FACT-INFO.AZ » XƏBƏR » Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir
11-07-2025, 10:30 | XƏBƏR / AKTUAL
Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir

Stanford Universitetinin alimləri orqanların bioloji yaşını müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar. Araşdırmaya görə, orqanların, xüsusilə də beynin bioloji yaşı insanın ömür uzunluğu və müxtəlif xəstəliklərə tutulma riski ilə sıx bağlıdır.

Fact-info.az “NEWS Medical” saytına istinadla xəbər verir ki, professor Tony Vyss-Coray və komandası tərəfindən aparılan araşdırma “Nature Medicine” jurnalında dərc olunub. Alimlər 40-70 yaş arasında 44 min 498 nəfərin qan nümunələrini analiz edərək 11 orqan sisteminin, beyin, ürək, böyrəklər, qaraciyər, ağciyər, immun sistemi və s. bioloji yaşını təyin edən zülal imzaları hazırlayıblar. Bu zülalların səviyyəsi orqanların sağlamlıq vəziyyəti haqqında məlumat verir.

Məlum olub ki, bəzi insanların müəyyən orqanları xronoloji yaşlarından xeyli daha yaşlı və ya gənc ola bilər. Tədqiqatda iştirak edənlərin üçdə birində ən azı bir orqan normadan 1.5 standart sapma ilə ya daha yaşlı, ya da daha gənc kimi qeydə alınıb.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri beynin bioloji yaşının ömür uzunluğunun ən güclü göstəricisi olmasıdır. Bioloji olaraq “həddindən artıq yaşlı” beyin Alsheymer xəstəliyi riskini üç dəfə artırır. Digər tərəfdən, “həddindən artıq gənc” beyin bu riski əhəmiyyətli dərəcədə azaldır. Ümumilikdə, yaşlı beyinə sahib olan şəxslərin 15 il ərzində ölüm riski 182 faiz daha yüksək olub. Vyss-Coray bildirir ki, bu üsul gələcəkdə müxtəlif xəstəliklərin proqnozlaşdırılması və qarşısının alınması üçün istifadə oluna bilər. Həddindən artıq yaşlanmış orqanlara erkən müdaxilə edilməklə xəstəliklər başlamadan qarşısı alına bilər. Bu yanaşma, tibbin gələcəyində “xəstəlikdən sonrakı müalicə”dən “xəstəlikdən əvvəlki profilaktika”ya keçidi mümkün edə bilər. Hazırda bu analiz yalnız tədqiqat məqsədləri üçün istifadə olunur. Lakin alimin sözlərinə görə, bu texnologiya yaxın 2-3 il ərzində kommersiya məqsədilə də əlçatan ola bilər. Vyss-Coray, həmçinin “Teal Omics” və “Vero Bioscience” şirkətlərinin həmtəsisçisidir və bu texnologiyanın kommersiyalaşdırılması planları üzərində işləyir.

Tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutları, Süd Yolu Fondu və Stanford Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzi tərəfindən maliyyələşdirilib.

 




Baxış sayı: 190
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30