FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Dünya xəzinələri - Azərbaycan” filminin təqdimatı olub
30-09-2022, 09:20 | MƏDƏNİYYƏT
“Dünya xəzinələri - Azərbaycan” filminin təqdimatı olub

Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı ilə hazırlanan “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin Heydər Əliyev Mərkəzində premyerası olub.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.

Təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ekran əsərinin çox sayda insanın dəstəyi ilə ərsəyə gəldiyini deyib. Qəri Counz Azərbaycanın mədəni irsinin bu cür tədqiq olunması və dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan şəxslərə minnətdarlığını bildirib. “Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə Azərbaycanın beynəlxalq miqyasda təbliğinə yönələn bu böyük töhfəni verə bilməyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin bir incisi kimi təqdim edən filmdən milyonlarla insan böyük zövq alacaq”.

Qəri Counz, həmçinin vurğulayıb ki, bu film bp üçün Azərbaycanın qonaqpərvərliyinin dünyaya nümayiş etdirmək baxımından gözəl fürsətdir. Heydər Əliyev Fonduna minnətdarlığını bildirən Q.Counz bp və Fondun birgə bir sıra sosial layihələr ərsəyə gətirdiyini deyib. O, Arzu Əliyevaya və Bakı Media Mərkəzinə filmin ərsəyə gəlməsindəki yüksək texniki dəstəyə görə təşəkkürünü bildirib.

Premyeradan öncə filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuz da çıxış edib.

“Burada sizinlə olmaq çox xoşdur. Heydər Əliyev Fondu bizi inanılmaz dərəcədə dəstəklədi”, - deyən professor Bettani Hyuz Azərbaycan kimi gözəl diyar haqqında film paylaşmağın gözəl bir iş olduğunu vurğulayıb.

İlk dəfə Azərbaycana tarixçi kimi gəldiyini deyən Bettani Hyuz dünyada ən qədim rəvayətlərin hamısının Cənubi Qafqaza gətirib çıxardığını söyləyib.

“Azərbaycan xalqı qonaqpərvərdir. Azərbaycan qonaqpərvərliyin əsl diyarıdır. Azərbaycanın təbiəti və mədəniyyəti çox zəngindir. Budur insan və təbiət dünyasının möcüzələri: gözəllik, sülh və qonaqpərvərlik”, - deyə Bettani Hyuz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, professor Bettani Hyuz Azərbaycanın tarixini və mədəniyyətini araşdırmaq və geniş auditoriyanın marağına səbəb olan filmlərindən birini ölkəmizin möcüzəvi mədəniyyət xəzinəsinə həsr etmək üçün 2022-ci ilin iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər aparmışdı.

Sonra ekran əsəri nümayiş etdirilib.

Film boyunca Bettani Hyuz Azərbaycanın möhtəşəm təbiətini, mədəniyyətini heyranlıqla təqdim edir: yerin altından çıxan qazın alovlarından tutmuş on min illərlə yaşı olan qədim qayaüstü rəsmlərədək. Onun fikrincə, əfsanəvi İpək yolunun möcüzələri bu diyarın təkcə ticarət deyil, həm də fikir mübadiləsinin aparıldığı yer olmasındadır. Qafqazın unikal mədəni irsini burada kəşf etmək mümkündür.

Qeyd edək ki, tamaşaçılar filmdə Şuşanın gözəlliyinin əks olunduğu kadrları alqışlarla qarşıladılar. Müəllif bir tərəfdən Xurşidbanu Natəvanın humanist motivli poeziyasına diqqət çəkir, digər tərəfdən Vaqifin muzey-məqbərə kompleksinin gözəlliyindən, onun inşa edilməsi tarixindən söz açır, eləcə də şairin poeziyasına toxunur. Cıdır düzünü əks etdirən kadrlar isə Qarabağ atları, çövkən oyunu haqqında maraqlı məlumatlarla müşayiət olunur.

Azərbaycanın özəlliklərindən heyranlıqla danışan müəllif filmin sonunda “Azərbaycanın dünyada misli-bərabəri yoxdur” qənaətinə gəlir.

Qeyd edək ki, film artıq BBC telekanalı vasitəsilə “İpək yolu” və “Odlar Yurdu” adlanan iki hissədə beynəlxalq ictimaiyyətə çatdırılıb. “İpək yolu” adlanan hissənin çəkilişləri Qobustan və Şəkini, “Odlar Yurdu”nun çəkilişləri isə Bakı və Şuşanı əhatə edib.

Film Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da hazırlayıb. Filmin yerli telekanallarda yayımı nəzərdə tutulur.




Baxış sayı: 376
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031