FACT-INFO.AZ » CƏMİYYƏT » "Şəhərgah yaşayış yeri" və tariximizin alt qatları
25-08-2020, 09:10 | CƏMİYYƏT
"Şəhərgah yaşayış yeri" və tariximizin alt qatları

Tariximizin dərindən və səhih, hərtərəfli və obyektiv öyrənilməsində maddi mədəniyyət nümunələrinin, yəni qədim yaşayış məskənlərinin, qəbir abidələrin, məişət avadanlıqlarının və digər onlarla arxeoloji tapıntıların ən mötəbər və əvəzsiz mənbə olduğu hər kəsə gün kimi aydındır. Digər tərəfdən, qədim arxeoloji abidələr, yaşayış məskənləri, eynotoponimlər və i.a. xalqımızın ən qədim zamanlardan bu torpaqların yerli sakini olduğunu təsdiq edən, etnik kimliyini, soykökünü ortaya qoyan təkzibedilməz mənbələr deyimi?! Üçüncüsü, torpağımıza göz dikən, işğal edən və uydurma yazılı “materiallar”la öz adına çıxmaq istəyən bədxaq, pis niyyətli qonşularırımıza məhz arxeoloqların aşkar etdikləri həmin maddi mədəniyyət abidələrindən üstün və tutarlı cavab varmı?!

Bu baxımdan qədim şəhər məskənləri Azərbaycanın siyasi-iqtisadi, mədəni, mifoloji-dini həyatında, xüsusilə dövlətçilik tarixində mühüm yer tutaraq, zəngin və qüdrətli keçmişimizə şahidlik edir. Kürdəmir rayonu Ərəbqubalı kəndində 50 ha torpaq altında uyuyan “Şəhərgah” yaşayış yeri” tarixi arxeoloji abidəsi (inv-5846) məhz belə abidələrdəndir.

Bu şəhər tipli yaşayış məskəninin IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. Bəlkə də Azərbaycanın bu günədək bizə məlum olmayan hansısa orta əsr şəhəridir?

“Şəhərgah” yaşayış yeri” tarixi arxeoloji abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Abidədən 1980-ci illərin əvvəllərində Mədəniyyət Nazirliyi xətti ilə ölkə ərazisindəki abidələrin qeydiyyatı aparılarkən xəbər tutublar. Belə ki, o zaman Kürdəmir rayonunun arxeoloji abidələrinin qeydiyyatını aparan arxeoloq-alimlər Fazil Osmanov və Fərhad İbrahimov yerli sakinlərin məlumatları əsasında Şəhərgahda olmuş, ərazini gəzmiş, oradan xeyli miqdar yerüstü material toplayaraq AMEA-nın “Xəbərlər”ində (1981, N: 2) çap etdirmiş və Azərbaycan Sovet Ensiklopediyasına onun haqqında yığcam məlumat daxil edilmişdir. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur.

Abidədə son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır. Arxeoloji tədqiqatlar zamanı Azərbaycan ərazisində ilk dəfədir ki, XII-XIII əsrlərə aid belə möhtəşəm hamam-kompleks aşkara çıxarılıb. Bu kompleks bir sıra əlamətlərinə görə XX əsrin ortalarında Bakıda və digər müsəlman şəhərlərində istifadə edilən hamam komplekslərə çox bənzəyir. Bu kompleks bəzi əlamətləri etibarı ilə həm də XIX-XX əsrlərdə fəaliyyətdə olan sağlamlıq komplekslərinə bənzəyir. O komplekslərə ki, insanlar orada ayrı-ayrı xəstəliklərin profilaktikası ilə bağlı vanna qəbul edir və müxtəlif prosedurları icra edirdilər. Bütün bunlar isə Azərbaycan şəhərlərində hələ 700-800 il bundan öncə səhiyyə-sanitariya mədəniyyətinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.

Arxeoloji qazıntılar nəticəsində həmçinin, olduqca zəngin və rəngarəng çeşidli maddi mədəniyyət qalıqları aşkar edilərək tədqiq olunub. Bu tapıntılar əsasən daş, dəmir, mis, şüşə və gildən hazırlanmış əmək alətləri, məişət və bəzək əşyalarından ibarətdir. Beləliklə, şəhər memarlığına xas olan bütün əlamətlərinə görə, “Şəhərgah”

yaşayış yeri”nin Azərbaycanın mühüm və böyük orta əsr şəhərlərindən biri olduğu şəksizdir! Azərbaycanın möhtəşəm dövlətçilik və mükəmməl şəhərsalma tarixinin gizləndiyi bu ərazidə sistemli və genişmiqyaslı arxeoloji tədqiqatların aparılması nəinki günümüzün təxirəsalınmaz və həm də çox vacib məsələsidir! Bəs nədən təxirəsalınmaz arxeoloji tədqiqatlar davam etdirilmir?

Çünki “Şəhərgah” yaşayış yeri” Aqrar islahatlar aparılarkən pay torpaq sahəsi kimi sakinlər arasında bölüşdürülmüş və uzun illərdir ki, şumlanaraq əkilib- becərilir. Pay torpağı almaq və onu becərərək yaşayışını təmin etmək, ölkə iqtisadiyyatını gücləndirmək, öz maddi rifahını yüksəltmək hər bir kəsin toxunulmaz hüququdur. Lakin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun “İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması” barədə 13-cü maddəsində göstərildiyi kimi “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqan (qurum) və elmi təşkilat tərəfindən iki ay müddətində bu Qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icazəsi ilə davam etdirilə bilər”. Eyni zamanda, Konstitusiyanın “Tarix və mədəniyyət abidələrinin qorunması” 77-cı maddəsində göstərildiyi kimi, Azərbayacan Respublikasında “Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur”.

Göründüyü kimi, “Şəhərgah” yaşayış yeri” ilə əlaqədar qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bəs problemi necə həll etməli? Ləngimədən (çünki təsərrüfat işləri aparılarkən bəlkə də hər gün bu ərazidə bu nəhəng qədim arxeoloji abidənin nümunələri istər-istəməz dağıdılır) “Şəhərgah” yaşayış yeri”nə aid pay torpaqlarını başqa ərazidə pay torpaqları ayırmaqla kompensasiya etməli və “Şəhərgah” yaşayış yeri” Dövlət qoruğu kimi pasportlaşdırılmalıdır.

Nəhayət, həmin ərazidə əkin sahələrindən əldə olunan maddi sərvətin həcmini hesablamaq mümkündür. Bəs həmin ərazidə torpağın altında gizlənən “Şəhərgah” yaşayış yeri” tarixi-arxeoloji abidənin, bu milli tarixi sərvətin və irsin dəyərini kimsə hesablaya bilərmi? Əsla! Çünki bu arxeoloji abidə Vətənimizin qədim və zəngin tarixindən, xalqımızın burada uzaq keçmişdən məskunlaşdığından və mükəmməl şəhərsalma mədəniyyətinə malik olduğundan xəbər verən milli sərvətdir! Beləliklə, Vətənpərvərlik, Vətənə xidmət və sədaqət Vətən tarixini bilməkdən, Vətən tarixini öyrənmək isə qədim arxeoloji abidələrdən, maddi mədəniyyət nümunələrindən və onları diqqət və qayğı ilə mühafizə etməkdən başlayır. Biz məhz bu yolla gənc nəsildə Vətənsevərlik, doğma yurda bağlılıq və əsl vətəndaşlıq hissi aşılaya bilərik.

Tarix elmləri doktoru,professor Habil Məmmədov




Baxış sayı: 2 826
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30