FACT-INFO.AZ » XƏBƏR » Elnur Abasov: Xankəndi şəhərində keçirilən Hərbi Parad işğalçı Ermənistana növbəti xəbərdarlıqdır
10-11-2023, 12:00 | XƏBƏR / QHT
Elnur Abasov: Xankəndi şəhərində keçirilən Hərbi Parad işğalçı Ermənistana növbəti xəbərdarlıqdır

  Elnur Abasov: Xankəndi şəhərində keçirilən Hərbi Parad işğalçı Ermənistana növbəti xəbərdarlıqdır!

            2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında Azərbaycan xalqının qazandığı tarixi zəfər hələ də dünyanın diqqət mərkəzindədir. Çünki son 100 il ərzində erməni terrorçularına bu səviyyədə cavab verilməmişdi. Xüsusilə, 2023-cü il sentyabrın 19-da başlanan və cəmi 23 saat 45 dəqiqə çəkən lokal antiterror əməliyyatları nəticəsində Xankəndi və Xocalı şəhərlərinin, həmçinin, Xocavənd və Ağdərə rayonlarının düşməndən azad edilməsi çox mühüm bir hadisədir. Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həmin yaşayış məntəqələrində Azərbaycanın ay-ulduzlu bayrağını ucaltması xalqımızın hədsiz sevincinə səbəb oldu. Noyabrın 8-də cənab Ali Baş Komandan Xankəndi şəhərində Hərbi Paradı qəbul etdi. Tarixi qələbənin qazanılmasında son 20-25 il ərzində Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq səviyyədə aparılan danışıqlar önəmli rol oynadı. Məhz buna görə də, mən, cənab İlham Əliyev başda olmaqla qədirbilən xalqımızı təbrik edir, şəhidlərin ruhları qarşısında baş əyirəm.

                               Xankəndi (Xanın kəndi) nə vaxt və nəyə görə yaradılıb?

            Arxiv sənədlərinə görə  Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində inşa edimişdir. Bu zaman məskənin əlverişli coğrafi mövqeyi, habelə Ağdam, Xocalı, Malıbəyli, Kərkicahan kimi xanlığın sırf azərbaycanlılar yaşayan şəhər və kəndlərinə məsafə baxımından yaxınlığı onun yer seçimini şərtləndirən əsas amil idi.

İlk illər burada ancaq xan ailəsi və onun yaxınları yaşadığından yeni yaşayış məskəni el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.Qeyd edilməlidir ki, Azərbaycanın İsmayıllı rayonunun ərazisində də Xankəndi adlanan yaşayış məntəqəsi var. Araşdırmalar onun da o regionun xanları tərəfindən salındığını sübut edir. Avstriyalı tarix professoru Erix Fayql 2006-cı ildə qeyd edirdi ki, “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.

İdeoloji və siyasi yasaqlara baxmayaraq, bütün sovet dövrü ərzində Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Şəhərin iqtisadi yüksəlişi işi, mədəni simasının kökündən dəyişməsi məhz Azərbaycanın ümumi respublika vəsaiti sayəsində mümkün olur. Sovet dönəmində şəhərin artımının nəzərdən keçirilməsi söyləməyə əsas verir ki, Xankəndinin bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedirdi ki, bu da respublika rəhbərliyinin xüsusi qayğısının nəticəsi idi.

Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Heydər Əliyev dönəmində dəmiryol xətti Xankəndinə qədər çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi.

1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdı. 1973-cü ildə filial Ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərməyə başlamışdı.

Şəhərdə həmçinin Tarix-Diyarşünaslıq Muzeyi açılmış, Dram Teatrı fəaliyyət göstərmişdi. Şəhərin memarlıq siması vilayət mərkəzi statusuna uyğun dəyişdirilmişdi. Belə bir məqamı xüsusi vurğulamalıyıq ki, Xankəndi şəhərsalma planlaşdırılmasına və quruluşuna görə Azərbaycanın bir çox rayon mərkəzindən müsbət mənada seçilirdi.

Xankəndi Azərbaycanın Milli qəhrəmanları Nizami Məmmədov və Şirin Mirzəyevin, Respublikanın Xalq artisti Fəxrəddin Manafovun vətənidir. Xankəndi adı bu gün dünya gəmiçiliyində də tanınır. Ötən ilin dekabrın 24-də Türkiyənin məşhur “Palmali” şirkətlər qrupunun sifarişi ilə “Xankəndi” tankeri hazırlanaraq suya buraxılıb. 142,98 metr uzunluğu, 21,7 metr enli, yük tutumu 14 min ton olan gəmi dünya sularında kimya sənayesi məhsulları daşımaq üçün nəzərdə tutulub.1967-ci ildə Xankəndinin yaxınlığında - Əsgəran rayonu ərazisində heykəltaraş Çərkis Baqdasaryanın “Biz və bizim dağlar” adlı abidəsi açıldı. Qısa zamanda heykəl kompleksi məşhurlaşdı və hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsidir.

Təəssüflər olsun ki, 1988-ci ildə yenidən şahə qalxan erməni millətçiliyi Xankəndini uzun illər boyu Respublikamızın siyasi, mədəni və iqtisadi həyatından kənar qoyur. Azərbaycanın dilbər guşəsində yerləşən, ölkəmizin maddi vəsaitləri, xalqımızın böyük səy və zəhməti sayəsində ərsəyə gələn, sənaye mərkəzi kimi inkişaf edən, müasir şəhərə çevrilən Xankəndi uzun on illər təcavüzkar erməni separatizminin sanki rəmzi kimi tanınır.

Azərbaycanın 44 günlük Vətən savaşı gedişində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, 2023-cü ilin 19-20 sentyabrında baş vermiş antiterror tədbirləri çərçivəsində isə milli suverenliyimizin bütün Qarabağ üzərində tam bərqərar edilməsi Xankəndi şəhərinin əbədiyyən Azərbaycan məkanına qayıdışı ilə də nəticələndi. Dövlət Başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev təkcə Azərbaycanın deyil, ümumilikdə müasir dünya tarixinin salnaməsinə strateji təfəkkürün parlaq örnəkləri kimi yazılacaq dahiyanə gedişləri yaşadığımız bu təlatümlü zamanda son dərəcə çətin problemin müvəffəqiyyətli çözümünə gətirib çıxardı. İndi tam əminliklə söyləyə bilərik ki, Xankəndi tezliklə keçmişin mirasını arxada buraxaraq, ölkəmizin ən dinamik, sürətlə inkişaf edən, hər gün artıb gözəlləşən şəhərlərindən biri kimi şöhrət qazanacaqdır.

Allah-Təala Azərbaycan xalqını və Silahlı Qüvvələrimizin şəxsi heyətini qorusun. Amin.

 Elnur Abasov




Baxış sayı: 5 255
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30