FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Vasitəçisiz Azərbaycan-Ermənistan dialoqu daha perspektivli görünür
11-07-2025, 15:30 | TƏDQİQATLAR-ANALITIKA
Vasitəçisiz Azərbaycan-Ermənistan dialoqu daha perspektivli görünür
Məlum olduğu kimi, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib. Bu barədə verilən rəsmi məlumata görə,görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.Sülh gündəliyinin mühüm istiqamətləri- sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Vasitəçisiz Azərbaycan-Ermənistan dialoqu daha perspektivli görünür.Bu kontekstdə Əbu-Dabi görüşü formatı bu prosesdə öz maraqları ola biləcək vasitəçinin, üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa dialoq yolu ilə münasibətləri normallaşdırmasına aparır.  Bu kontekstdə Əbu-Dabi görüşü Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanmasında və yaşadığımız regionda dayanıqılı sülhün təmin edilməsində qərarlılığının konstruktiv şəkildə nümayiş etdirilməsi, qlobal güclərin regiona müdaxilə imkanlarının məhdudlaşdırılması, problemlərin dialoq yolu ilə həllindəki israrlılığın ortaya qoyulması,əsas məqsədi olan böyük sülh sazişinin bağlanmasına aparan Yol Xəritəsinin müəyyənləşməsinə konstruktiv əsasların yaranması,növbəti görüşlərdə sülh müqaviləsinin imzalanması istiqamətində daha rassional və nəticəli addımarın atılmasına yaxşı zəminin formalaşdırılması və sair bu kimi məqamlar baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.
Görünən budur ki, hazırkı vəziyyət regionumuzda davamlı,dayanıqlı və dönməz sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və ondan faydalanmaq obyektiv zəraurıtı çevrilib. Belə şəraitdə birbaşa ikitərəfli format əsasında keçirilən bu görüşə qarşı birbaşa çıxış etmək mümkün deyil və təbii surətdə dəstəklənir.Bununla belə görüşü alqışlayanlarla yanaşı,hələlik açıq deyilməsə də, bu görüşdən narahat olan və qıcıqlanan ölkə,tərəf və qüvvələr də var.İçindəkiləri birbaşa açıq deməsələr də öz klassik üsulları ilə əndişələrini artıq yaymağa başlayıblar.Ona görə də Əbu-Dabi görüşü sülh üçün müsbət və çox zıruri addım olsa da,bu görüşü böyük sülhə aparan prosesdə real və etibarlı dönüş nöqtəsinə çevirməkdən ötrü, əldə edilən razılaşmaların mıntiqi davamı və yekun nəticəsi kimi böyük sülh sazişin imzalanması və gerçəkləşməsi yolunda gözlənilə bilən bir sıra maneələrin aradan qaldırılmasını zəruri edəcək.Bu kontekstdə sülhə aparan yolda Azərbaycanla Ermənistanın çağırışlara koordinasiya edilmiş cavabların verilməsi,siyasətin müəyyən məqamlarnın uzlaşdırılması və sülh müqaviləsinin bağlanması üçün mövcud maneələrin optimal variantlarda aradan qaldırılması və sair bu kimi məsələlərin qabaqlayıcı və digər üsullarla həlli üçün xeyli səy göstərməsi lazım gələcək.
Görüşdə müzakirə olunan məsələlər arasında Ermənistanın Konstitusiyasının Azərbaycana qarşı olan məqamlarının dəyişdirilməsi müəyyən qədər vaxt aparan məsələ olsa da, prinsipial razılıq əldə edilən məsələlərin-sərhədlərin delimitasiyası sahəsində, eləcə də Zəngəzur dəhlizinin açılması və sülh sazişi ilə bağlı işlər daha geniş planda davam etdiriləcək. Zəngəzur dəhlizinin açılması və kommunikasiya mövzusunun multiplikativ effekti Azətbaycan və Ermnistana faydası ilə yanaşı,regional və qlobal miqyasda bir sıra istiqamətlərdə real nəticələrin əldə edilməsinə gətirib çıxaracaq: kommunikasiyalar mövzusunun, o cümlədən Zəngəzur dəhlizinin açılmasının tərəfdarlarının prosesə dəstəyi güclənəcək; sülh perspektivlərinin gücləndirilməsini sürətləndirəcək; böyük sülh sazışının bağlanması ilə bağlı zəruri olan məsələlərin həllini asanlaşdıracaq;hətta bu yöndə atılan addımların məntiqi nəticəsi kimi bir sıra məsələlərin öz- özünə həllinə də gətirib çıxaracaq.
Əbu-Dabi görüşü göstərdi ki, Azərbaycanın davamlı sülh çağırışları addım-addım öz bəhrəsini verməkdədir. Ermənistan da Azərbaycanla olan münasibətdə məsələlərin konstruktiv dialoqa əsaslanan sülh yolu ilə həllində sərgilədiyi hazırkı realist maraqlarına davamlı xarakter vermək yolunda siyasi iradə nümayiş etdirsə və ardıcıllıq göstərsə, Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin bağlanması məsələsi gerçəkləşəcək. Bu isə təkcə iki ölkəyə fayda gətirməklə məhdudlaşmayacaq, Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaradadacaq ki, bu da regiona proqnozlaşdırıla bilən dayanıqlı sülh, sabitlik, əmin-amanlıq və sürətli tərəqqi gətirəcək.
Əli Məsimli
Milli Məclisin deputatı,
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri



Baxış sayı: 420
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30