Avstraliya İttifaqının Brisben şəhərində keçirilən Multikultural Festivalda Azərbaycan da təmsil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, orta məktəbdə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Avstraliya, Misir, Hindistan, Əfqanıstan, Afrika, Filippin, Vyetnam, Çin, Yaponiya, Kamboca, Koreya Respublikası, Yeni Zelandiya və başqa ölkələr öz milli mədəniyyətlərini əks etdirən xüsusi guşələr yaradıblar.
Festival çərçivəsində müxtəlif xalqlara məxsus rəqslər, oyunlar nümayiş olunub, eləcə də fotostendlər vasitəsilə ölkələrin adət-ənənələri və mədəni irsi haqqında iştirakçılara məlumat verilib.
Azərbaycan guşəsi “Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası”nın vitse-prezidenti Aytən Məmmədova və həyat yoldaşı Con Millettin təşkilatçılığı ilə yaradılıb. Guşədə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və mətbəxini əks etdirən milli geyimlər, suvenirlər və digər mədəni nümunələr sərgilənib.
Festival iştirakçıları Azərbaycan guşəsinə böyük maraq göstəriblər.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
