23-6-2025 21:4
FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Dost kimi bir qohum, qohum kimi dost
1-06-2016, 09:25 | MƏDƏNİYYƏT
Dost kimi bir qohum, qohum kimi dost

Respublikada kitabxanaşünaslıq elminin inkişafında, eləcə də yüzlərlə kitabxanaçı kadrın hazırlanmasında böyük əməyi olan Aşur Müseyib oğlu Əliyev 1946-cı il iyunun 1-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Atası, tanınmış dəmiryolçu Müseyib Əliyev ömrünün 40 ilini Ordubad dəmiryolu idarəsində çalışıb və uşaqlarınl halal zəhmətlə, min bir əziyyətlə böyüdüb.

Aşur Əliyev ilk təhsilini 1953-1957-ci illərdə Baharlı kənd ibtidai məktəbində Aslan Vəliyev kimi mahir pedaqoqdan alıb. Daha sonra 1958-1965-ci illərdə 8-illik Mincivan kənd və 11-illik Mincivan dəmiryolu məktəbində təhsilini davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirən A.Əliyev həmin il elm, təhsil almaq məqsədi ilə Bakıya gəlib və ali məktəbə daxil olub. O, 1969-cu ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və 1969-1970 ci illərdə ordu sıralarında xidmət edib. A.Əliyev ilk əmək fəaliyyətinə 1969-cu ildən Abşeron rayonu Şurabad kənd mədəniyyət evində müdir vəzifəsində başlayıb.

Məlumdur ki, yarandığı ilk gündən, görkəmli alim, professor Abuzər Xələfov başda olmaqla “Kitabxanaçılıq-informasiya” fakültəsinin yetirmələrinin və əməkdaşlarının Azərbaycanda kitabxana işinin öyrənilməsi, təşəkkülü və inkişafı istiqamətində tarixə düşəcək işləri olub. Bu sırada Aşur Əliyevin də öz yeri var. Belə ki, A.Əliyev 1974-1977-ci illərdə “Kitabxanaçılıq” fakültəsinin aspirantı olub. Dissertasiya işi də çox mühüm və maraqlı bir mövziya – “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixinin öyrənilməsi”nə həsr olunub. Maraqlısı budur ki, bu mövzu o dövrə qədər tədqiqat obyekti olmayıb. Bu, ilk təşəbbüs idi. Odur ki, belə bir mövzunu elmi dövriyyəyə daxil etmək böyük zəhmət və əzmkarlıq tələb edirdi. A.Əliyev uzun müddət Azərbaycan və Naxçıvan Muxtar Respublikalarının dövlət arxivlərində, mərkəzi kitabxanalarında və əlaqədar təşkilatlarında böyük elmi araşdırmalar aparıb. Mövcud ədəbiyyatın, əlyazmaların və dövri mətbuat materiallarının ustalıqla əlaqələndirilməsi nəticəsində geniş elmi ictimaiyyətin xəbərsiz olduğu xeyli maraqlı faktlar və hadisələr müəllif tərəfindən üzə çıxarılıb. Bunların nəticəsidir ki, qədim diyarımız olan Naxçıvan Muxtar Respublikasında 1920-1985-ci illərdə kitabxana quruculuğu sahəsində əldə edilən nailiyyətlər haqqında elmi ictimaiyyətimiz dəqiq məlumatlar əldə edib. Bu, ölkəmizdə, o cümlədən, Naxçıvan Muxtar Respublikasında kitabxana işinin öyrənilməsinə bəxş edilən böyük töhfə idi, hansı ki, tələbələr, aspirantlar və gənc alimlər bu mənbədən minnətdarlıqla bəhrənəlirlər. Beləliklə, Aşur Əliyev 1991-ci ilin martın 31-dö Bakı Dövlət Universitetinin Tarix fakültəsinin İxtisaslaşdırılmış bir dəfəlik Şurasında uzun illərin gərgin zəhmətinin, yorulmaz araşdırmalarının və yuxusuz gecələrinin bəhrəsi olan “Naxçıvan MSSR-də kitabxana işi (1920-1985-ci illər)” adlı dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1992-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi dərəcəsi təqdim edilib. Aşur Əliyev bu gün yaradıcılığının çiçəklənən dövrünü yaşayır. Onun müəllifi və ya həmmüəllifi olduğu dərsliklər, dərs vəsaitləri, tədris-metodik vəsaitlər, elmi məqalələr milli kitabxanaşünasıq irsini zənginləşdirməkdədir. Onun qələmindən çıxan “Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi metodikası”, “Ədəbiyyatın KBT cədvəlləri üzrə sistemləşdirilməsi”, “Çap əsərlərinin biblioqrafik təsviri qaydaları” və s. metodik göstərişləri kitabxanaşünasıq sahəsi üzrə ədəbiyyat sistemində qiymətli mənbələrdən sayılır. Onun, həmkarı Rəşad Qardaşov ilə birgə üzərində çalışdıqları “Müasir təsnifat cədvəlləri” adlı dərs vəsaiti isə bu sahəylə məşğul olanların işıq üzü görməsini çoxdan bəri gözlədikləri bir mənbədir.

Müstəqil Azərbaycanda kitabxanaşünaslıq elmimizin ən böyük nailiyyətlərindən biri “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının professor-müəllim heyətinin böyük zəhməti hesabına ərsəyə gələn “Kitabxanaşünaslıq: kitabxana kataloqları” adlı dərs vəsaitidir. Aşur müəllimin  həmmüəllifi olduğu “Kitabxanaşünaslıq: kitabxana kataloqları” dərs vəsaiti isə bu sahə ilə məşğul olanların stolüstü kitablına çevrilib. 40 ilə yaxındır ki, məhsuldar elmi və pedaqoji fəaliyyətlə məşğul olan dosent Aşur Əliyevin ictimai fəaliyyətini də qeyd etməmək olmaz. O, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının, 1992-ci ildən isə Fakültə Elmi Şurasının, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informasiyaya dair elmi-nəzəri, metodik və təcrübi jurnalların, eləcə də,  bəzi qəzet redaksiya heyətlərinin üzvüdür.

Öz müəllim auditoriyası olan sevilən pedaqoq A.Əliyev bütün şuurlu ömrünü Bakı Dövlət Universitetinə, doğma “Kitabxanaçılıq” fakültəsinə bağlayıb. 1973-cü ildə baş laborantlıqdan başlayan bu yolda müəllim, baş müəllim vəzifələrinə qədər şərəfli yol keçib. Cavan ikən dekan müavini işlədiyi müddətdə isə işinin öhdəsindən layiqincə gələrək, həm fakültədə, həm də universitetdə müəllim-tələbə heyətinin böyük rəğbətini qazana bilib. O, hal-hazırda da elmi-pedaqoji fəaliyyətlə həvəslə məşğuldur. Hər kəslə öz dilində danışmağı bacaran A.Əliyev doğma fakültədə gənc nəslin təlim-tərbiyəsində bilik və bacarığını əsirgəmir.

 Hörmətli oxucu!!!!

Bunlar Aşur müəllimin elmi-pedaqoji məziyyətləri haqqında bildiklərim idi. Bir qədər də onunla qohumluq tellərindən söz açmaq istərdim. 1995-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (o vaxtlar belə adlanırdı) ilk əmək fəaliyyətinə başladım. Elə o vaxtdan həyatımı bu ocağla bağladım. Radionun səs operatoru vəzifəsindən səs rejissoru və rejissor vəzifələrinə qədər pillə-pillə yüksəldim. Bu dönəm  taleyimin ən mürəkkəb, itkili, lakin yaradıcılıq baxımdan ən gözəl illəri oldu. İndiki bir sıra uğurlarıma görə də mən bu müqqədəs ocağa borcluyam.

2000-ci illər idi. Radionun hər gün efirə gedən “Səhər” musiqili-informasiya proqramının rejissoru idim. Bu dövrdə Azad Azərbaycan radiosunun yeni fəaliyyətə başlayan ictimai-siyasi şöbəsinin (106,3 FM-lə paralel) verilişləri bizim bazada, bizim studiyalarda hazırlanırdı. Elə efirə də bizdən də yayımlanırdı. Bu radioda Aynur Aşurqızı adlı bir gənc xəbər aparıcısı çalışırdı. Hazırladığı süjetlər, aldığı müsahibələr də Azərbaycanın xarici siyasəti ilə bağlı idi. Heç kimlə əlavə kəlmə kəsməz, heç kimin söhbətinə qarışmaz, heç kimin söhbətini etməz, öz növbəsində gələr, materialını oxuyar, süjetini təhvil verib gedərdi. Doğrusu, onun bu təbiəti nə vaxtdır diqqətimi cəlb etmişdi. Sən demə bu başı aşağı gedən qız Aşur müəllimin qızı imiş.

 O dövrdə atam neçə illik xəstəlikdən sonra dünyasını dəyimişdi. Anam da atamdan sonra infarkt keçirərək yataq rejimində idi. İlk dəfə söhbəti evdə açanda mənə: “Kimlərdəndir?”, sualını verdilər. Mən, “Universitetdə Aşur müəllimin qızıdır”, deyəndə, ocağlarında böyüdüyüm, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dosenti olan xalam Mələk Qasımzadə də, onun ömür-gün yoldaşı, “İstiqlal” ordenli akademik Fuad Qasımzadə də (bu xəbərə çox sevinmişdilər, ruhları şad olsun): “Aşur müəllim bizim dostumuzdur. Yaxşı kişidir”, dedilər. Sən demə Fuad müəllim aspirantura illərində Aşur müəllimin müəllimi olubmuş. Bəlkə də elə bu səbəbdən elçiliyə gedəndə Aşur müəllim: “Bu evə bu günə qədər çox elçi gəlib. Hər birinə də “yox” demişik. Amma bu gün bu evə xalqımızın fəxri, mənim də əziz və sevimli müəllimim Fuad Qasımzadə gəlib. Allah mübarək eləsin”, deyə xeyir-dua vermişdi...

Beləliklə, 2004-cü ilin noyabrında Aynur Aşurqızı ilə xeyir-işimiz oldu (hörmətli oxuculardan çox-çox üzr istəyirəm). O gündən bu ailə ilə bir evli kimi qaynayıb-qarışdıq. Arada fövqəl bir mehribançılıq, hörmət-izzət yaranmışdı. Fuad müəllim ən əlamətdar günlərdə dəvətə ilk olaraq Aşur müəllimdən başlayardı. Yerini də süfrənin başında, öz yanında saxlayardı. Təbii ki, ilk badələr də qarşı tərəfin şərəfinə qaldırılardı. Bağda olanda çox vaxt Fuad müəllim məndən mobil telefonu alıb: “Aşur müəllim. Bacın (Mələk xanımı nəzərdə tutaraq) əla aş hazırlayıb. Sevil xanımı da, uşaqları da götür, dur gəl bağa”, deyərdi. Çox keçməzdi ki, Aşur müəllim Sevil xanımla, qızları Aytən, oğlanları Elnur və Anarla bağa gələr, olduqca maraqlı, yadda qalan bir məclis qurulardı. Elm-tədrisdən də danışılardı, zarafat da edilərdi, nəğmə də oxunardı və s.. Amma təssüflər olsun ki, hər iki ailənin belə unudulmaz, şən, nümunəvi günləri çox sürmədi. 2006-cı ilin 22 dekabrında anam dünyadan köç etdi. 2010-cu ilin 3 avqustunda Fuad müəllim fəlsəfi dünyaya əbədi “əlvida” dedi. Ondan sonra davam edən 1 il, 4 aylıq əzablı ömründə isə Mələk xanımı artıq heç nəylə ovutmaq olmadı... Hətta ömrünün son günlərində xəstəxanada olarkən Mələk xanım belə bir arzu etmişdi: “Ay Aşur müəllim. Xəstaxanadan çıxım, yığışaq bağa, bir kabab yoğur” (bilənlər bilir ki, Aşur müəllimin yaxşı kabab çəkməyi var). Fəqət, min təəssüf olsun ki. o kababdan nuş etmək Mələk xanıma qismət olmadı...

Bəli, Aşur müəllim onu tanıdığımız ilk gündən özünə qarşı belə hörmət qazanıb. Çünki, o, səmimi, qayğıkeş, humanist və orijinal ünsiyyətcil insandır. Bu səbəbdən onunla edilən söhbət də səmimi alınır. Onunla hər mövzuda söhbət edə bilərsən. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə məsləhətini əsirgəmir. Biz, vaxtaşırı görüşlərimizdə elm, təhsil, tədrislə bağlı fikir mübadiləsi aparırıq. Qazanılan uğurlarla, qarşıda duran müəyyən problemlərlə bağlı təəssütratlarımızı bölüşürük. Bəzən (xüsusən, gərgin anlarda) söhbətimiz duzlu-məzəli istiqamət də alır. Bizi bir yerdə söhbətləşən görənlər bəzən hətta qibtə etdiklərini də gizlətmirlər. Və hər növbəti görüşümüzdə bu insanı daha da yaxından tanıdıqca vaxtilə Fuad müəllimin, Mələk xanımın “Yaxşı kişidir” kəlmələri düşüncəmdə bir daha təsdiqini tapır. Bu təsdiqin başqa bir nümunəsi Aşur müəllimlə həm də yaxın dost olmağımdır. Bəli, aramızda olan bu qədər yaş fərqinə, balalarımın babası olmasına baxmayaraq, biz, həm də dostuq. Bir-birinə ərklə, kişiyanə sözünü deyə biləcək dost. Çünki, Aşur müəllim qəlbi təmiz insandır. Qəlbi təmiz insanla isə dost olmağa dəyər... Odur ki, mən, dost kimi bir qohum, qohum kimi dost olan əziz Aşur müəllimə ömrünün müdriklik çağında təravətli, uzun ömür, sağlam həyat, yeni həvəs, rahat nəfəs, məhsuldar elmi-pedaqoji fəaliyyətində isə uğurlar arzulayıram!!!!!

 Dərin hörmətlə
Anar Məmmədov
BDU-nun dosent əvəzi, şair-publisist,
Azərbaycan Yazıçılar və
 Jurnalistlər Birliklərinin üzvü.

 

 

 

 




Baxış sayı: 3 289
Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib Dünən, 19:30 MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib Dünən, 18:30 XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir Dünən, 18:00 “Resurs” Analitik İnformasiya Mərkəzi İB Salyan rayonunda tədbir keçirdi- FOTOLAR Dünən, 17:00 Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib Dünən, 16:30 Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirilib Dünən, 14:30 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır Dünən, 10:30 Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? Dünən, 10:00 Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb Dünən, 09:00 Qərbi Azərbaycan İcması birmənalı dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib Dünən, 07:30 Türkiyənin media nümayəndələri Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti ilə tanış olublar 21-06-2025, 19:00 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək 21-06-2025, 11:00 Elçin Əmirbəyov İrlandiyada Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib 21-06-2025, 11:00 Bilal Dündar: Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu əbədidir 21-06-2025, 11:00 Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər 21-06-2025, 10:30 Ərdoğanla Paşinyan arasında Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb 21-06-2025, 08:00 Türkiyə-Azərbaycan qardaşlığının təcəssümü Kahramanmaraş 20-06-2025, 22:00 Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin “Ermənistana birləşdirilməsi” niyyəti məhkəmədə ifşa olunub 20-06-2025, 21:00 Bako Sahakyan: Investigative commission on April battles established over Armenian armed forces’ action 20-06-2025, 18:00 Deputat Sadiq Qurbanov seçicilərlə görüşüb 20-06-2025, 18:00 Prezident İlham Əliyev Çinlə imzalanan iki sənədi TƏSDİQLƏDİ 20-06-2025, 16:00 HDİM Şirvanda “Qloballaşma dövründə milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edib 20-06-2025, 15:30    Dünyanın hər məhəlləsini müharibə bürüyür – Belə bir dövrdə türk birliyinin hədəfləri 20-06-2025, 11:30 Orban: İranda hökumətin süqutu bütün Yaxın Şərqi qarışdıra bilər 20-06-2025, 11:30 Azərbaycandan Avropaya indiyə qədər 50 milyard kubmetr qaz nəql edilib 20-06-2025, 11:00 Kahramanmaraşda Azərbaycan Məhəlləsinin Açılışı – Tarixi Qardaşlığın Yeni Səhifəsi 20-06-2025, 09:00 Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib 19-06-2025, 21:00 Ayxan Hacızadə: Ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir 19-06-2025, 19:30 Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub 19-06-2025, 19:30 Documents regarding damage to Azerbaijani civilian infrastructure by Armenian armed forces during the Patriotic War examined in court 19-06-2025, 19:00
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30