FACT-INFO.AZ » AKTUAL » "İnformasiya azadlığı ilə dini etiqad azadlığı arasında ziddiyyət yoxdur" - Ramin Məmmədov
15-07-2025, 16:00 | AKTUAL
"İnformasiya azadlığı ilə dini etiqad azadlığı arasında ziddiyyət yoxdur" - Ramin Məmmədov

"Sizi Azərbaycanın mütəfəkkirləri - Xaqani Şirvaninin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin və digər görkəmli alimlərin, filosofların vətəni Şamaxı şəhərində salamlamaqdan məmnunluq duyuram. Zaman dəyişir, rəqəmsal texnologiya inkişaf edir, informasiya axını sürətlənir. Belə bir şəraitdə cəmiyyətin mənəvi sütunları olan dəyərlər, inam və etiqad da yeni çağırışlarla üzləşir. Bu gün burada müzakirə edəcəyimiz “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusu da çox aktual məsələyə həsr olunub. Azərbaycan dövləti bu sahədə tamamilə prinsipial və ardıcıl siyasət yürüdür. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşa vicdan və dini etiqad azadlığı hüququ verir. Bu, dövlətimizin əsas hüquqi-siyasi prinsiplərindən biri olmaqla yanaşı, həm də cəmiyyətin mənəvi sabitliyinə və harmoniya içində birgəyaşayışına xidmət edən dəyərdir".

Fact-info.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.

Ramin Məmmədov bildirib ki, ölkəmizdə din və mətbuat münasibətləri “Dini etiqad azadlığı haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Azərbaycanda din dövlətdən ayrıdır, lakin dövlət bu məsələni daim diqqətdə saxlayır. Çünki din – təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərdə mühüm təsir gücünə malik bir sahədir. Ona görə də bu sahədə sabitlik və aşkarlıq həm hüquqi mexanizmlərlə, həm də informasiya vasitələri ilə qorunur:

"Bildiyiniz kimi, bu gün informasiya məkanı sürətlə dəyişir. Bu məkanda indi ənənəvi media ilə bərabər sosial media da sürətlə inkişaf edir. Belə bir mühitdə ənənəvi mediadan fərqli olaraq sosial mediada informasiyanın yayılması nəinki asanlaşıb, hətta nəzarətdən kənarda qalıb. Bu reallıq istənilən ölkədə informasiya təhlükəsizliyi məsələsini ön plana çıxarır. Xüsusilə dini etiqad azadlığı sahəsində yayılan məlumatlar, – istər video formatında, istərsə də yazılı şəkildə, – bəzən yanlış, təhrif edilmiş və ya məqsədli sürətdə yönləndirilmiş ola bilər. Bu isə cəmiyyətin dini dəyərlər sisteminə, gənclərin inanc dünyasına təsirsiz ötüşmür. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir. Medianın bu sahədə rolu təkcə məlumat yaymaqdan ibarət deyil – o, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və cəmiyyətdə dini dözümlülüyün təşviqi baxımından da böyük əhəmiyyət daşıyır.

Diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır. Onun sosial bazası – dini savadlılıq və maarifləndirmədir. Gənclərimizə doğru və etibarlı dini bilgilərin çatdırılması informasiya qurumlarının əsas vəzifələrindən biri olmalıdır. Çünki harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası belə hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır. Rəqəmsal dövrdə bu mübarizəni daha da fəallaşdırmaq üçün müasir informasiya yayımında yeni formatlara da ehtiyac var. Qısa videoların, cəlbedici sosial layihələrin, gənclərin maraq dairəsinə uyğun təqdimat formalarının hazırlanması media və dini qurumların birgə fəaliyyət sahəsinə çevrilməlidir".

Komitə sədrinin sözlərinə görə, informasiya azadlığı ilə dini etiqad azadlığı arasında ziddiyyət yoxdur. Əksinə, bu iki azadlıq bir-birini tamamlayan dəyərlər kimi düzgün və məsuliyyətli şəkildə idarə olunur. İnformasiya müstəvisində dini azadlığın təbliği, eləcə də dini dəyərlərin informasiyanın manipulyasiyasına çevrilməsinin qarşısının alınması bizim ümdə vəzifəmizdir:

"Bu sahədə Azərbaycan modeli göstərir ki, balanslı, düşünülmüş və məqsədyönlü siyasət mümkündür. Dövlət, dini icmalar və media qurumları birgə çalışaraq həm dini sabitliyi, həm informasiya təhlükəsizliyini, həm də cəmiyyətin mənəvi rifahını təmin edə bilərlər. Sonda bir daha vurğulamaq istərdim ki, bizim missiyamız təkcə xəbər çatdırmaq deyil, həm də cəmiyyətə inam aşılamaqdır. Bu inamın bünövrəsi isə tolerantlıq, qarşılıqlı hörmət və sağlam informasiya mühitidir".




Baxış sayı: 125
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30