FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda “Repressiya qurbanları” mövzusunda tədbir təşkil edilib
18-10-2022, 10:25 | MƏDƏNİYYƏT
Özbəkistanda “Repressiya qurbanları” mövzusunda tədbir təşkil edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Abdulla Qadiri Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Mədəniyyət Mərkəzinin təmsilçiləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Abdulla Qadiri yaradıcılıq məktəbinin şagirdləri iştirak ediblər.

Muzeyin direktor müavini Mövluda Amonova Azərbaycan və özbək ədibləri Hüseyn Cavid və Abdurauf Fitrətin həyatı və yaradıcılığı haqqında məlumat verib, onların oxşar talelərindən bəhs edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında məmləkətlərimizin elm, mədəniyyət, ədəbiyyatının tərəqqisində, ümumən xalqlarımızın maariflənməsində ziyalılarımızın, cədidçi alimlərimizin rolu haqqında danışıb. O, maarifçi ziyalılarımızın yaradıcılığının insanlarımızın milli kimlik ideyalarının formalaşmasına xüsusi təsir etdiyini qeyd edib.

Samir Abbasov millətlərimizin aparıcı ziyalılarının, o cümlədən Hüseyn Cavid, həm də Abdurauf Fitrətin əsas qayələrinin öz vətənlərini azad görmək olduğunu söyləyib. Diplomat qeyd edib ki, məhz, bu səbəbdən onların hər biri təzyiqlərə, təqiblərə, repressiyalara məruz qalıb.

S.Abbasov XX əsrin əvvəllərində Azərbaycanda baş verən ədəbi hadisələr, "Molla Nəsrəddin" jurnalı, Mirzə Cəlil, Sabir kimi nəhəng satirik – inqilabçı demokratların yaradıcılıqlarının özbək ədəbi həyatına göstərdiyi böyük təsirdən danışıb.

O, dövlətlərimizin repressiya qurbanlarının xatirəsini əbədiləşdirilməsi istiqamətində fəaliyyətlərini qeyd edərək, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilərək dəfn edildiyini bildirib.

Muzeyin tanınmış elm xadimi, repressiya ədəbiyyatı üzrə tanınmış özbək mütəxəssis, yazıçısı Davron Racab çıxışında Azərbaycan və özbək xalqlarının eyni taleləri yaşadıqlarını, xalqlarımızın ziyalıları arasında möhkəm dostluq əlaqələrin olduğunu, ədəbiyyatımızın isə bir-birindən bəhrələndiyini vurğulayıb.

Azərbaycan kimi Özbəkistanda da repressiyalar nəticəsində ziyalıların, millətin düşünən beyinlərinin məhv edildiyini qeyd edib. O, çıxışında Hüseyn Cavid ilə Abdurauf Fitrət arasında oxşar xüsusiyyətləri sadalayıb. Hüseyn Cavidin “Çingiz”, “Atilla” dramları, Abdurauf Fitrətin “Oğuzxan”, “Abu Muslim” əsərlərinin məhv edildiyini qeyd edib.

Davron Racab bu cür şəxsiyyətlərin tədqiq və təbliğ edilməsinin gənc nəslin nümayəndələri-şagirdlər və tələbələrin milli ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinə bu layihə üçün təşəkkürünü bildirib.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hələ ötən əsrin əvvəllərindən özbək və Azərbaycan yazıçılarının birgə əməkdaşlığından və mübarizəsindən danışıb, 1910-cu ildə və sonrakı illərdə Hüseyn Cavidin dram əsərlərinin Özbəkistanda Azərbaycan və özbək dillərində tamaşaya qoyulduğunu diqqətə çatdırıb. O illərdə özbək yazıçıları və ədiblərinin tez-tez Azərbaycanda olmasından danışan Q.Paşayeva deyib ki, böyük özbək yazıçısı Qafur Qulam 1930-cu ildə Bakıda olarkən “Kommunist” qəzetində çap etdirdiyi məqaləsində bildirib ki, o və bir çox özbək ədibləri azərbaycanlı Seyid Rza Əlizadənin müəllim işlədiyi məktəbdə təhsil alıblar.

Deputat qeyd edib ki, Hüseyn Cavid də, Mikayıl Müşfiq də, Abdurrauf Fitrət də, Çolpan da, digər ədiblərimiz də Turan yaradılması ideyaları uğrunda mübarizə aparıblar, həyatlarını millət üçün fəda ediblər.

Q.Paşayeva bildirib ki, həm Azərbaycanda, həm də Özbəkistanda bu kimi ədiblərimizin xatirəsi əbədiləşdirilib, onların xatirəsi əziz tutulur. Repressiya rejimi belə aydınlarımızı məhv etdilər, ancaq onların ruhlarını, ideyalarını öldürə bilmədilər.

Sonda Qənirə Paşayeva muzeyə Azərbaycan nümayəndə heyəti adından İrəvan xanlığının xəritəsini hədiyyə edib.

Tədbirdən sonra Qənirə Paşayevanın Qarabağdakı faciələrə həsr olunan və özbək dilində işıq üzü görən “Yo'gotilgan quvonch (Qoraboğ' hikoyalari) kitabının imza mərasimi keçirilib.

Sonda Azərbaycan nümayəndə heyəti muzeyin guşələri, repressiya qurbanı olan Abdulla Qadiriyə həsr olunmuş yeni bölmələr və eksponatlarla tanış olublar.

 




Baxış sayı: 341
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930