FACT-INFO.AZ » CƏMİYYƏT » Ermənistanın iflasa uğrayan məkrli niyyəti
29-08-2020, 07:40 | CƏMİYYƏT
Ermənistanın iflasa uğrayan məkrli niyyəti

Bir neçə gün əvvəl Goranboyda Ermənistanın diversiya-kəşfiyyat qrupu rəhbərinin ələ keçməsi rəsmi İrəvanın hələ də öz mənfur niyyətlərindən əl çəkmədiyindən xəbər verir. Üstəlik, bu təxribat cəhdinin Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ərəfəsində baş verməsi də, müəyyən suallar doğurur.

Rəsmi İrəvan bu hərəkətləri ilə nə demək istəyir?..

Cavab hər kəs üçün aydındır...

Dərin iqtisadi böhran şəraitində yaşayan ölkə pandemiya ilə mübarizədə də istədiyi nəticəni əldə edə bilmədiyindən diqqəti nəyin bahasına olur-olsun, Azərbaycan ilə toqquşmalara yönəltmək istəyir. Lakin bu sahədə də istədiyi nəticəni əldə edə bilmir. Çünki nə Azərbaycan 25 il əvvəlki Azərbaycandır, nə də onun ordusu. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində görülən işlər, silahlı qüvvələrimizin ən müasir hərbi texnika ilə təhciz olunması, Müdafiə Sənayesi Nazirliyinin qurulması Milli Ordumuzun nəyə qadir olduğunu hər kəsə göstərdi. Məhz bu tədbirlərin nəticəsidir ki, indi Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır.

Lakin Ermənistan ictimaiyyətindən fərqli olaraq, bu ölkənin rəhbərliyi mövcud reallığı hələ də, dərk eləmək istəmir. Bəzi super güclərin dəstəyinə arxalanaraq hərəkət edən Ermənistan artıq meydanda tək qalıb. Nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də Ermənistanın ənənəvi dostları əvvəlki fəallığı nümayiş etdirə bilir. Bu məsələ ilə bağlı bir neçə məqamı xüsusi qeyd etmək lazımdır. Artıq Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihəni reallaşdırmaq mümkün deyil. Rəsmi Bakının həyata keçirdiyi enerji nəqliyyat-logistika layihələri bu gün ölkəmizin strateji mövqeyini kifayət qədər gücləndirib.

Bununla yanaşı, qardaş Türkiyənin dünya güclərindən birinə çevrilməsi və Azərbaycana birmənalı dəstəyini ifadə etməsi də qlobal gücləri yenidən düşünməyə məcbur edir. Məhz bu amillərin nəticəsidir ki, Azərbaycanla heç bir ölkə bugün diktə dili ilə danışa bilmir. Elə Tovuz döyüşlərindən sonra Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi də təsadüfi deyildi. Bu, həm də düşmənə gözdağı, dostlara güvən mesajı idi.

Azərbaycan Ordusunun son illərdəki uğurlu Lələtəpə və Günnüt əməliyyatları Ermənistanın ictimai-siyasi və hərbi dairələrində şok effekti yaratdı. Onlar birinci Qarabağ müharibəsindən sonra qarşılarında güclü Azərbaycan Ordusunun timsalında əsl reallığın şahidi oldular. Ermənistanda atəşkəsdən sonrakı dövrdə korrupsiya və kriminal dairələrin güclənməsi heç şübhəsiz, bu ölkədə hərbi sənayenin zəifləməsi ilə müşayiət olundu. İrəvan küçələrində tez-tez əsgər analarının etiraz aksiyaları keçirmələri də düşmən ordusundakı real durumun hansı vəziyyətdə olmasından xəbər verirdi.

Əslində, sosial-iqtisadi sahədə heç bir uğura nail ola bilməyən Ermənistan hakimiyyətinin ölkədəki ictimai fikri yanıltmaq məqsədilə cəbhə bölgəsində və Azərbaycanla sərhəddə təxribatlara əl atacağı gözlənilən idi. Tovuz təxribatı bu ehtimalları bir daha təsdiqlədi. Amma düşmən öz istəyinə nail ola bilmədi.

Rusiyanın müdafiə nazirinin Azərbaycan səfəri ərəfəsində Ermənistanın yenidən təxribata əl atması cəhdi düşmənin məkrli niyyətlərinin növbəti göstəricisi idi: baş verənlərə görə yenə Azərbaycan ittiham olunacaq, Ermənistan yazıq və hücuma məruz qalan tərəf kimi dünyaya təqdim ediləcək və beləcə, dünyaya Azərbaycanla əməkdaşlığın genişlənməsinin bölgə üçün təhlükəli olacağı mesajı veriləcək, erməni diasporunun təsiri altında olan media orqanlarında Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparılacaqdı. Amma artıq dünya əvvəlki kimi ermənilərin yalanlarına inanmır. Bu mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Tovuz döyüşləri zamanı Ermənistanı müdafiə etməməsi də rəsmi İrəvan üçün sürpriz oldu. Tovuz döyüşlərinin başa çatmasından təxminən 40 gün sonra Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri xüsusi əhəmiyyət kəsb edirdi. Səfər zamanı gündəlikdə olan məsələlər əyani şəkildə müzakirə edildi, Ermənistanın silahlandırılması ilə bağlı rəsmi Bakının narahatçılığı qarşı tərəfin diqqətinə çatdırıldı.

NATO və Rusiya generallarının görüş yerinə çevrilən Bakıdan çıxacaq qərarlar heç şübhəsiz, Azərbaycanın xeyrinə olacaq. Çünki faşizm ideologiyasına xidmət etmiş Qaregin Nijdeyə heykəl ucaldan Paşinyan hökuməti yaxın perspektivdə istər dünya, istərsə də Rusiya üçün etibarlı tərəfdaş sayıla bilməz.




Baxış sayı: 2 101
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30