FACT-INFO.AZ » İQTİSADİYYAT » Cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu bir dönəmdə...
7-05-2016, 09:20 | İQTİSADİYYAT
Cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu bir dönəmdə...

Ancaq çox təəssüf ki, bu qərarlarda yüz minlərlə insanların böyük ümüdlə gözlədiyi əsas məsələ öz həllini tapmadı. Mərkəzi Bankın illərlə apardığı səhv pul-kredit siyasəti üzündən bankların zaman - zaman vətəndaşlara xarici valyutada zorla verdikləri kreditlərin ödənilməsi ilə bağlı yaranmış vəziyyətdə heç bir dəyişiklik baş vermədi. Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həllini yalnız xarici valyutada verilmiş kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiya edilməsində görə bildi. Bu qədər “dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi. Əslində bu addımları Palatanın məlum qərarı olmadan da banklar özləri atırdı. Əksinə, Palata xarici valyutada olan kreditlərlə bağlı bütün əməliyyatlara qadağa qoymaqla, banklar tərəfindən həmən kreditlərin bu vəya başqa şəkildə restrukturizasiya edilməsi prossesini bir ay ləngitdi.Başa düşmək olmur ki, insanların həllini hədsiz ümüdlə gözlədiyi belə mühüm məsələyə Palata və onun rəhbərliyi nə üçün bu qədər etinasız bir münasibət sərgilədi. 

Maliyyə  Bazarlarına Nəzarət Palatasının xarici valyutada gəliri olmayanlara xarici valyutada kreditlərin verilməsinə qadağa qoyması doğru bir qərardır. Əslində bu təklifi bir neçə aydır ki, mətbuat səhifələrində əksər iqtisadi yazarlar tərəfindən, o cümlədən bizim tərəfimizdən səsləndirilirdi. Sadə bir məntiq də xarici valyutada kreditlərin verilməsində bu prinsipin gözlənilməsinin əsas məsələ olduğunu deyirdi. Yəni bu qərarın qəbulu ilə Palata yeni heç nə təklif etmədi. Onun xarici valyutada əmanətləri olan vətəndaşlara xarici valyutada kreditlərin verilməsinin mümkün sayılması isə bir qədər müəmmalı qərardır. Bu gün banklarda olan bütün əmanətlərin 80,4%-i xarici valyutada olan əmanətlərdir. Bu qədər əmanətin xarici valyutada olması o demək deyil ki, onların sahiblərinin xarici valyutada gəlirləri var. Xarici valyutada əmanətlərin bu həddə qədər artması, keçən il manatın iki kəskin devalvasiyası ərəfəsində və ondan sonrakı dövrlərdə baş vermişdi. Yəni vətəndaşlar sadəcə olaraq, manatda olan əmanətlərini, xarici valyutada olan əmanətlərə çevirmişdilər. Bəs belə olan halda onların xarici valyutada kredit almaları narazılıq verilməsi nə deməkdir? Cavab çox sadədir. Əgər xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən bir müştərinin gəlirləri manatladırsa və  o manatla olan qazancı ilə xarici valyutada olan krediti gələcəkdə müəyyən səbəbdən- elə bugünkü kimi, qarşılaya bilməsə, deməli bankonun kredit borcunu xarici valyutada olan əmanətindən siləcəkdir. Belə bir bəsit qərarın verilməsi üçün də bir ay sərasər düşünməyə ehtiyac yox idi. Banklar bu qərarsız da xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən müştərilərlə belə yanaşırdılar. 

Xarici valyutada olan kreditlərin ödənişi sahəsində yaranmış problemləri həll etməyin çox sadə yolları var idi və bununla bağlı iqtisadçı ekspertlər tərəfindənson bir neçə ay ərzində kifayət qədər təkliflər verilmişdi. Onların içərisindən ən optimal sayıla biləcək təklifləri seçib istifadə etmək mümkün idi. Belə olduğu tədqirdə, yaranmış problem həm vətəndaşlar və həm də banklar üçün öz həllini tapmış olardı. 

Yeni yaranmış Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi başa düşməlidir ki, bu gün cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu bir dönəmdə, yüz minlərlə insanın taleyinin bağlı olduğu məsələnin tək iqtisadi deyil, həmdə siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu səbəbdən, məsələnin həllinə hər iki prizmadan yanaşmaq lazım idi.  

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 
Birliyinin sədri,  iqtisad elmləri doktoru, professor
Fikrət Yusifov 




Baxış sayı: 2 439
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30