FACT-INFO.AZ » İQTİSADİYYAT » Emin Hüseynov: 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır
15-07-2025, 15:30 | İQTİSADİYYAT
Emin Hüseynov: 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfərin köçürülməsi planlaşdırılır

“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa-quruculuq işləri sürətlə davam edir. Nəzərdə tutulan qrafik üzrə əhalinin yaşayış məntəqələrinə köç etməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Fact-info.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində jurnalistlərə müsahibəsində deyib.

E.Hüseynov bildirib ki, bu tədbirlər çərçivəsində Ağdam rayonunda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılışı olub və sakinlərin doğma torpaqlarına köçü təmin edilib: “Hazırda Kəngərli və Sarıcalı kəndlərində bu proses başa çatıb. Xıdırlı kəndində isə bu ay ilk 188 ailənin, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçü həyata keçiriləcək. Beləliklə, Ağdam rayonunda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş 5 kənddən 3-də köç təmin edilmiş olacaq. Buna paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək və ümid edirik ki, 2026-cı ilin sonunadək işlər yekunlaşacaq və əhalinin köçü təmin olunacaq”.

O qeyd edib ki, Ağdam şəhərində 2-ci yaşayış kompleksində tikinti işləri sürətlə davam edir və oktyabr ayından başlayaraq ilin sonuna qədər 1268 ailənin köçürülməsi planlaşdırılır. Ağdam şəhərində 4-cü yaşayış kompleksinin də tikintisinə başlanılıb. Bu ay ərzində 5-ci yaşayış kompleksinin, sentyabr-oktyabr aylarında isə 3-cü yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 823 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin layihələndirmə işləri yekunlaşmaq üzrədir. Sentyabr-oktyabr aylarında layihənin tenderə çıxarılması gözlənilir. Ümumiyyətlə, ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq.

“Xocavənd rayonunda da hazırda kəndlərin bərpası və yenidən tikilməsi istiqamətində işlər davam edir. Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya-yol layihələri icra olunmaqdadır. Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi və Tuğ kəndində yaşayış evlərinin bərpası istiqamətində layihələrə başlanılacaq. Xocavənd rayonunun müxtəlif kəndlərində ilin sonuna qədər 1552 ev təmir olunaraq keçmiş məcburi köçkün vətəndaşlara veriləcək”, - deyə o əlavə edib.

 




Baxış sayı: 135
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30