FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan təhlükəsiz və sürətləndirilmiş tranzit daşımalarının təminatçısıdır
31-07-2022, 09:35 | İQTİSADİYYAT
Azərbaycan təhlükəsiz və sürətləndirilmiş tranzit daşımalarının təminatçısıdır

2022-ci ilin birinci yarısında Azərbaycan ərazisindən tranzit yüklərin daşınması 30 faizə yaxın artıb. Bəzi istiqamətlərdə, o cümlədən Şimal-Qərb nəqliyyat dəhlizi üzrə bu göstəricinin artımı 300 faiz təşkil edib. 2022-ci ilin yanvar-iyun aylarında BTC neft kəməri ilə türkmən mənşəli neftin nəqli 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 746 min ton (155%) artaraq 1,2 milyon ton təşkil edib. 2022-ci ilin ilk 6 ayında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Yalama-Böyük Kəsik istiqamətində dəmir yolu ilə neft məhsullarının (xüsusən də Qazaxıstan mənşəli) daşınması 772 min ton (artım 707 faiz) artıb və 0,9 milyon ton təşkil edib.

Avropa və Çin arasında strateji mərkəzi mövqe tutan və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturu olan Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması qarşısında yeni aparıcı logistika mərkəzinə çevrilir.

Bununla bağlı qeyd edək ki, bu yaxınlarda ölkədə tranzit yükdaşımaların idarə olunması üzrə vahid qərargahın yaradılması barədə qərar qəbul edilib. Qərargahın əsas məqsədi sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi və elektronlaşdırılması, vahid dispetçer vasitəsilə tranzit əməliyyatlarının sinxron planlaşdırılması və idarə olunması proseslərinin təkmilləşdirilməsidir. Qərargah əməliyyatlara nəzarət edəcək və mütəmadi olaraq Koordinasiya Şurasının katibliyinə hesabatlar təqdim edəcək. Yükdaşıyıcıların tranzit zamanı yaranan problemlərinin operativ həlli üçün qərargahda çağrı mərkəzi də yaradılacaq. Ölkənin tranzit potensialının tam açıqlanması üçün qısa, orta və uzunmüddətli hədəfləri müəyyən edən “Tranzit Yol Xəritəsi” hazırlanıb.

Azərbaycanın tranzit potensialının inkişafı istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər sırasında intermodal daşımaların sadələşdirilməsi mühüm yer tutur. Yeni Avropa Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq üçün addımlar atılıb. Belə ki, 2020-ci il iyunun 1-dən 2022-ci il martın 31-dək Ümumi Tranzit Prosedurları haqqında Konvensiyaya qoşulmaq, mal ticarətində sənədləşməni sadələşdirmək və yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulma prosesində Dövlət Gömrük Komitəsinə dəstək olmaq məqsədilə Avropa İttifaqı müvafiq tvinninq layihəsini həyata keçirib. Onun əsas məqsədi Aİ ölkələri ilə Azərbaycan arasında ticarət prosedurlarını sadələşdirmək olub.

Bundan əlavə, yaxın vaxtlarda Azərbaycanda Web Transit rəqəmsal xidməti istifadəyə veriləcək. Bu platforma gömrük məntəqələrində bəyannamə prosesinin səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarının genişlənməsinə töhfə verəcək. Onun istifadəyə verilməsi gömrük ərazisindən tranzit keçməsi nəzərdə tutulan mallar və nəqliyyat vasitələri haqqında gömrük orqanlarına əvvəlcədən zəruri məlumatların verilməsinə və tranzit gömrük bəyannaməsinə imkan yaradacaq, həmçinin ödənişləri elektron sistem vasitəsilə həyata keçirməklə tranzit gömrük prosedurlarını sürətləndirəcək.

Bu ayın ortalarında Türkiyənin “Albayrak” holdinqi ilə Bakı limanı arasında imzalanan əməkdaşlıq sazişi də Azərbaycanın tranzit potensialını artıracaq. Müqavilə çərçivəsində “Albayrak Holding” Türkiyə təkərli nəqliyyat vasitələrinin Mərkəzi Asiyadan Azərbaycana yönləndirilməsi üçün Bakı limanında yükdaşıma terminalının tikintisi və idarə olunmasına, eləcə də Ro-Ro terminalının idarə edilməsinə sərmayə qoyacaq. Liman vasitəsilə konteynerlərin daşınması ildən-ilə artır. Əgər 2018-ci ildə Bakı limanı ilə 22 887 konteyner daşınıbsa, 2019-cu ildə 35 024, 2020-ci ildə 40 345, 2021-ci ildə isə 45 025 konteyner yüklənib. 2021-ci ildə liman vasitəsilə konteynerlərin daşınması 2018-ci illə müqayisədə təxminən iki dəfə artıb. Bu ilin sonuna qədər bu göstəricinin daha da artacağı proqnozlaşdırılır. Son məlumatlara görə, 2022-ci ilin birinci yarısında Bakı limanı konteynerlərin daşınmasını ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8 faiz - 27 844 TEU konteynerə qədər artırıb.

Avrasiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının (TRACECA) Daimi Katibliyi hazırkı geosiyasi şəraitdə 2022-ci ilin sonuna kimi Azərbaycan ərazisindən Çindən Avropaya və əks istiqamətdə konteyner yükdaşımalarının əvvəlki illərlə müqayisədə 3-5 dəfə dəfə artacağını proqnozlaşdırır. Buna baxmayaraq, qeyd olunur ki, Azərbaycanın nəqliyyat infrastrukturu tranzit yük axınının kəskin artmasına hazırdır. Qeyd edək ki, Türkmənistan da nəqliyyat dəhlizinin inkişafına mühüm töhfə verəcək və Azərbaycanın tranzit ölkə kimi rolunu daha da artıracaq TRACECA-ya qoşulmaqda maraqlıdır.

Azərbaycanın da mühüm halqası olduğu Orta Dəhlizin əhəmiyyəti də artır. Orta dəhliz - Çindən Avropaya marşrut hazırkı gündəmdə böyük rol oynayır. Avrasiyada və bütün dünyada ticarətin pozulması Şərqi və Cənubi Asiyanı qitənin Avropa hissəsi ilə birləşdirən Orta Dəhlizinin əhəmiyyətini xeyli artırmışdır. Azərbaycan Avrasiya boyunca bu Orta Dəhlizinin həyat qabiliyyəti üçün çox vacibdir.

Zəngəzurdan keçən marşrutların tam istifadəsi Trans-Avrasiya daşımalarını xeyli asanlaşdıracaq və Orta Dəhlizin inkişafını təmin edəcək. Bu, Qara dənizdən Qafqaz və Mərkəzi Asiya vasitəsilə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regiona müsbət iqtisadi təsir göstərəcək. Zəngəzur dəhlizi regionumuzun nəqliyyat-logistika sxemlərini optimallaşdırmağa imkan verən, eyni zamanda daha böyük həcmdə yüklərin daşınması üçün imkanlar yaradan mühüm marşrutdur. Faktiki olaraq Zəngəzur dəhlizinin reallaşması ilə ölkəmiz qeyri-neft və qeyri-xammal ixracını artırmaq imkanı əldə edəcək. Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ixracına da imkan verəcək ticarətin artması Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə səbəb olacaq.

İqtisadiyyatın şaxələndirilməsi siyasətində əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının reallaşdırılması böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsinə müsbət təsir göstərir. Nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Azərbaycan müxtəlif istiqamətlərə yüklərin tranzit daşınmasının səmərəli təşkilini təmin edir. Bu, daha sərfəli şərtlərlə qısa müddətdə təhlükəsiz və vaxtında çatdırılmanı həyata keçirməyə imkan verir. Tranzit marşrutları genişlənməkdə davam edir, ticarət dövriyyəsi artır ki, bu da yekunda Azərbaycanın və bütün regionun çiçəklənməsinə səbəb olur.




Baxış sayı: 772
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30