FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Zəngin irsi ilə əbədiyaşarlıq qazanmış şair - Seyid Əzim Şirvani - 190
15-07-2025, 13:30 | TƏDQİQATLAR-ANALITIKA
Zəngin irsi ilə əbədiyaşarlıq qazanmış şair - Seyid Əzim Şirvani - 190

Anadan olmasının 190 illiyi qeyd edilən görkəmli şair və maarifçi-pedaqoq Seyid Əzim Şirvani ilə bağlı Azərbaycan Dövlət Tarix Arxivinin “Zaqafqaziya şiə ruhaniyyə idarəsi” fondunda bir saxlama vahidi saxlanır.

Seyid Əzim Şirvani şəxsiyyəti və yaradıcılığı, çoxşaxəli fəaliyyəti ilə Azərbaycan tarixində mühüm yer tutur. Bioqrafiyasına nəzər yetirdikdə görürük ki, o, 1835-ci ilin iyulun 9-da Şamaxıda, ruhani ailəsində anadan olub. Kiçik yaşlarında atası Seyid Məhəmməd vəfat etdiyindən yetkinləşənə qədər Dağıstanda ana babası molla Hüseynin himayəsi altında böyüyüb. Burada ərəb və fars dili ilə yanaşı, bir neçə Dağıstan dillərini də öyrənib. Dağıstandan Şamaxıya gələndən sonra ruhani təhsilini artırmaq üçün 21 yaşında İraqa - Nəcəfə, Bağdada və Suriyanın Şam şəhərinə gedib. Dinlə yanaşı, dünyəvi elmlərə də böyük maraq göstərib. Vətənə dönüb bir müddət yaşadıqdan sonra, ikinci dəfə, yenə uzaq səfərə çıxıb. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə - Qahirə şəhərinə gedib.

Səfərdən Şamaxıya qayıdıb, 1869-cu ildə orada yeni üsul üzrə “Məclis” adlı məktəb açaraq, ömrünün sonunadək müəllimlik edib. Onun məktəbində digər mollaxanalardan fərqli olaraq uşaqlara dini elmlərlə yanaşı, fars, rus və ana dili təlim edilir, tarix, coğrafiya, hesab və sair fənlərdən ibtidai biliklər də çatdırılırdı. Görkəmli şair Mirzə Ələkbər Sabir, ünlü pedaqoq, maarif xadimi Sultan Məcid Qənizadə və bir sıra başqa tanınmış şəxslər onun məktəbində dərs alıblar.

Seyid Əzimin zəngin ədəbi yaradıcılığı azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Onun bədii mirasının əsasını daha çox qəzəllər təşkil edir. Şərq klassikasından, mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr öz mükəmməlliyi ilə seçilir. Ona böyük şöhrət gətirən qəzəllərindəki dərin lirika, nikbinlik, həyat sevgisi, dini etiqad xüsusi dərəcədə nəzərə çarpandır.

Şair qəzəllərindən savayı, ictimai məzmun daşıyan satira, maarifçi və tənqidi mövzuda realist şeirlər də yazıb. Onun belə şeirlər, satiralar yazmasında və bunların yayılmasında həmin vaxtlar Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzetinin böyük təsiri və müstəsna yeri olub. Bu qəzetin səhifələrində şairin ondan çox şeiri işıq üzü görüb. “Əkinçi”yə həsr etdiyi şeirlərdə, o, dövrünün əksər ziyalıları kimi mətbuatın böyük imkanlarını dəyərləndirir, qəzetin xalqın tərəqqisi və inkişafında vacib vasitə olduğunu təlqin edirdi.

Şairin yaradıcılığında öyüd-nəsihət, təmsil, didaktik mahiyyətli mənzum hekayələri maarifçi şeirləri ilə birləşir, insanlarda gözəl və nəcib duyğuların artmasına xidmət edir. O, bütün pedaqoji fəaliyyəti dövründə ana dili və ədəbiyyatını tədris etmiş, tərcümə etdiyi əsərləri və öz şeirlərini toplayıb “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütüb” adlı kitablar yaratmışdı. Dövrünün görkəmli şəxsləri sayılan Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə ilə onun yaxın münasibətləri olub. Bir çox mənbələrdə onlar ilə yazışmalarının olması qeyd edilir.

Mütərəqqi mövqeyi, maarif sahəsindəki xidmətlərini nəzərə alaraq Zaqafqaziya tədris idarəsi 1886-cı ildə onu gümüş medalla mükafatlandırmışdı.

Azərbaycan Dövlət Tarix Arxivindəki saxlama vahidində olan, Qafqaz idarəçiliyi Mülki hissəsi baş rəisliyi dəftərxanası direktoru müavini tərəfindən Zaqafqaziya şiə ruhaniyyə idarəsinə yazılmış 17 dekabr 1886-cı il tarixli məktubda göstərilir ki, müsəlman etiqadlı Şamaxı şəhər məktəbinin müəllimi Hacı Seyid Əzim Seyid Məmməd oğlunun sinəyə taxılan “çalışqanlığına görə” yazısı qeyd edilən gümüş medal və Stanislav lenti ilə təltif edilməsi üçün Zaqfqaziya təhsil idarəsi vəsatət qaldırıb.

Ardınca Zaqafqaziya tədris idarəsinin bu vəsatətinin həyata keçirilməsində hər hansı xoşagəlməz hallar yaranarsa, Şiə Ruhaniliyindən onlara xəbər etmələri xahiş olunur (f.290, siy.1, sax.vah.492, vər.1).

Seyid Əzimin qabaqcıl müəllim kim cəmiyyətdə tanınması, maarifçi və tənqidi-satirik şeirləri ilə mövhumatı, cahilliyi qamçılaması onu geri zəkalı dindarların kəskin etirazları və müqaviməti ilə üzləşdirirdi. Onu sevməyənlərin, düşməncəsinə münasibət bəsləyənlərin sayı gündən-günə artırdı. Nadanlar Şamaxıdan doğan ziya günəşinə kor oldular, zülməti, qaranlığı seçdilər. Odur ki, hələ 53 yaşı tamam olmamış - 1888-ci ilin 20 mayında Şamaxı məscidində sui-qəsd nəticəsində şairin həyatına son qoyuldu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə Seyid Əzim Şirvaninin əsərləri dövlət varidatı elan edilib. 

Rövşən YERFİ




Baxış sayı: 215
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30