FACT-INFO.AZ » XƏBƏR » Rusiyalı ekspert: Yerevan status-kvonun saxlanılması qayğılarını Moskvanın üzərinə qoymağa çalışır
27-05-2016, 11:10 | XƏBƏR
Rusiyalı ekspert: Yerevan status-kvonun saxlanılması qayğılarını Moskvanın üzərinə qoymağa çalışır

Maraqlarını hərb gücünə müdafiə etməyə hazır olan Azərbaycan özünü getdikcə daha ağır çəkili regional oyunçu hiss edir. Bu sözləri “Vneşnyaya politika” agentliyinin rəhbəri, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Andrey Suşentsov “Dağlıq Qarabağ münaqişəsində status-kvo Rusiyaya və onun müttəfiqlərinə ziyan vurur” sərlövhəli analitik məqaləsində yazıb. Məqalə Rusiyanın “RİA Novosti” agentliyinin “Rəy” bölməsində yer alıb. Müəllif yazır: “Zəif olduğunu hiss edən Yerevan 1991-1994-cü illər münaqişəsində qələbəsinin nəticələrinin saxlanılması qayğılarını Moskvanın üzərinə qoymağa çalışır, Rusiya bunu etməyəndə qıcıqlanır”.

Məqalədə deyilir ki, Qarabağ münaqişəsinin həlli Rusiya xarici siyasətinin əsas prioritetləri sırasındadır. Moskva ən böyük təhlükəni hərbi əməliyyatların yenidən başlanmasında və perspektivdə genişlənərək, üçüncü ölkələrin, ilk növbədə Rusiyanın və Türkiyənin regional müharibəyə cəlb olunduğu regional müharibəyə çevrilməsində görür. Başqa bir təhlükə də az əhəmiyyət daşımır: qarşıdurmanın uzanması Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsinə gətirib çıxarır.

Rusiya silahlarının Azərbaycana satılmasını ikitərəfli etimad və hərbi transparentlik tədbirləri kimi nəzərdən keçirən Andrey Suşentsov yazır: “Rusiya Azərbaycan ilə qarşılıqlı hərbi-texniki fəaliyyəti dayandırmağa tələsmir, çünki bu qarşılıqlı fəaliyyət iki ölkənin çoxşaxəli əməkdaşlığının karkasıdır. Bu karkasın sındırılması Bakını Rusiyadan yan keçməklə və ona qarşı qoymaqla öz problemlərinin, o cümlədən Qarabağ probleminin həllini axtarmağa məcbur edəcək”.

Müəllifin fikrincə, Dağlıq Qarabağın status-kvosu Ermənistana da ziyan vurur. Məqalədə deyilir: “Nizamasalma məsələsində maksimalist mövqe tutan Yerevan özünü yavaş-yavaş düşmənindən geri qalmağa məhkum edir və Rusiyanın hərəkətlərinə getdikcə daha çox qıcıqlanır, çünki onun fikrincə, Ermənistanın problemini Rusiya həll etməlidir. Rusiya ilə ümumi sərhədinin, yaxud dənizə çıxışının olmamasını, Türkiyə tərəfindən blokadaya alınmasını, habelə Ermənistanın əsas regional nəqliyyat və energetika infrastrukturlarından coğrafi təcridini nəzərə alsaq, Yerevan vaxt keçdikcə daha da pisləşən iqtisadi duruma düşdüyünü görür. Problemi hətta Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də həll etməyəcək: ölkənin iqtisadiyyatı ləng inkişaf edəcək, iqtisadi mühacirət əvvəlki kimi yüksək olacaq. Münaqişənin həll edilməməsi Ermənistanın regional təcridini dərinləşdirir və ölkənin uzunmüddətli inkişafı yolunda başlıca maneəyə çevrilir”.

“Bu meyil Ermənistanı 2050-ci üçün hara gətirib çıxaracaq? Ölkə əsrin ortalarına nə qədər əhali, hansı miqyasda iqtisadiyyat ilə gəlib çıxacaq” suallarına cavab verən politoloq hesab edir ki, Yerevan üçün status-kvo indikindən xeyli əlverişsiz olacaq. Müharibədən sonrakı status-kvonun müdafiə olunması, yəni təcrid müqabilində ərazi əldə olunması Yerevanı yavaş-yavaş durğunluğa və regional qüvvələrin tarixi rəqabətindən geri qalmağa düçar edir.

Danışıqlar prosesində Bakının mövqeyini də “radikal” sayan A.Suşentsov yazır: “Amma Rusiya və İran ilə əməkdaşlıq quran, öz təsirini Gürcüstana yayan və Türkiyə ilə tandem yaradan Azərbaycan Ermənistandan fərqli olaraq, bütün qonşuları ilə rəvan münasibətlərini qoruyub saxlayıb”.

Politoloq yazır: “Azərbaycan iqtisadiyyatının və demoqrafiyasının uzunmüddətli perspektivləri hətta neftin qiymətlərinin ucuzlaşması nəzərə alınsa belə, Ermənistanınkından daha əlverişlidir. Azərbaycan dəmir yolu, avtomobil və boru kəmərlərini əhatə edən transregional tranzit layihələrinin çoxunu özündə birləşdirir. Nəhayət, Bakı yavaş-yavaş Ermənistan və “dqr” üzərində hərbi üstünlüyə doğru hərəkət edir. Cəmiyyətdə aprel ayının hərbi toqquşmaları ilə bağlı ruh yüksəkliyi hökm sürür, itkilər isə əbəs sayılmır.

Azərbaycan “dqr”in və Ermənistanın 1991-1994-cü illər müharibəsinin nailiyyətlərini müdafiə etməyə nə dərəcədə hazır olduqlarını vaxtaşırı sınamaq üçün özünü yetərincə inamlı hiss edir. Hər il baş verən kiçik miqyaslı hərbi toqquşmalar və təmas xəttinin korreksiya olunması Dağlıq Qarabağda yeni status-kvo elementinə çevrilə bilər. Status-kvo getdikcə daha kövrək olur və daim lokal və regional müharibə təhlükəsi, Cənubi Qafqazda Moskvanın mövqelərinin zəifləməsi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı birliyinin zəifləməsi ilə müşayiət olunur. Rusiya münaqişəni həll etməklə, Qafqazda permanent müharibə təhlükəsini aradan qaldıra, regiondakı təsirini gücləndirə, müttəfiqi olan Ermənistanın vəziyyətini yaxşılaşdıra və Azərbaycanı daha sıx əməkdaşlığa cəlb edə bilərdi”.  A.Suşentsov sonda yazır: “Məsələlər plankası Moskva üçün yetərincə yüksəkdir. Amma nəticələr Rusiyanın Dağlıq Qarabağda sülh yaradılmasına sərf etdiyi səyləri xeyli üstələyə bilər”.




Baxış sayı: 1 795
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30