FACT-INFO.AZ » SİYASƏT » Avropa Birliyi Qarabağa görə Ermənistanı 15 milyon avro cəzalandırdı
14-05-2016, 11:55 | SİYASƏT
Avropa Birliyi Qarabağa görə Ermənistanı 15 milyon avro cəzalandırdı

Avropa Birliyi (AB) ölkələri Ermənistana əvvəlcədən razılaşdırılmış 15 milyon avronu verməkdən imtina edib.

AB təmsilçiləri razılaşmanın pozulmasını Ermənistanda «korrupsiyaya qarşı real mübarizənin olmaması» ilə əsaslandırsa da, ölkə rəhbərliyinin təmsilçiləri Avropanın bu addımını Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu bildirirlər. 

"Əgər biz konkret addımlar görməsək, həmin pullar son ünvana çatmayacaq".

Avropa ölkələrinin bu qərarını AB-nin Ermənistandakı səfiri Pyotr Svitalski bu gün İrəvanda korrupsiya və vətəndaşın ictimai-siyasi həyatda iştirakı ilə bağlı keçirilmiş "Hökumət - vətəndaş cəmiyyəti" forumu çərçivəsində elan edib: "Biz əminik ki, Ermənistan vətəndaşları da hökumətdən real fəaliyyət və nəticələr gözləyirlər. Biz hakimiyyət üçün vəsait ayırdıq, … onlar hələ paylanmayıblar və istifadə edilməyiblər. Bundan əlavə, əgər biz konkret addımlar görməsək, həmin pullar son ünvana çatmayacaq".

Avropalı diplomat Ermənistan baş naziri Ovik Abramyanın Ermənistan  iqtisadiyyatında inhisarçılığın rolunun güclənməsi barədə dünən etdiyi çıxışı xatırladıb. Mayın 12-də hökumət iclasında çıxış edən Ermənistan baş naziri dördgünlük aprel döyüşlərinin ölkənin problemlərini ortaya çıxardığını bildirib. Ovik Abramyan həmin problemlər sırasında korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını, ordunun çağdaş tələblərə cavab verməməsini və s. bildirmişdi, Pyotr Svitalski də Ermənistanda korruprsiyaya qarşı mübarizənin yetərincə olmamasını göstərmək üçün baş nazirin bu çıxışına istinad edib.

Lakin Ermənistan rəsmiləri Pyotr Svitalskinin əsas kimi göstərdiyi bu arqumentlə razılaşmırlar. Elə Ovik Abramyanın rəhbərliyi ilə ötən il yaradılmış koorusi ya ilə mübarizə şurasının adının açıqlanmasını istəməyən üzvü Rusiyanın «Kolokol Rossii» portalına bildirib ki, Avropa Birliyinin kreditdən imtinasının kökündə Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsinin qaldırılması, həmçinin Ermənistan Silahlı Qüvvələrinin Qarabağ miünaqişəsində iştirakı durur. Yəni Avropa Birliyi Ermənistanın bu addımlarına qarşı çıxır. 
Maraqlıdır ki, həmin tədbirdə korrpusiyaya qarşı mübarizə üzrə beynəlxalq«Transparency International» təşkilatının nümayəndəsi Varujan Oktanyan da çıxış edərək aprel döyüşlərindən danışıb: «Əgər belə davam edəcəksə, bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Aprel müharibəsi bunu göstərdi».

"Bu, dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Aprel müharibəsi bunu göstərdi".

Bütün bunlar göstərir ki, hətta Azərbaycanla soyuq münasibətləri olan beynəlxalq təşkilatlar Ermənistanın Dağlıq Qarabağda apardığı işğalçıq siyasətinə qarşı çıxırlar. Bu mövqe aprel döyüşləri günlərində Ermənistan prezidenti Serj Sarkisyanı qəbul etmiş Almaniya kansleri Angela Merkel tərəfindən də səsləndirilmişdi. Merkel münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacib olduğunu bildirmişdi.

Beynəlxalq təşkilatların bu mövqeyini Azərbaycanın xarici siyasətinin uğuru kimi dəyərləndirmək olar. Hələ 1990-cı illərdən erməni lobbisi aktiv iş apararaq münaqişəni milli-azadlıq hərəkatı kimi təqdim etməyə çalışırdı və bu sahədə müəyyən uğurlar əldə etmişdi. Buna misal kimi ABŞ Konqressi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişi və s. göstərmək olar. Amma belə görünür ki, son illərdə Azərbaycan öz haqlı səsini müəyyən qədər beynəlxalq birliyə çatdıra bilib. Rəsmi Bakı bu fəaliyyətin bir qədər də dərinləşdirməklə öz ərazi bütövlüyünü hərb yolla təmin etmək üçün beynəlxalq səviyyədə legitim dəstəyə nail ola bilər. (ANS PRESS)

 

 




Baxış sayı: 1 751
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031