FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanlı alim beynəlxalq konfransda Dağlıq Qarabağla baglı çıxış edib
18-04-2016, 09:20 | XƏBƏR
Azərbaycanlı alim beynəlxalq konfransda Dağlıq Qarabağla baglı çıxış edib

Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov təmsil edib.

Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 33-cü sessiyasında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış edib. Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.

Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona de-fakto Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir.

Diqqətə çatdırılıb ki, 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında iki mindən çox insanın həlak olub. Ermənistan Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququna malik olduğunu əsas götürür. Rəsmi Bakı isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.

Ə.Məmmədov Cerard Toal və Con Olouqlinin 2011-ci ildə Dağlıq Qarabağın erməni əhalisi ilə apardıqları sorğuların nəticələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ölkəmizin regionlarında təşkil etdiyi sorğuların (2013-cü il) icmalını verib. Həmyerlimiz, eyni zamanda, 2015-ci ilin sentyabrında Bakıda və Bərdədə 200 məcburi köçkün arasında apardığı sorğunun nəticələri ilə bağlı da iştirakçıları məlumatlandırıb. Bildirib ki, Şuşa Dağlıq Qarabağın qəlbidir. Rəsmi rəqəmlərdə göstərilir ki, 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Ə.Məmmədov bildirib ki, Dağlıq Qarabağda olan yeganə hava limanı məhz burada yerləşirdi. Vurğulanıb ki, hazırda məsələni sülh yolu ilə həll etmək çox çətindir. ATƏT-in Minsk qrupunun təklifləri ilə hər iki tərəfin insanlarının düşüncələri arasında böyük fərqlər mövcuddur.

Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan, aprelin ilk günlərində baş vermiş hadisələrə toxunan Ə.Məmmədov qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı hər iki tərəf itki verib. Nəticədə Azərbaycan 22 ildən sonra ilk dəfə hərbi status-kvonu öz xeyrinə dəyişməyə nail olaraq, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi işğaldan azad edib. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi, eyni zamanda, faktiki olaraq psixoloji üstünlüyü ələ almağı bacarıb. Ermənistan tərəfi isə bir çox vacib mövqeləri itirib. Hazırda siyasi status-kvonun dəyişməsinə də böyük ümid var.(AZƏRTAC)




Baxış sayı: 2 059
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30