Abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin bir növ gündəlik vəzifələrinə çevrilməlidir. Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir.
1992-ci ildən Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yüzlərlə daşınmaz tarix və mədəniyyət abidələri ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılmışdır. Adı çəkilən ərazilərdə tarixi hadisələrlə bağlı yerlər, şəhərlərin milli-mədəni dəyərlərə malik binaları, tarixi şəhərsalma ansambılları, şəhər qalıqları, tarixi memarlıq kompleksləri və ansambılları eləcədə tarixi, elmi, bədii və mədəni dəyərlərə malik dövlət qeydiyyatında olan digər yerlər ermənilər tərəfindən dağıdılır məhv edilir və ya erməniləşdirilir.
28 il işğal altında olan ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirlər. Burada dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrini və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunu xüsusi olaraq qeyd etmək lazımdır.
Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu – Azərbaycanın xristianlığaqədərki və xristianlıq dövrü və xüsusi ilə XVIII əsrdə Azərbaycan şəhərsalma sənətinin ən mühüm özəlliyi ölkənin siyasi-ictimai durumu ilə bağlı Qarabağın xanlıq mərkəzlərinin formalaşmasıdır. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Şuşa şəhəri ərazisində yerləşən daşınmaz tarixi mədəni irs siyahısına tarixi-memarlıq, elmi, bədii dəyərə malik xatirə yerləri, momerial abidələr, Azərbaycanın tarixi və mdədəniyyəti üçün xüsusi əhəmiyyət kəsb edən digər abidələr də çoxluq təşkil edir. Eyni zamanda burada Şuşa şəhərinin tarixini və mədəniyyətini xarakterizə edən yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri xüsusi mədəni dəyərlərə malikdir və Azərbaycan hökumətinin qərarı ilə qoruma altına alınmışdır.
Burada tariximizin bütün dövrlərinə şahidlik edən mədəni irsimiz elmi, tarixi, bədii və mədəni əhəmiyyətinə görə xüsusi olaraq diqqət çəkir. Şuşanın tarixi memarlıq abidələrinin bu gün araşdırmalara və tədqiqata daha çox ehtiyacı var.
Şuşanın qeydiyyatda olan bir çox daşınmaz abidələrinin hələ sovetlər dönəmindən yenidənqurmaya və ya bərpaya ehtiyacı vardı. Sovet İmperiyası dövrü bu abidələrin bir çoxu dövlət qeydiyyatına alınsada, onların böyük əksəriyyəti o dövrdə qeydiyyatdan kənarda qalmış və hətta dövlət rəhbərləri tərəfindən onların abidə olduğunu iddia etmək belə azərbaycanlılara bir növ qadağan edilmişdi. Məhz bu siyasət nəticəsində Azərbaycanın bütün regionlarında olduğu kimi Qarabağ Regionunun Şuşa şəhərində xeyli sayda daşınmaz tarix və mədəniyyət abidələri dövlət qeydiyyatından və tarixi-mədəni ekspertizalardan kənarda qalmışdır.
Şuşa tarixi bir şəhərdir, onun ərazisində mədəni irsimizə aid tarixi binalar, abidə ansambılları, Azərbaycanda çox nadir quruluşa malik balkonlu evlər, tarixi hadisələrlə bağlı yerlər, arxeoloji-mədəni qatlara malik torpaq sahələri, tarixi estetik gözəlliyi özündə əks etdirən mənzərələr, xüsusi mədəni dəyərlərə malik tarixi, memarlıq, arxeoloji abidələr şəhərin gözəlliyinə və görkəminə daha bir mənzərə qatır.
Hal-hazırda ərazisi işğal altında olduğundan Şuşanın tarixi-mədəni əhəmiyyətə malik torpaq sahələri və ya əraziləri BMT-nin müvafiq qurumları tərəfindən xüsusi qorunan ərazilər hesab olunmalı və qorunmalıdır.Halbuki belə torpaq sahələri və aşağıda adları çəkilən digər ərazilər tarix və mədəniyyət abidələri hesab edilirlər, Məsələn:
·Daşınmaz tarix və mədəniyyət abidələrinin əraziləri, torpaq sahələri tarixi şəhərsalma və funksional abidələrlə bağlı olduğundan və mövcud şəhərin quruluşunda vəziyyəti nəzərə alsaq, belə ərazilər qorunan ərazilər siyahısına daxil edildiyindən, işğal nəticəsində nəzarətsizlikdən istifadə edərək bu abidələr üzərində dəyişiklik edilmişdir. Eyni zamanda buradakı daşınmaz tarix və mədəniyyət abidələrinin əraziləri və onların təsdiq olunmuş sərhədləri xüsusi rejimlə dövlətin nəzarəti altında istifadə olunmalıdır. Daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdikləri ərazilərin alt torpaq qatı və torpağın üstünün mövcud görünən sahələrnin və abidənin səmasının təhlükəsizliyinin qorunmasının zəruriliyi aşağıdakı şərtlərlə öz əksini tapmalıdır:
- Şəhərin tarix və mədəniyyət abidələrinin və onların ərazilərinin bir mərkəzdən idarə olunan informasiya sisteminin yaradılmalıdır. Əgər bu informasiya sistemi yaradılarsa onda bu Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin ümumi məlumat mərkəzinə çevrilər, eləcədə fəaliyyətdə olan digər məlumat informasiya sistemləri üçün də məlumat bazası ola bilər.
- İşğaldan azad olan mədəni irsimizin araşdırılması üçün dövlət ekspertizası yaradılmalıdır. Təşkil ediləcək bu fəaliyyət növü işğal altındakı mədəni dəyərlərimizin tarixi, elmi, bədii və ya digər növlərə aid olduqlarını, onların mövcud olduqları ərazilərini, mühafizə zonalarını, qeydiyyatını eyni zamanda Beynəlxalq qanununların tələb etdiyi qaydada onların faktiki mövcudluğunun yoxlanmasını həyata keçirməlidir. Bu ərazilərdəki milli mədəni dəyərlərimizin qiymətləndirilməsi,yalnız dövlət ekspertizası tərəfindən bu abidəyə və onun ərazisinə baxış keçirildikdən sonra mümkün ola bilər.
- Şəhərdə mövcud olan mədəni irsin bərpasının baş planı hazırlanmalıdır. Bu plana şəhərin daşınmaz tarix və mədəniyyət abidələrinin bütün informasiya sistemləri, abidələrin əraziləri və mühafizə zonaları, burada qədim şəhərsalma qaydaları, memarlıq üslubları, istifadə olunan əsas tikinti texnologiyaları,işğalçılar tərəfindən dağıdılmış qədim şəhər memarlığının və ya şəhər ansambllarının itirilmiş elementlərinin bərpası və kompleks şəkildə elmi tədqiqat işlərinin təşkil edilməsi və s. daxil edilməlidir.
- Azərbaycanın daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi haqqqında olan qanunvericiliyinin tələblərinin yol verdiyi qaydada, Şuşa şəhəri mədəni irsinin təhlükəsizlik standartları müəyyənləşdirilməlidir.
- Beynəlxalq hüququn və Azərbaycan qanunvericiliyinin yol verdiyi çərçivədə, Azərbaycan alimlərinə Şuşa şəhərində arxeoloji və digər elmi tədqiqatlar aparmağa icazə verilməlidir.
- Şuşa şəhərinin daşınmaz tarix və mədənittət abidələrinə dəyən zərərlərin hesablanması qaydaları müəyyənləşdirilməlidir. Zərərlərin hesablaanması qaydaları hazırlanarkən, dağıdılmış tarixi konstruksiyalar, binaların zərər çəkmiş fasadları, interyerləri, binaların dağıdılmış və məhv edilmiş elementləri, istehkamlar, dağıntılara məruz qalmış arxeoloji abidələr, müxtəlif hissələri və ya tamamilə dağıdılmış tarixi abidələr və mədəni irsə aid olan digər nümunələr nəzərə alınmalıdır.
Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda ermənilər tərəfindən dağıntılara və erməniləşdirilməyə məruz qalmış şəhərin tarixi planlaşdırılmış strukturu və eləcədə şəhər strukturuna daxil olan daşınmaz tarix və mədəniyyət abidələrin növləri: - Fərdi binalar, qurğular və istehkamlar, dini ibadət yerləri, saraylar, yaşayış evləri, ictimai binalar, inzibati binalar, ticarət obyektləri, sənaye və nəqliyyat müəsisələri, elm - təhsil ocaqları onların əhatə etdikləri ərazilər, o cümlədən monumental rəssamlıq nümunələri, heykəltəraşlıq əsərləri, dekorativ - tətbiqi sənət nümunələri bağlar və parklar;
Şəhər ansambılları: - iç qalalar, daşınmaz tarix və mədəniyyət abidələri və onlara məxsus digər incəsənət nümunələri, tarixi dəyərlərə malik küçə və meydanlar, məhəllələr, memarlıq kompleksləri və ansamblları, onların əraziləri və təbii landşaftları, eləcə də monumental incəsənətlə bağlı sənətkarlıq nümunələri, bağ - park incəsənəti və landşaft memarlığı;
Tarixi abidələr: - Məşhur tarixi şəxsiyyətlərin eləcədə, elm, ədəbiyyat və incəsənət xadimlərinin həyatı ilə bağlı binalar, evlər, komplekslər və ansambllar;
·Ölkənin və şəhərin həyatında mühüm tarixi hadisələrlə bağlı binalar, abidə kompleksləri və ansamblları;
·Şuşa şəhərinin sakinlərinin elmi, texniki, mədəniyyətləri və məişətləri ilə bağlı binalar, quramalar, xatirə yerləri, komplekslər və ansambıllar.
Tarixi nekropollar: - Qəbir daşları, qədim qəbirlər, dövlət xadimlərinin, xalq qəhrəmanlarının, elm mədəniyyət və incəsənət xadimlərinin, ölkənin müstəqilliyi uğurunda şəhid olanların qəbirüstü abidələri, qəbir kompleksləri və arxeoloji abidələr.
Mənzillər: - Qədim yaşayış yerləri, o cümlədən şəhərin və şəhərətrafı kəndlərin və qasəbələrin yaşayış evləri və mənzilləri.
Qədim istehkamlar: - bulvarlar, xəndəklər , ağacdan, daşdan və torpaqdan hazırlanmış istehkamlar, müdafiə tikintiləri və onların qalıqları.
Dini təmayüllü tikintilər: - Qədim məbədlər, kilsələr, məscidlər, dini komplekslər, ibadət yerləri və onların qalıqları;
Qədim dəfn yerləri: - Qədim məzarlıqlar, kurqanlar, fərdi qəbirlər.
Təsərrüfat xarakterli binalar və digər tikintilər: - Kənd təsərrüfatı və ticarət müəsisələri, dağ-mədən və emal sənayesi qurğuları, suvarma sistemləri, şəhərin su sistemləri, hidravlik qurğular, nəqliyyat marşurutları, obyektləri (yollar, körpülər, avtomobil parkları, dayanacaqlar), emal və istehsal müəsisələri, heyvandarlıq təsərrüfatı müəsisələri və s.
İncəsənət abidələri: - Monumental şəhər abidələri, görkəmli adamların xatirə abidələri, monumental heykəltaraşlıq işləri və boyakarlıq nümunələri, dekorativ incəsənət nümunələri, mozaikalar, vitrajlar, tətbiqi sənət nümunələri, rəsm əsərləri.
Şuşa dövlət tarix və mədəniyyət qoruğundakı daşınmaztarix və mədəniyyət abidələri və digər incəsənət nümunələri, Azərbaycan xalqının dövlət mülkiyyətində olan əmlakıdır. Qanunla daşınmaz tarix və mədəniyyətabidələrinin ermənilər tərəfindən əmlak hüquqlarının əldə edilməsi, erməniləşdirilməsi(mənimsənilməsi) yolverilməzdir.
Azərbaycanın işğal olunmuş ərazilərində o cümlədən Şuşa şəhərində mədəni irsin – bütün növdən olan nümunələri Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsi sahəsindəki fəaliyyət Azərbaycan qanunları ilə müəyyənləşdirilir. Bu qanunlarla verilən hüquqlar çərçivəsində Şuşa şəhərində Ermənistan hökuməti Şuşa şəhərində olan daşınmaz tarix və mədəniyyət abidələrinin ekspertizası, istifadəsi, bərpası və mühafizəsi sahəsində gördüyü bütün işlərə görə məsuliyyət daşıyır və Cenevrə Konvensiyasının müvafiq müddəalarına görə işğal etdiyi Azərbaycan ərazilərində göstərdiyi bu fəaliyyətinə görə cavab verməlidir.
Ermənistan hökuməti 17.05.1992-ci ildən 08.11.2020 ilə qədərişğal altında saxladığı Şuşa şəhərində müntəzəm şəkildə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və istifadəsi sahəsində qeyri-qanuni hərəkətlərə yol vermişdir. Bu dövr ərzində Ermənistan Hökuməti:
·işğal altında saxladığı Şuşa şəhərində daşınmaz tarix və mədəniyyət abidələri üzərində beynəlxalq nəzarətin təmin edilməsinə şərait yaratmamış;
·Şuşa şəhərindəki daşınmaz tarix və mədəniyyət abidələrinin təbliği, öyrənilməsi, bərpası, ekspertizası, və mühafizəsi sahəsində Azərbaycan Hökumətinin həyata keçirmək istədiyi bütün fəaliyyəti əngəlləmiş;
·İşğal altındakı ərazilərdə toponimlərin dəyişdirilməsi və yerli və dünya əhəmiyyətli mədəni irsin erməniləşdirilməsi barədə qərarlar qəbul etmiş;
·Müsəlman dini abidələr, müsəlmanlara məxsus qəbristanlıqlar, qəbrüstü abidələr, inanc yerləri, pirlər, türbələr, məscidlər tamamilə dağıdılmış, yandırılmış, dağıdılaraq məhv edilmişdir;
Şuşa şəhərinin ölkə əhəmiyyətli tarixi şəhər statusu, Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununun müvafiq maddələri ilə tənzimlənir. Şuşanın tarixi şəhər adlandırılması, onun tarixi əhəmiyyətli böyük bir ərazinin mərkəzində yerləşməsi, bu ərazinin daşınmaz tarix və mədəniyyət abidələri və mədəni irsimizin digər növləri ilə zəngin olmasıdır.
Tarixi şəhər hesab olunan Şuşanın ciddi mühafizəyə ehtiyacı olan tarixi şəhərsalmanın dəyərli elementləri: inkişafın planlaşdırılması, şəhərin təbii lanşaftı, arxeoloji mədəni təbəqə, dağıdılmış tarixi mədəni irsin fraqmentləri, bina və qurğuların görünən formaları, ölçüləri, stilləri, tikinti materialları, rəng çalarları və dekorativ elementləri, təbii ətraf mühitin insanlarla əlaqəsi, şəhərin tarixi yerləri, əraziləri və s. Eyni zamanda Şuşanın şəhərinin memarlığı, tarixi ərazilərində arxeoloji tədqiqatlar üçün arxeoloji qazıntıların aparılması işləri şəhərin səmərəli mühafizəsi üçün zərurət yaradır.
Azad olunduqdan sonra Şuşada şəhərsalma işlərinin tənzimlənməsi, şəhərin tarixi, iqtisadi və digər fəaliyyət xüsusiyyətlərini daha da gücləndirəcəkdir. Məhz bu səbəbdən də beynəlxalq qanunların tələblərinə uyğun olaraq, Şuşa şəhərində mədəni irsin, digər tarixi dəyərlərin və daşınmaz obyektlərin mühafizəsi bərpa olunmalıdır. Bütövlükdə daşınmaz tarixi mədəni-irsin qorunması, eləcədə şəhərin tarixi binaları və təbii mənzərələr, Şuşaya gözəllik və səliqə gətirir.
Burada şəhərsalma tənzimlənməsi sahəsində xüsusi prisudurların həyata keçirilməsi müvafiq Dövlət mühafizə xidməti orqanlarının və ya beynəlxalq təşkilatların nəzarəti ilə keçirilən tədbirlər nəticəsində, mədəni irsin qiymətli elementləri qorunub saxlana bilər. Bu tədbirlərin təşkilində abidələrin mühafizə zonalarının və tarixi təyənatlı mədəni torpaqların da rolu böyükdür.
Şuşanın tarixi təyənatlı mədəni torpaqları, əsasən daşınmaz tarix və mədəniyyət abidələrinin, arxeoloji abidələrin, şəhərtikinti memarlığı, bağ park incəsənəti nümunələrinin, ansambıl kompleksləri, tarixi qorugun yerləşdiyi ərazinin torpaqları hesab olunur. Adətən dövlət tarix və mədəniyyət qoruqları, Dövlətin qanunvericiliyinə uyğun təşkil edilir və müxtəlif qərarlarla mıhkəmləndirilir.Bu qoruq əsasən; qoruq ərazisinə daxil olan tarix, mədniyyət kompleksləri və təbii resursları, tarixi hadisələrlə bağlı olan yerlərdən, mədəniyyət müəsisələrindən elmi-tədqiqat və mədəni məqsədlərlə istifadə etmək üçün yaradılır. Qoruq ərazisi, ona mənsub olan tarixi mədəni torpaqlar müvafiq qurumların daşınmaz tarix və mədəniyyət abidələrinin və onların ərazilərinin Dövlət reystrində qeydiyyatında olur. Ona görə də Şuşa şəhərinin tarixi şəhər statusu adının daşıması, tamamilə Azərbaycanın qanunvericiliyinə uyğun təşkil edilmişdir.
Qoruqlarda daşınmaz tarix və mədəniyyət abidələrinin ərazilərinin müəyyənləşdirilməsi, abidələri mühafizə dövlət orqanlarının, eləcədə tarixi-memarlıq abidələrinin tədqiqatı ilə məşğul olan mütəxəsislərin nəzarəti altında həyata keçirilir. Eyni zamanda bu ərazilər qoruğun tarixi inkişaf planı çərçivəsində, tarix və mədəniyyət abidələrinin dövlət ekspertiza sənədləri ilə də öz təsdiqini tapır.
Şuşanın tarixi təyənatlı mədəni torpaqlarından istifadə, yalnız Azərbaycan qanunvericiliyinin tələblərini pozmadan ona uyğun həyata keçirilməlidir. Bu torpaqların istifadəsi zamanı ərazidə olan daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi tikintiləri və qurğuları, o cümlədən şəhərin təbii lanşaftı toxunulmaz olaraq qalmalıdır. Bu ərazilərdə təsərrüfat xarakterli tikinti quraşdırma işlərinin aparılması qadağan edilməlidir.
Aşağıdakı hallarda hüquqqi və fiziki şəxslərin eləcədə mülki vətəndaşların və dövlət qurugundakı daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarının pozuntusu kimi qeydə alınır:
·tarixi təyənatlı mədəni torpaqlarından istifadə zamanı, tarixi təyənatlı mədəni torpaqlarından və tarix və mədəniyyət abidələrindən istifadə qaydalarına Azərbaycan qanunvericiliyinin yol verdiyi qaydada istifadə edilməməsi;
·elmi, tarixi və mədəni dəyərlərə malik daşınmaz tarix və mədəniyyət abidələrinin eləcədə onların ərazilərinin məhv edilməsi;
·qəbirüstü abidələrin, qəbir daşlarının və qəbristianlıqların sökülməsi, dağıdılması və ya formasının dəyişdirilməsi;
·yer adlarının, toponimlərin dəyişdirilməsi.
Yuxarıdakı hallar baş verdikdə, daşınmaz tarix və mədəniyyət abidələrinə, və ya tarixi təyənatlı torpaq sahələrinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu ziyana görə onu törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə və Beynəlxalq hüquqi aktlara və Konvesiyalara görə məsuliyyət daşıyır.
Faiq İsmayılov
QEYD: Məqalə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa ili” xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində hazırlanmışdır.
Baxış sayı: 473