FACT-INFO.AZ » XƏBƏR » Latviya mediası Azərbaycandan yazıb
15-11-2016, 09:30 | XƏBƏR
Latviya mediası Azərbaycandan yazıb

Azərbaycan səfirliyində müvəqqəti işlər vəkili Gəray Muradov və AZƏRTAC-ın xüsusi müxbiri N.Hüseynova ilə görüşü zamanı Tatyana Fast vəd etmişdi ki, V Bakı Beynəlxalq Humanitar Forumu haqqında Latviya oxucusuna məlumat verəcək və Azərbaycan paytaxtına dair təəssüratlarını bölüşəcək. O, vədinə sadiq qaldı.

T.Fast qeyd edir ki, Azərbaycan paytaxtının küçələrində gənclərin çoxluğu diqqətini çəkib. Onlar cüt, yaxud qrup halında ya ali məktəblərə, ya da işə tələsirdilər. Jurnalın baş redaktoru yazır: “Elə bizim forum da gənclərin iştirakı ilə keçdi. Tələbələr və gənc mütəxəssislər bütün iclaslarda və panellərdə iştirak edirdilər. Dərhal görünürdü ki, Azərbaycanda demoqrafiya və varislik məsələsində hər şey qaydasındadır. Yeri gəlmişkən, burada gənclərin təhsilinə xüsusi diqqət yetirirlər. İstedadlı uşaqların dövlət hesabına xaricdə təhsil almaq imkanı var”.

Baş redaktor əmindir: Bakı öz rəngarəngliyi ilə fəxr edə bilər. Ölkədə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəldilib. Əsrlər boyu ölkədə məskunlaşmış polyaklar, almanlar, ruslar haqqında Azərbaycanda danışmağı xoşlayırlar.

Müəllif qeyd edir ki, mədəniyyətlərin yanaşı yaşaması V Bakı Beynəlxalq Humanitar Forumunda əsas mövzu oldu. Forumun ideyası 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. O vaxtdan dövlət başçısı və xanımı Mehriban Əliyeva tədbirin müntəzəm iştirakçılarıdır. Forumda cari və sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, alimlər, tanınmış jurnalistlər və beynəlxalq münasibətlər sahəsində ekspertlər bir araya gəlir. Dünyada müəyyən dövriliklə planetar miqyaslı intellektualların təxminən on iclası keçirilir. Bakı Beynəlxalq Humanitar Forumu onlardan biridir.

T.Fast yazır ki, Humanitar Forumda jurnalistikanın transformasiyası və münaqişəli dünyada onun roluna xüsusi müzakirə həsr olunmuşdu. Müzakirədə dünya agentlikləri, Yaponiya, Azərbaycan, İran, Xorvatiya, Türkiyə, Slovakiyanı təmsil edən televiziya şirkətləri və nəşriyyat evlərinin rəhbərləri iştirak edirdilər. Ekspertlər vahid mövqedən çıxış edərək bildirirdilər ki, müasir jurnalistikanın taleyi tətbiqi yox, qlobal mövzudur. İnformasiya dünyanı idarə edir. İnformasiya müharibələri dönməz proseslərə səbəb ola və hətta real qarşıdurmalara gətirib çıxara bilər.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovun fikrincə, “jurnalistikanın dramatik transformasiyası” baş verib. Onun sözlərinə görə, texnologiya və gacetlər ənənəvi KİV-lərin mahiyyətini radikal şəkildə dəyişib, şəbəkə jurnalistikası bu sahədə getdikcə daha çox yer tutur. Peşəkar reportyor və redaktorlar bu şəbəkənin yalnız həlqəsidir. T.Fast vurğulayır ki, bununla belə, agentliyin rəhbəri hadisələrin dramatikləşdirilməsi ilə razılaşmır. Onun fikrincə, şəbəkə jurnalistikasına mətbuatın müstəqilliyinə və keyfiyyətinə təhlükə mənbəyi kimi yox, əksinə, sərt korporativ nəzarətdən qurtuluş imkanı kimi baxmaq gərəkdir. A.Aslanov əmindir ki, yeni trendlərə əhəmiyyət verməmək, onları diqqətdən kənarda qoymaq olmaz, bu trendlərə yeni reallıq kimi yanaşmaq və ondan peşəkar fəaliyyətdə istifadə etmək lazımdır.

“Otkrıtıy qorod” jurnalının baş redaktoru Azərbaycan paytaxtının sakinlərini belə səciyyələndirir: “Bakılılar mehriban, ünsiyyətcil və gülərüzdürlər. Görünür, buna səbəb günəşli ölkənin təbiətidir: xoşbəxtlik hormonu olan serotonin riqalılarla müqayisədə bakılılarda daha çoxdur. Yəqin ki, serotoninin yetərli olmasının nəticəsidir ki, bütün şəhər əfsanələri məhəbbət hekayətləri ilə bağlıdır. İçərişəhərin incisi olan Qız Qalasının tarixi “love story”dir (məhəbbət hekayətidir). Əgər bir xeyriyyəçi əcnəbi opera ulduzuna aşiq olmasaydı, möhtəşəm gözəlliyi ilə seçilən Bakı Opera və Balet Teatrının binası da mövcud olmazdı. Elə müasir Bakının küçələrində də tıxac yaradan toy kortejlərinə tez-tez rast gəlinir. Amma bakılılar deyinmir: “Azərbaycanda ailə müqəddəsdir”.

Tatyana Fast Bakı barədə təəssüratlarını bölüşərək yazır ki, sentyabrın sonunda Dənizkənarı Bulvarın yaşıllığı hələ də yayı xatırladırdı, halbuki şəhər payızın işgüzar həyatı ilə yaşayırdı. Deyirlər, Bakıda o qədər tikinti gedir ki, hər il bura gələndə şəhəri tanımaqda çətinik çəkirsən. “Mən Bakıya 13 il əvvəl gəlmişdim və əlbəttə, şəhəri tanımadım. 2003-cü ildə yarımçıq çoxmərtəbəli binalarda hələ də qaçqınlar məskunlaşırdı, yollar isə çala-çuxur idi. Bu səfərim zamanı isə binalar səliqəsi, küçələr təmizliyi, göydələnlər inanılmaz ölçüləri və konstruksiyası ilə Birləşmiş Ərəb Əmirliklərindən, şıqotel və avtomobillər istənilən Avropa paytaxtından geri qalmırdı”, - Tatyana Fast belə yazır.




Baxış sayı: 1 773
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30