi impuls tükəndiyindən geosiyasi məkanlarını qoruyub saxlaya bilmədilər”, - deyə professor diqqətə çatdırıb.

Onun sözlərinə görə, İrəvanda yəqin xatırlamırlar ki, 1045-ci ildə erməni dövlət quruluşunu yunanlar dağıdıblar, erməni əhalisini Kilikiyaya, Kapadokiyaya və imperiyanın digər bölgələrinə köçürüblər. Həmin dövrdə ermənilər türkləri öz xilaskarları və himayədarları hesab edirdilər. Lakin tarixi yaddaş sonradan dəyərlərini itirdi. Ona görə də İrəvanda siyasətçilərin belə bir ittifaqa can atmasını başa düşmək çətindir, xüsusilə ona görə ki, bu, erməni xalqına yeni əzablardan başqa heç nə gətirməyəcək.

Təcrübədən də göründüyü kimi, dünya siyasəti zəif tənzimlənən və az proqnozlaşdırıla bilən proses olduğundan beynəlxalq əməkdaşlığın mahiyyətini dərk etmək üçün “maraqlar” anlayışı aparıcı mövqeyə çevrilir. Sürətlə dəyişən dünyada maraqlar da sürətlə dəyişir.

Əməkdaşlığın geosiyasi mahiyyəti bəzi dövlətlərin digərlərinin geosiyasi ekspansiyasına qarşı səylərinin birləşdirilməsinin məcburi xarakterində özünü göstərir. Ona görə də bu gün Ermənistan fransızlara qoşulmamalıdır. Nəzərə alınmalıdır ki, vaxtilə Fransa Rusiya və İngiltərə ilə birlikdə Ermənistanın yaradılmasını və ermənilərin əldə etdiklərini onlara vəd etmişdi. Lakin bu da quru vəd olaraq qalır.

“Ona görə də düşünürəm ki, bu gün Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi imzalamalı və regionda çoxdan gözlənilən sabitliyi, sülhü bərqərar etməlidir”, – deyə Q.Marxuliya vurğulayıb.




Baxış sayı: 80
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930