FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Alman alimi Şuşa ilə bağlı kitab yazıb
5-07-2022, 08:10 | MƏDƏNİYYƏT
Alman alimi Şuşa ilə bağlı kitab yazıb

Tədbirdə Şuşa şəhərinin azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. Almaniyalı alimin bu yeni kitabı xalqımızın Zəfər salnaməsinə çox böyük bir töhfə kimi dəyərləndirilib və müəllifə minnətdarlıq bildirilib. Vurğulanıb ki, bu Şuşa haqqında əcnəbi müəllif tərəfindən xarici dildə ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiyadır. M.Hessin Azərbaycanın ən yaxın dostlarından olduğu, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi tükənməz bir həvəslə öyrəndiyi və bacarıqla təbliğ etdiyi diqqətə çatdırılıb.  M.Hess çıxışında deyib ki, kitabı yazıb çap etdirməkdə məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. O, Avropada Azərbaycan haqqında məlumatların daha geniş yayılmasının vacibliyini qeyd edərək, kitabın bu sahədə növbəti addım, eyni zamanda, ölkəmizlə bağlı elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün etibarlı mənbə olduğunu bildirib. Alman alim apardığı araşdırmalara verdiyi dəstəyə görə ölkəmizin müvafiq qurumlarından və elmi dairlələrindən də razılıq ifadə edib.

Tədbir iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən uzun illər Ermənistanın işğalı atında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin azad edilməsindən böyük qürur hissi keçirdiklərini qeyd edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Rizvan Nəbiyev alman alimin bu günədək Azərbaycanla bağlı olan fəaliyyəti, həyat və yaradıcılığı, həmçinin bu ilin əvvəllərində çapdan çıxmış “Şuşanın irsi...” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi faktlar, elmi araşdırmalar hesabına əssassız olduğunu Qərb alimlərinin şəxsən araşdırması və əsl həqiqətin ortaya çıxmasına dəstək olması vacibdir.  M.Hess Şuşanın yalnız beynəlxalq hüquqa görə və siyasi-tarixi baxımdan deyil, həm də misilsiz ədəbi, mədəni və etnoqrafik irsinə görə Azərbaycan xalqına məxsus olduğunu kitabda təkzibolunmaz dəlil və sübutlarla göstərə bilib.

Şuşalı ziyalılardan Yunis Hüseynov, Vasif Quliyev, komitə yanında İctimai Şuranın sədri Anar Xəlilov və başqaları tədbirdə çıxış edərək, Azərbaycan tarixində özünəməxsus yeri olan şəhər barədə alman alimin araşdırmalar aparmasını və sanballı bir əsər ərsəyə gətirməsini yüksək qiymətləndirib, ona təşəkkür edib, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Tədqimat başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Mixael Hess Şuşadan məcburi köçkün, əslən alman olan 80 yaşlı xanım İrma Veberlə görüşüblər. İkinci Dünya müharibəsinə qədər Rusiyada Volqaboyu ərazidə yaşamış alman ailələrdən biri kimi Veberlər 1941-ci ildə deportasiyaya məruz qalaraq, Sibirə köçürülüblər. İrma xanımın dul qalmış anası burada əslən Şuşadan olan azərbaycanlı bir şəxslə yenidən ailə qurub. Həmin izdivacdan bir oğlan və bir qız dünyaya gəlib. Sonra ailə Şuşa şəhərinə köçüb. İrma xanım da burada 4 nömrəli məktəbdə işləyib, 1992-ci ildə isə Şuşadan məcburi köçkün olaraq Bakı şəhərinə pənah gətirib. M.Hess şuşalı alman xanımın həyat hekayəsini maraqla dinləyib, onunla səmimi söhbət edib. Daha sonra ona “Şuşanın irsi...” kitabını imzalayaraq, hədiyyə edib.  

Dövlət Komitəsindəki görüşlərdən sonra almaniyalı alim Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsində də olub. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonağa kilsə haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda kilsədə həm də nadir erməni ədəbiyyatı və depozitar fond saxlanılır. M.Hess Bakıdakı "Xilaskar" yevangelik-lüteran alman kilsəsinə də baş çəkib. Almaniyalı qonağı Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov müşayiət edib.

M.Hess Bakıda məcburi köçkün ailəsinin toyunda iştirak edib, Azərbaycan adət-ənənəsi ilə bir daha yaxından tanış olub.

Xatırladaq ki, “Şuşanın irsi...” kitabı Mixael Reynhard Hessin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı qələmə aldığı sayca üçüncü kitabıdır. Onun Azərbaycanın obyektiv mövqeyini əks etdirən “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kitabı 2016-cı ildə alman dilində Berlində, “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin açılımı” kitabı isə 2020-ci ildə ingilis dilində Münhendə çap edilib.

“Şuşanın irsi...” kitabının bu gün ADA Universitetində, sabah isə Azərbaycan Dillər Universitetində təqdimatı nəzərdə tutulub.




Baxış sayı: 522
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031