FACT-INFO.AZ » SİYASƏT » Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı
16-07-2025, 11:00 | SİYASƏT
Prezidentin xüsusi nümayəndəsi sülh sazişindən danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı dövlət telekanalı "ERT"ə müsahibə verib.

Fact-info.az xəbər verir ki, E.Əmirbəyov müsahibədə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan həqiqətlərini Yunanıstan ictimaiyyətinin diqqətinə çatdırıb. O, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33 illiyinə istinad edərək, son dövrlərdə siyasi və iqtisadi sahələrdə müşahidə olunan müsbət təmayülü qeyd edib, münasibətlərin qarşılıqlı hörmətə, ortaq maraqlara və iqtisadi potensiala əsaslanaraq uğurla inkişaf etdiyini bildirib. O həmçinin Azərbaycan-Yunanıstan əlaqələrin müxtəlif sahələrdə daha da dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ikitərəfli siyasi dialoqun son vaxtlar möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Yunanıstanın Baş naziri cənab Kiriakos Mitsotakis arasında formalaşmış səmimi və etibarlı münasibətlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, onların arasında keçən ilin noyabr ayında COP29 konfransı zamanı Bakıda keçirilmiş görüş zamanı baş tutmuş səmərəli və konstruktiv fikir mübadiləsinin önəmini xüsusi vurğulayıb.

E.Əmirbəyov Azərbaycan ilə Yunanıstan arasında enerji sahəsində əməkdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını bildirərək, Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya, o cümlədən Yunanıstana çatdırılmasının önəmini qeyd edib. Eyni zamanda, o, Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti çərçivəsində Yunanıstan ilə bərpa olunan enerji - o cümlədən hidrogen, günəş və külək enerjisi sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Ticarət, nəqliyyat, kənd təsərrüfatı, yüksək texnologiyalar, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına da toxunan Azərbaycan rəsmisi, 2024-cü ildə Bakıda keçirilmiş Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələri, eləcə də daha sonra baş tutmuş birgə hökumətlərarası komissiyanın iclasını və həmin iclasda qəbul edilmiş fəaliyyət planını qeyd edərək, bu sənədin Azərbaycan-Yunanıstan iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsi üçün konkret addımları nəzərdə tutan yol xəritəsi funksiyasını yerinə yetirdiyini vurğulayıb.

Ermənistanla sülh prosesi barədə də danışan Elçin Əmirbəyov sülh sazişi mətninin 2025-ci ilin mart ayında artıq razılaşdırıldığını və tərəflərin onun imzalanmasına çox yaxın olduqlarını qeyd edib. O, sazişin imzalanmasına mane olan amillərdən bəhs edərək, Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddialarının qalmasını sülh sazişinin məzmununa və ruhuna zidd olan əsas maneələrdən biri kimi göstərib. Bundan əlavə, o, Minsk Qrupu və ATƏT-in digər əhəmiyyətini itirmiş təsisatlarının ləğv edilməsinin zəruri olduğunu bildirib. E. Əmirbəyov hər iki məsələnin tez ya da gec mütləq öz müsbət həllini tapacağına əminliyini ifadə edib.




Baxış sayı: 120
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30