FACT-INFO.AZ » AKTUAL » Siyasi ekspert: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bəşəriyyətin təhlükəsiz gələcəyinə əvəzsiz töhfələr verib
23-11-2023, 15:00 | AKTUAL
Siyasi ekspert: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bəşəriyyətin təhlükəsiz gələcəyinə əvəzsiz töhfələr verib

Azərbaycan Qoşulmama Hərəkatına üzvlüyünün ilk günlərindən bu təsisatın qlobal miqyasda mövqelərinin gücləndirilməsinə çalışıb, təşəbbüsləri və praktik addımları ilə Hərəkatın institusional müstəvidə təşkilatlanmasına böyük töhfə verib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmində isə bu proses daha da intensivləşib və təsisatın yaranma səbəbini ifadə edən “Bandunq prinsipləri”nin real məzmun almasına, üzv dövlətlər arasında daha ədalətli dünya düzəni naminə münasibətlərin intensivləşməsinə əlverişli zəmin yaranıb.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli səsləndirib.

Siyasi ekspertin sözlərinə görə, uzun illər boyu işğalla və işğalın himayə olunması faktı ilə qarşı-qarşıya qalan, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olması üçün mübarizə aparan, beynəlxalq təhlükəsizlik mexanizmlərinin böyük dövlətlərin geosiyasi maraqlarının toqquşması müstəvisində və həm də xaosa, özbaşınalığa yol açmaq üçün məqsədyönlü şəkildə sıradan çıxarıldığını, bütün bunların bəşəriyyəti uçuruma, sivilizasiyalararası qarşıdurmaya apardığını yaxşı başa düşən Azərbaycanın “Bandunq prinsipləri” təşviq etməsini, yalnız ölkəmizin üzləşdiyi ədalətsizliklə əlaqələndirmək doğru olmazdı. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsindəki genişmiqyaslı fəaliyyəti, təsisatın ayrı-ayrı strukturlarının yaradılması istiqamətində həyata keçirdiyi davamlı siyasət, istisnasız olaraq, qlobal məsuliyyətini dərk edən, bəşəriyyətin gələcəyinə ədalət prinsiplərinin bərqərar olması, beynəlxalq hüququn müstəqil subyektləri arasında bərabərhüquqlu münasibətlərin formalaşması müstəvisindən yanaşan, sistemli, geosiyasi proseslərin inkişaf perspektivini proqnozlaşdıra bilən strateji zəkanın obyektiv və reallığı əks etdirən qənaəti kimi qiymətləndirilməlidir.

“Hesab edirəm ki, Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Bakıda keçirilən konfransına və sözügedən tədbirin yekun bəyannaməsinə də məhz bu kontekstdən yanaşılmalıdır. Konfransın yekununda qəbul edilən Bakı Bəyannaməsində Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifinin nəzərə alınması, eləcə də Hərəkatın Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsün, o cümlədən əlaqəli iş şəraitinin müzakirə edilməsinin vurğulanması, Azərbaycanın sözügedən təsisatın təşkilatlanması və fəaliyyətinin gücləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərə verilən önəm və dəstək kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması Hərəkatın 62 illik tarixində təşkilatlanma istiqamətində atılan ikinci addımdır”, - deyə E.Mirzəbəyli vurğulayıb.

Siyasi ekspert bildirib ki, Qoşulmama Hərəkatının tarixində institutsional təşkilatlanma müstəvisində atılan ilk addım da, məhz Azərbaycanın sədrliyi dönəmində, Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Bundan öncə isə, yenə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının və Birləşmiş Millətlər Təşkilatının tarixində bir ilkə imza atılmışdı. Hərəkatın çağırışı ilə BMT Baş Assambleyasının xüsusi iclası keçirilmiş, pandemiyaya qarşı birgə və ədalətli mübarizəni təşviq edən sənədin qəbuluna nail olunmuşdu.

Həmçinin siyasi ekspert deyib: “Bütün bunlar, ölkəmiz tərəfindən təkcə Qoşulmama Hərəkatının fəaliyyətinə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminə, bəşəriyyətin təhlükəsiz gələcəyinə verdiyi töhfədir. Çünki hazırda dünyada müharibə və münaqişələrə son qoyulmasının yeganə yolu Qoşulmama Hərəkatının söykəndiyi və ölkəmizin təşviq etdiyi prinsiplərə qeyd-şərtsiz əməl olunması, dövlətlərin ərazi bütövlüklərinə, suveren hüquqlarına hörmətlə yanaşılması, hüququn aliliyinə söykənən qarşılıqlı münasibətlərin təmin edilməsidir”.




Baxış sayı: 95
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30