FACT-INFO.AZ » XƏBƏR » Dünyanı heyrətə salan Ağdam şəhadəti
23-07-2015, 09:35 | XƏBƏR
Dünyanı heyrətə salan Ağdam şəhadəti

ANS PRESS-in məlumatına görə, bu sözlər 2006-cı ildə Ağdama səfər etmiş gürcü jurnalist İrakli Çixladzeyə məxsusdur. Müəllif dolayısı ilə öz yazısında 1993-cü il iyulun 23-də şəhəri işğal etmiş Ermənistan ordusundan qalmış tör-töküntüləri insan saymır: “Ağdama gedən yol boyu yerli "sahibkarların" satışa çıxardığı armaturlar, kərpiclər, bloklar, borular düzülüb. Hamısı second handdir, hadisə yerindən əldə edilib”.
1993-cü ilin iyun- iyul aylarında nizami ordu olmayan, yalnız könüllülərin müdafiə etdiyi Ağdama hücum edən Ermənistan ordusu Qarabağ müharibəsi tarixinin ən böyük vəhşiliyini həyata keçirdi. 12 iyun 1993-cü il tarixdə Ağdam üzərinə genişmiqyaslı hücuma keçən Ermənistan ordusu iyulun 5-dək şəhəri faktiki olaraq hər tərəfdən mühasirəyə alır. Ağdam iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulurdu. Həmin gün şəhər tam işğal edildi. 50 min adamın yaşadığı şəhər xarabazarlığa çevrildi. Ermənilər Ağdamı yandırmağa başladılar və yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.
Ermənistan ordusunun Ağdamda göstərdiyi vəhşilik bütün dünyanı heyrətə saldı. Beynəlxalq hüquq mühafizəsi təşkilatı "Human Rights Watch" bəyan etmişdi ki, Ağdam başıpozuq əsgərlərin nizamsız vəhşiliyi nəticəsində yox, Ermənistan rəhbərliyinin planlı fəaliyyəti nəticəsində dağıdılıb. Yəni Ağdama qarşı da soyqırım həyata keçirilib. Britaniyalı curnalist Tom de Vaal da öz «Qara bağ» kitabında yazır ki, ermənilər Ağdamı tutandan sonra küçə-küçə, ev-ev, kərpiç-kərpiç sökdülər. 
Amerikalı diplomat Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.
Vəhşiliyinə və zülmünə görə yalnız alman faşizmi ilə müqayisə edilə biləcək Ermənistan ordusu Ağdamı əl keçirsə də şəhərdə qarşılaşdığı böyük müqavimət nəticəsində irəliləyə bilmədi. Əslində, yaradılmasına hələ 1987-ci ildə Vaziani poliqonunda sovet rəhbərliyi tərəfindən başlanılmış Ermənistan ordusu Kürlə Arazın arasını ələ keçirərək Azərbaycansız Cənubi Qafqaz layihəsini həyata keçirməli idi. Qarabağın azərbaycanlılar yaşayan kəndlərində həmin illərdə hətta ov tüfəngləri yığılmışdı. 
Həmin illərdə Dağlıq Qarabağda komsomol katibi olmuş erməni politoloq İqor Muradyanın yazdığına görə, hələ 1986-cı ildən Dağlıq Qarabağ Muxtar Vilayətində sovet rəhbərliyi tərəfindən bütün partiya və komsomol fəallarına tapança paylanmışdı. Daha sonra silahlı dəstələr yaradılmışdı və artıq 1989-cu ildə Monte Melkonyan kimi xarici ölkə vətəndaşı erməni qanqsterlər sovet ordusunun hərbi texnikasından istifadə edərək dinc azərbaycanlı əhaliyə qarşı hücumlar təşkil etməyə başladılar. 
Ağdam düz beş il durmadan bu hücumlara qarşı sinə gərdi. Vətən uğrunda gedən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəldi, minlərlə ağdamlı şikəst oldu, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü. 
Amma Azərbaycanın bu qədim şəhəri şəhid olsa da onun ruhu ölmədi. Təsadüfi deyil ki, xarici mətbuat təmsilçiləri Ağdamı “Ruhlar şəhəri” adlandırırlar. Ağdamın mübariz ruhu bir gün Qafqazı xilaskar Simurq quşu kimi şəhəri küldən dirildib yüksəldəcək və şəhərin üzərində üçrəngli Azərbaycan bayrağı yüksələcək.


 



Baxış sayı: 2 874
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30