Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sərxan Surxay oğlu Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olub. 1985-1987-ci illərdə Sovet ordusu sıralarında edib. Tərxis olunduqdan sonra Gəncə Maşınqayırma Texnikumuna daxil olub və 1989-cu ildə oranı bitirərək Gəncə Maşınqayırma Zavodunda işləməyə başlayıb.
1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılıb. Şəfəq, Zeyvə, Tap Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edib. Sərxan Ocaqverdiyev az müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstərib. O, 5 may 1992-ci ildə ermənilərin Talış kəndinə növbəti hücumu zamanı qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidentinin 7 iyun 1992-ci il tarixli Sərəncamı ilə Ocaqverdiyev Sərxan Surxay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Baxış sayı: 160
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
