FACT-INFO.AZ » XƏBƏR » Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası Tbilisidə Azərbaycan dilində nəşr olunub
17-03-2016, 09:30 | XƏBƏR
Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyası Tbilisidə Azərbaycan dilində nəşr olunub

Kitabda Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı geniş təhlil olunur. Monoqrafiya ilk dəfə gürcü dilində işıq üzü görmüşdür.

Monoqrafiyanı ana dilimizə Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi-alim Mirzə Məmmədoğlu tərcümə edib. Dahi Azərbaycan şairinin vəfatının 460-cı ildönümünə həsr olunan bu kitab elə M.Məmmədoğlunun öz vəsaiti hesabına nəşr olunub.

M.Məmmədoğlu AZƏRTAC-a müsahibəsində deyib: “Məşhur türkoloq, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş Elizbar Cavelidzenin monoqrafiyanı yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü oxucusunu XVI əsr Azərbaycanın məşhur sənətkarı, Şərqin böyük şairlərindən biri Füzulinin həyat və yaradıcılığı ilə tanış etməkdir. Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik sahəsində məhsuldar işləyən Cavelidze “Oğuznamə”ni, tərcüməçi-araşdırmaçı Giorgi Şağulaşvili ilə birlikdə isə “Dədə Qorqud” dastanını gürcü dilinə tərcümə edib”.

Bildirilib ki, kitabda tanınmış gürcü alimi Apollon Silaqadzenin “Gürcü türkologiyasının lideri” adlı yazısı və XVIII əsrdə Füzulinin Gürcüstan Milli Əlyazmalar Mərkəzində saxlanılan gürcü transkripsiyası ilə yazılan qəzəli də yer alıb.

Yaxın vaxtlarda Şota Rustaveli adına Ədəbiyyatşünaslıq İnstitutunda və Gürcüstan Milli Elmlər Akademiyasında kitabın təqdimatı keçiriləcək.

Qeyd edək ki, Mirzə Məmmədoğlu bundan əvvəl tanınmış gürcü alimi, iranşünas Konstantine Pağavanın “Mirzə Fətəli Axundov” və “Nizami” monoqrafiyalarını Azərbaycan dilinə tərcümə edib.

 

 

 




Baxış sayı: 2 020
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930