FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türk inqilabi poeziyasının banisinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib
11-04-2022, 07:45 | MƏDƏNİYYƏT
Türk inqilabi poeziyasının banisinin 120 illik yubileyi münasibətilə tədbir keçirilib

Tədbiri giriş söz ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli türk şairi Nazim Hikmətin müstəmləkə siyasətinə qarşı çıxdığına, kommunizmi təbliğ etdiyinə görə ömrünün çox hissəsi həbsxana və sürgünlərdə, qürbətdə keçən həyatından, fərqli düşüncə tərzindən, ziddiyyətli və məşəqqətli bioqrafiyasından geniş bəhs etmişdir.

Tədbirdə Nazim Hikmətin həyat və yaradıcılığının önəmli anlarını əks etdirən qısa videoçarx və Nazim Hikmətin ssenarisi əsasında çəkilən “Bir məhəlləli iki oğlan” bədii filmindən epizod nümayiş olunmuşdur.

Sonra şair-publisist, ədəbiyyatşünas, prezident təqaüdçüsü Ramil Əhmədov “Nazim Hikmətin həyatının Bakı dönəmi” mövzusunda məruzə edərək şairin ilk kitabı “Günəşi içənlərin türküsü”nün Bakıda nəşr olunması, onun Azərbaycanın tanınmış ədəbiyyat, mədəniyyət adamları ilə əlaqələrindən və Nazim Hikmətin azərbaycanlı tədqiqatçılarından bəhs edərək, böyük türk şairinin yaradıcılığında Bakı dövrünün əhəmiyyətindən, Nazim Hikmətin Bakıya olan bağlılığından söhbət açmışdır.

Daha sonra tədbirə onlayn qoşulan Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərid Hüseyn “Nazim Hikmətin şəxsiyyətindən doğan poetik dünyagörüşü” adlı məruzəsində şairin keçdiyi həyat yolunun onun düşüncəsinə, yaradıcı psixologiyasına təsiri və bütün bunların onun yaradıcılığında əksi məsələlərindən danışdı. Eyni zamanda, Nazim Hikmət şeirinin sonradan Türkiyə ədəbiyyatında nə üçün ədəbi məktəb yaratmasından danışdı. Bundan başqa F.Hüseyn Nazim Hikmət yaradıcılığının həm ənənəvi şeir, həm də avanqard poeziyanın qovşağında yaranmasının səbəblərindən bəhs etmişdir.

“Nazim Hikmətin ideoloji mübarizəsi” adlı mövzuya müraciət edən Muzeyin əməkdaşı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Ülviyyə Yusifova çıxışında Nazim Hikmətin komunist ideologiyasi uğrunda apardığı mübarizələri və ideallarına olan sədəqətini vurğulamışdır.

Filialın əməkdaşı Tofiq Abdullayevin çıxış edərək Azərbaycanın görkəmli sənətkarı, “Respublikanın Əməkdar Mədəniyyət İşçisi” Aşıq Şakir Hacıyevlə Nazim Hikmətin Moskva şəhərində görüşündən bəhs edən bir xatirəni söyləməsi tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Tədbir iştirakçılarından Sahilə Müseybova, qiraətçi Ərəstun Sadıqov şairin şeirlərindən nümunələr söyləmişlər.

Fact-info.az




Baxış sayı: 756
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031