FACT-INFO.AZ » İQTİSADİYYAT » Kompüter istifadəçilərini təhdid edən yeni zərərverici haqqında məlumat yayılıb
31-10-2022, 10:30 | İQTİSADİYYAT
Kompüter istifadəçilərini təhdid edən yeni zərərverici haqqında məlumat yayılıb

Fact-info.az-ın  "Report"a istinadən məlumatına görə, kompüter istifadəçiləri arasında geniş istifadə edilən və kompüteri uzaqdan idarəetməyə imkan verən AnyDesk proqram təminatının adından istifadə etməklə istifadəçiləri saxta sayta yönəldən reklam kampaniyası aşkar edilib. Google axtarış sistemində adı çəkilən proqram təminatını axtararkən reklam olaraq birinci sırada ainydesk[.]me saytına keçidi yerləşdirilib. (Məqalənin yazılma anına həmin reklam Google Axtarış sistemindən yığışdırılması təmin edilib).

aniydesk[.]me saytı istifadəçiləri aldatmaq məqsədi ilə AnyDesk proqram təminatının rəsmi veb səhifəsinə (anydesk.com) bənzər şəkildə hazırlanıb.

Qeyd etmək lazımdır ki, kiberqruplaşma ainydesk[.]me domenini 2022-ci il 20 sentyabr tarixindən qeydiyyatdan keçirib və təqribən 1 aydan uzun müddətə müxtəlif yollarla kompüter istifadəçilərinin bu sayta cəlb edilməsi hədəf çevirməsinə nail olub.

Lakin, 1 aydan çox zaman keçməsinə baxmayaraq bir çox DNS təhlükəsizlik şirkətləri tərəfindən bu domen hələ də zərərverici kimi kateqoriyalaşdırılmayıb..

Qeyd edilən saytdan proqram təminatı yükləmək istədikdə yükləmə linki discord.com sosial şəbəkəsi üzərindən verilir. Bu təhlükəsizlik divarları tərəfindən yüklənən faylın aşkar edilməsindən qorunmaq məqsədi daşıyır və faylın etibarlı mənbədən yüklənməsini istiqamətlənmişdir. Faylın yüklənməsi zamanı 4 MB həcmində ZİP faylının endirildiyini görmək olar. ZIP faylının içində həcmi təqribən 700 MB olan EXE faylı yerləşdirilmişdir. Faylın həcminin çox böyük olması onun müxtəlif antivirus və virustotal.com kimi online fayl skanerlərindən yan keçməsi məqsədi daşıyır. Belə ki, bir çox antiviruslar müəyyən həcmdən kiçik faylları xüsusilə yoxlayırlar.

Zərərverici ilk öncə işə düşdüyü maşında internetin olub-olmadığını 91.213.50.70 İP ünvanına sorğu göndərməklə yoxlayır. İnternet olmadığı təqdirdə sorğular təkrar-təkrar göndərilir. İnternetə çıxış əldə etdikdən sonra C2 (Command & Control) serveri haqqında məlumat almaq üçün zərəverici yenə də qoruyucu divarlar tərəfindən (firewall) etibarlı (leqitim) mənbə hesab edilən Teleqram Messencerinin “t.me” saytından istifadə edir. Bu məqsədlə zərərverici https://t.me/slivetalks ünvanına sorğu göndərir və həmin kanalının şərh hissəsindən C2 serverin ünvanını əldə edir.

Zərərverici, C2 serverinin (idarəetmə mərkəzinin) ünvanını əldə etdikdən sonra mərkəzi serverə sorğu göndərir və hansı formatda fayllar axtarmalı olduğu barədə mərkəzi serverdən əmr alır.

Növbəti mərhələdə mərkəzi serverdən əldə etdiyi sorğu əsasında işçi masasında (desktop) olan bütün “txt” fayllarını götürməli olduğu əmrini alır. Daha sonra zərərverici http://78.47.204.168/686618116209.zip ünvanından zip faylını yükləyir. Bu fayl vasitəsi ilə zərərverici mərkəzi serverdən verilən əmrləri icra etmək üçün lazım olan bəzi dll fayllarını əldə edir.

Sonda zərərverici POST metodu ilə profile, profile_id, hwid, token, file paramterlərini C2 serverə göndərir. File parametrində base64 encode olunmuş zip faylı göndərilir. ZİP faylını analiz üçün eksport etdikdə brauzer yaddaşında saxlanılan şifrələr və desktop-da olan faylların oğurlandığını görmək mümkündür. Əlavə olaraq ekran şəkli, brauzer tarixi, cookie -lər də oğurlanmış məlumatlar olaraq ZİP faylının içində göndərilir.




Baxış sayı: 543
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30