FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Biz vətən üçün doğulmuşuq” kitabı təqdim olunub
6-07-2022, 10:30 | MƏDƏNİYYƏT
“Biz vətən üçün doğulmuşuq” kitabı təqdim olunub

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Kərim Tahirov bildirib ki, bugün biz bütün dünya azərbaycanlılarının çoxdan gözlədiyi arzusunu 44 gündə yerinə yetirən, bu amal uğrunda öz həyatlarını fəda etmiş qəhrəmanların döyüş yolundan bəhs edən bir kitabın təqdimatına yığışmışıq. “Bu elə bir tarixdir ki, heç vaxt unudulmayacaq. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu bizə doğma Şuşamızı, Qarabağımızı geri qaytardı” deyən direktor Kərim Tahirov bildirib ki, Azərbaycan xalqı ölümün gözünə dik baxan  həmin şəhidləri, onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, şəhidlər daim xalqımızın qəlbində yaşayacaq.

Daha sonra Kərim Tahriov sözü Azərbaycan Mətbuat Şurasının Sədri, Əməkdar jurnalist Əflatun Amaşova verib. Əflatun Amaşov bildirib ki, bugün təqdimatına yığışdığımız kitabda II Qarabağ müharibəsi zamanı şəhid olmuş 65 yevlaxlı barədə oçerk cəmlənib. Nəşrin işıq üzü görməsi yevlaxlı qəhrəmanların şəhadətə qovuşmasının bir ilinə təsadüf etdiyindən, müəllif hər oçerkin sonunda “Şəhidsiz keçən bir il” rubrikası əlavə edib. “Söz adamlarının, yazıçı və şairlərin ən əsas vəzifəsi öz qanları ilə torpağı Vətənə çevirən qəhrəmanları, şəhidlərlə bağlı xatirələri əbədiləşdirərək onları gələcək nəsillərə ötürməkdir” deyə Əflatun Amaşov qeyd edib.

Daha sonra Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, kitabın redaktoru Məhəbbət Mehdiyeva çıxış edib. O ilk növbədə tədbirə ev sahibliyi etdiyinə görə Milli Kitabxananın direktoru prof. Kərim Tahirova öz təşəkkürünü bildirib.

“Biz Vətən üçün doğulduq” kitabının Əminə xanımın Yevlax şəhidləri haqqında yazdığı ikinci ikitab olduğunu qeyd edən Məhəbbət xanım bildirib ki, şəhidlərə, onların ailələrinə olan hörmət Əminə xanımı bu mövzuda ikinci dəfə kitab yazmağa vadar edib. Kitabı yazarkən Əminə xanımın şəhid ailələri ilə dəfələrlə görüşdüyünü və kitabı göz yaşları ilə yazdığını vurğulayıb. O, həmçinin bu kitabın şəhid ailələrinə bir növ təskinlik olduğunu da bildirib.

Ardınca Şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Tünzalə Məmmədova çıxış edərək bildirib ki, şəhidlərin adlarının əbədiləşdirilməsi və gələcək nəsillərin onları daha da yaxşı tanıması üçün bu kimi kitabların çap olunması, Vətən, torpaq, millət, bayraq uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən filmlərin çəkilməsi böyük əhəmiyyət kəsb edir.

BDU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli çıxış edərək bildirib ki, şəhid mövzusu bir an belə unudulmur. Bu barədə mütəmadi olaraq qəzetlərdə məqalələr çap olunur, lakin şəhidlər haqqında belə bir kitabın çap olunması böyük bir təşəbbüsdür.

Daha sonra Yevlax şəhər İcra Hakimiyyəti Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev çıxış edərək bildirib ki, 44 günlük II Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini bir daha bütün dünyaya göstərdi. O, həmçinin şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir çox işlər görüldüyünü, küçələrə, məktəblərə, müəssisələrə onların adlarının verildiyini, abidələr ucaldıldığını bildirib. Onların qəhrəmanlıqlarından bəhs edən bu cür kitabların yazılmasının Azərbaycan xalqının qəhrəman oğullarının tanıdılmasında böyük rol oynadığını vurğulayıb.

Tədbirin davamında “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli, BDU-nun hüquq fakültəsinin müəllimi, dosent Əsmər Əliyeva, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Finans üzrə fəlsəfə doktoru, Amerikada yaşayan həmyerlimiz Etibar Dəmirov, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı, yazıçı, professor Zahid Xəlil və digərləri çıxış edərək kitabın Azərbaycan xalqının şəhidlərinin tanıdılması istiqamətində böyük bir töhvə olduğunu bildirmiş və bu tendensiyanın davam etdirilərək digər rayon və şəhərlərin şəhidləri haqqında da belə kitabların yazılmasının labüd olduğunu vurğulamışlar.

Sonra müharibə veteranı Zaur Bayramoğlu, şəhid Veyis İsmayılovun anası Zeynəb İsmayılova, şəhid Toğrul Barxudarovun həyat yoldaşı, Azərbaycan Respubliksaı Müdafiə Nazirliyinin əməkdaşı Zəhra Barxudarova,  şəhid Faiq Adıgözəlovun bibisi Zöhrə Adıgözəlova və digərləri çıxış edərək şahid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə, eləcə də onlara mənəvi dəstək olduqlarına görə hər kəsə təşəkkürünü bildirib.

Sonda kitabın müəllifi Əminə Yusifqızı tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib.




Baxış sayı: 706
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031