Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb.
Bu barədə Fact-info.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, "Tovuz döyüşləri - Zəfərə gedən yolun başlanğıcı" adlı virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, şəhid olmuş igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında qələmə alınmış kitab və dövrü mətbuat nümunələrinin tam mətni təqdim edilib. Virtual sərgidə “Tovuz döyüşləri-iyul şəhidləri”, “Vətən uğrunda”, “Polad ömrü”, “Əfsanəvi general”, “Akula ləqəbli kəşfiyyatçı”, “Möhtəşəm zəfərin nişanəsi” kimi 10-dan çox kitabın və “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “525-ci qəzet”, “İki sahil”, “Səs” kimi mətbu nəşrlərdə yer alan “Tovuz döyüşləri - Zəfərin başlanğıc məqamı”, “Tovuz döyüşləri: Qəhrəmanlıq salnaməmiz...”, “Tovuz döyüşləri qələbəmizin təməli oldu” kimi məqalələr sərgilənib.
“Zəfər salnaməsinin şanlı səhifəsi - Tovuz döyüşləri” adlı məlumat bülletenində şanlı Qələbəyə gedən yolun başlanğıcında duran, adını Azərbaycanın Zəfər salnaməsinə qızıl hərflərlə yazan Tovuz döyüşlərinin iştirakçıları haqqında toplanmış ətraflı məlumat, onların həyat və döyüş yolundan bəhs edən kitab və məqalələrin siyahısı təqdim edilib.
Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Baxış sayı: 45
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
