"Resurs" Analitik İnformasiya Mərkəzi İB "Tarixi zəfərin ideoloji əsaslarının təhlili" layihəsini davam etdirir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Resurs" Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi "Tarixi zəfərin ideoloji əsaslarının təhlili" layihəsi çərçivəsində növbəti dəyirmi masa Şabran şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, eləcə də Şəhid Seyfəddin Balağayevin anası Besxanım Balağayeva, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şabran rayon icra hakimiyyətinin əməkdaşı Seyidağa İsmayılov, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi Orucov, Şəhid atası Coşqun Babayev və digərləri iştirak edib.
Tədbiri açan layihə rəhbərinin köməkçisi Qismət İsmayılov tədbirin "Konstitusiya və suverenlik ili" çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Q.İsmayılov 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən danışıb və yetişməkdə olan gənc nəsli Vətəni sevməyə, xalqın milli maraqlarını getdikləri xarici ölkələrdə qorumağa, təbliğ etməyə çağırıb.
Şabran rayonu Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxışında diqqəti 2025-ci ilin "Konstitusiya və suverenlik ili" olaraq qeyd olunmasına yönəldib. Bildirib ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30 ili, suverenliyimizin təmin edilməsinin 5 ili tamam olur. Bu xüsusi ildönümləri qeyd etməklə Azərbaycan xalqı böyük qürur və fəxarət hissi keçirir.
Şəhid Seyfəddin Balağayevin anası Besxanım müəllimə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbənin əsas memarının xalq-hakimiyyət birliyi olduğunu bildirib. Qeyd edib ki, uzun illər, əsərlər keçsə də, hərb tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbə böyük fəxarət hissi ilə qeyd ediləcək, qəhrəman əsgər və zabitlərimizin döyüş yolu haqqında kitablar yazılacaq, kinolar çəkiləcək.
Tədbirdə çıxış edən Şabran rayon icra hakimiyyətinin əməkdaşı Seyidağa İsmayılov, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi Orucov, Şəhid atası Coşqun Babayev və digərləri Azərbaycanın əldə etdiyi sosial, iqtisadi uğurlardan, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıb, əldə olunan nailiyyətlərə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
