FACT-INFO.AZ » XƏBƏR » Müharibə qurbanları: - mədəni dəyərlərimiz
8-03-2016, 11:00 | XƏBƏR
Müharibə qurbanları: - mədəni dəyərlərimiz

Bu problem SSRİ üçün bumeranq rolunu oynadı. Qarabağda ruslar tərəfindən imperiyanın saxlanması üçün yaradılan bu etnik münaqişə, nəinki SSRİ-nin dağılma prosesinin qarşısını ala bilmədi, hətta dağılma prosesini daha da sürətləndirdi. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində bu problem beynəlxalq ictimaiyyətin ciddi reakssiyasına səbəb olmadı. Çünki, bu münaqişə SSRİ-nin dağılması prosesini sürətləndirən amillərdən biri olduğuna görə, onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Bu səbəbdən Beynəlxalq ictimaiyyət, bu problemin həll edilməsinə ciddi reaksiya vermədi. 
SSRİ-nin dağılması prosesesibdən yararlanmaq istəyən Ermənistan Azərbaycana qarşı illər boyu daxilində gizlətdiyi ərazi iddialarını açıq şəkildə büruzə verdi. Ermənilər hələ münaqişə başlamamışdan əvvəl Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini almaq məqsədi ilə ciddi kampaniya aparırdılar. Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasəti Ermənistanda etnik münaqişələri daha da alovlandırdı. 
SSRİ-nin çökdüyünü dərk edən Ermənistanın Hökuməti, 1988 – ci ildən Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar və qısa zaman ərzində 250 mindən çox azərbaycanlını öz dədə-baba torpaqlarından qovdular. Həmin ilin 1dekabrında isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını dövlət səviyyəsində rəsmləşdirdi. Ermənistan hökuumətinin bu qərarı, Ermənistanla Azərbaycan arasıbda sonu məlum olmayan silahlı münaqişəyə səbəb oldu. 
1992-ci ildə Ermənistanın və Rusiyanın hərbi birləşmələri Dağlıq Qarabağda daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etdilər. Ermənistanın bu hərbi təcavüzü nəticəsində (təkcə 1992/93-cü illər ərzində), 20 min nəfər azərbaycanlı həlak oldu, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil oldu, 4499 nəfər itkin düşdü, bir milyon 200 min 450 nəfər Azərbaycan vətəndaşı öz ölkələrində qaçqına, məcburi köçkünə çevrildilər.
Müharibə Azərbaycanın iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı sosial obyektləri ilə yanaşı onun mədəni dəyərlərinin də mövcudluğuna ciddi ziyan vurdu. Burada söhbət Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi zamanı, müharibə qurbanlarına çevrilən 5 milyon 31min 474ədəd mədəni dəyərlərin faciəli taleyindən gedir. 
İşğala məruz qalan mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlər.

Azərbaycan Respublikası, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir.
1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəlib.
1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. 
Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına uyğun olaraq həyata keçirilmişdir. 
Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı qeyri-insani hərəkətlər.
Ermənistan Respublikası, işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsi anlamını yaradır. Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə aparılan təbliğat, Ermənistanın işğalçılıq siyasətlərinə haqq qazandırmaqla Azərbaycanın daha 20% torpaqlarına sahib olmaq iddiasına haqq qazandırır. Yeni torpaqlara sahib olmaq hissi Ermənistanı işğal altında saxladıqları torpaqlarda müxtəlif əsrlərə aid olan tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni dəyərləri dağıtmaq, məhv etmək və erməniləşdirməklə mənimsəmək kimi qeyri insani hərəkətlərə sövq edir. 
Ermənistan cəbhə xəttində tətbiq edilən atəşkəs dövrü, Azərbaycana qarçı yeritdiyi təcavüzkar siyasəti nəticəsində 10 mindən çox yer adlarını, abidə adlarını və yüzlərlə toponimləri erməni adları ilə əvəz etdilər. İşğal altında saxladıqları azərbaycanlıların yaşadıqları inzibati yaşayış mərkəzlərində erməni kilsələri tikintilərini və eləcədə, erməni xaç nişanlarının daş üzərində yaratdıqları bədii nümunələrini işğal altında qalan Azərbaycanın bütün ərazilərdə yayılması işlərini mütəmadi olaraq hər il davam etdirirlər. Ermənistan Hökuməti Beynəlxalq səviyyədə öz təcavüzkar siyasətlərinə haqq qazandırmaq üçün, müxtəlif dillərdə, kitablar, braşurlar və digər təşviqat vasitələrindən istifadə edərək təbliğat işlərini daha da genişləndirirlər.
Aparılan tədqiqatların yekunu olaraq gəldiyimiz nəticəyə görə, tərəfimizdən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır. Daha dəqiq desək, 23 muzey, 4 şəkil qalareyası, 927 kitabxana, 13 arxiv, 7904 tarix və mədəniyyət abidəsi, 2261 arxeoloji abidə, 24831 incəsənət abidələri, o cümlədən 86 307 muzey eksponatı, 371 rəsm əsəri, 4,6 milyon kitab, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədəd vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, ermənilər tərəfindən dağıdılması, məhv edilməsi və mənimsənilməsi Azərbaycanın mədəni həyatında çox ciddi problemlər yaradır.
Beləki, ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərindən qarət etdikləri daşınan tarix və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində saxlayırlar. Buna;
• 1993-cü ildə Laçın tarix və diyarşunaslıq muzeyindən aparılmış gümüş əl çantası Londondakı "Sothebychr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb.
• 1998-ci ildə bir yazılı daş nümunəsi erməni etnoqraflar tərəfindən İrəvan şəhərinə aparılaraq Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır.
• 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında Azərbaycandan qarət edilib aparılan xalçaların satışa çıxarılmıldığını,
• 63 məscid tamamilə dağıdılmış, 4 məscid isə sökülərək tanınmaz hala salınmışdır.
• 71 türbə, 500 qbristanlıq dağıdıldığını,
• 136678 daşınan mədəni-irs nümunələri, o cümlədən muzey eksponatların ermənilər tərəfindən mənimsənildiyini, 
• 7000 memarlıq abidəsi baxımsızlıqdan uçulmaq təhlükəsi qarşısında qaldığını,
• Xocavənd rayonundakı Amaras məbədi, Şuşa şəhərindəki Saatlı məscidi, Kəlbəcər rayonundakı Gəncəsər məbədi, Laçın rayonundakı Ağoğlan məbədi və Soltan Əhməd sarayı qeyri-qanuni təmir edilərək formaları dəyişdirilib, divar yazıların silindiyini,
• 1161 Arxeoloji abidələr üzərində qeyri-qanuni qazıntılar aparıldığını,
• Azərbaycanın işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa Füzulu yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1 yeni erməni kilsəsi inşa edildiyini, misal göstərmək olar.
Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti qanunla yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan, Azərbaycanın daşınan mədəni dəyərləri Ermənistan Hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir. 
Faiq İsmayılov,
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri.

 

 

 

 




Baxış sayı: 3 829
Ağdam şəhərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:30 Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib Bu gün, 12:30 Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar Bu gün, 10:30 Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb Bu gün, 10:00 Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr Bu gün, 09:00 Baş katib Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb Bu gün, 08:00 Naxçıvanda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji müayinələr aparılıb Dünən, 20:30 Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib Dünən, 18:30 Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq Dünən, 18:00 Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir Dünən, 18:00 Azerbaijan, Russia agrees on resolving issues regarding AZAL plane crash Dünən, 17:00 ABŞ Yaxın Şərqə 10 minə yaxın əlavə hərbçi göndərir Dünən, 16:00 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür Dünən, 09:30 TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub Dünən, 09:30 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub Dünən, 09:00 BMT Baş katibi: Yaxın Şərqdə atəşkəs rejimi qorunmalıdır Dünən, 08:00 Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14-04-2026, 18:30 Ukrayna və Almaniya 4 milyard avro dəyərində əməkdaşlıq paketini razılaşdırıb 14-04-2026, 18:00 Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb 14-04-2026, 17:30 Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür 14-04-2026, 14:00 DOST mərkəzlərində 200 mindən çox xidmət icra olunub 14-04-2026, 10:30 Laçında "Bəylik Bağları" yenidən bərpa olunur 14-04-2026, 10:00 Hakan Fidan: Türkiye is striving to contribute to ensuring peace between Azerbaijan and Armenia 14-04-2026, 08:00 Qazaxıstanlı şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib 14-04-2026, 07:30 BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur 14-04-2026, 07:30 Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq 13-04-2026, 19:30 Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi yekunlaşıb 13-04-2026, 19:00 Aygün Əliyeva Afrika QHT-lərini WUF13-də fəal iştiraka dəvət edib 13-04-2026, 18:00 Çin İrana silah tədarük etmək planlarını təkzib edib 13-04-2026, 15:30 Hakan Fidan: Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülhə töhfə verməyə çalışır 13-04-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930