FACT-INFO.AZ » İQTİSADİYYAT » Komitə sədri: İnşaat sektorunda ən mühüm çağırışlardan biri sənədləşmə ilə bağlıdır
15-03-2023, 13:55 | İQTİSADİYYAT
Komitə sədri: İnşaat sektorunda ən mühüm çağırışlardan biri sənədləşmə ilə bağlıdır

Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili martın 15-də “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

Bu sahədə ən mühüm çağırışlardan birinin məhz sənədləşmə ilə bağlı olduğunu vurğulayan Tahir Mirkişili bildirib ki, son vaxtlar evlərin, daşınmaz əmlakın sənədləşdirilməsi işində yumşalmalar tətbiq olunur. Belə ki, “Bir pəncərə” prinsipi tətbiq edilir, prosedurlar maksimum sadələşdirilir.

Qanun layihəsinin vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, insanların daşınmaz əmlaklarını sənədləşdirmək imkanı əldə edəcəyinə yönəldiyini qeyd edən komitə sədri Türkiyədə baş verən zəlzələdən sonra vətəndaşların təhlükəsizliyinə xüsusi önəm verildiyini vurğulayıb.

“2010-cu ildə Azərbaycanda Bakı və kəndlərin inkişafının II Dövlət Proqramının qeydiyyatı zamanı sənədsiz evlərlə bağlı problemlər meydana çıxdı və ondan iki il sonra bu məsələnin araşdırılması üçün komissiya yaradıldı. 2015-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə 500 mindən çox ev qeydiyyata alındı. Layihədə 40 mindən çox kommersiya obyektinin sənədləşməsi və bu prosedurla bağlı dəyişikliklər öz əksini tapıb”, - deyə komitə sədri diqqətə çatdırıb.

Tahir Mirkişili qeyd edib ki, sənəddə birbaşa dövlət orqanlarına verilən göstərişlər öz əksini tapıb. O bildirib ki, çıxarış olmadığı halda daşınmaz əmlakı girov qoymaq mümkün deyil və yeni qanun layihəsi bu istiqamətdə öz müsbət rolunu oynayacaq.




Baxış sayı: 301
Bir əsrin işığında türkologiya Bu gün, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30