FACT-INFO.AZ » XƏBƏR » Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub
6-07-2020, 09:45 | XƏBƏR
Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azırbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb dünyasının ən nüfuzlu mətbu orqanı olan Misir Ərəb Respublikasının “Əl-Əhram” qəzetində nəşr olunmuşdur.

Trend in məlumatına görə, məqalədə professor Elman Nəsirov ərəb ictimaiyyətinin diqqətinə çatdırır ki, COVİD-19 pandemiyası bütün dünyanı əsarətə alsa da, hər şeyin bir sonu olduğu kimi, postpandemiya dövrünün də gələcəyi labüddür.

Məqalədə qedy olunur ki , bu dövrü yeni geosiyasi reallqları ortaya qoya bilər. Həmin reallıqlaradan biri də mövcud münaqişələrin həlli prosesində yeni yanaşmalar və imkanların ortaya çıxması gerçəkliyi ilə bağlıdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də istisna təşkil etmir. Ermənistanın mövcud mürəkkəb daxili vəziyyəti və qeyri-müəyən xarici siyasəti belə mülahizə irəli sürməyə əsas verir.

Elman Nəsirov fikrini əsaslandıraraq qeyd edir ki, Ermənistanda siyasi hakimiyyəti 2018-ci ildə zəbt etmiş Nikol Paşinyan və onun komandası əslində “demokratiya pərdəsi” altında siyasi opponentlərə qarşı geniş təzyiq və təqib kamapaniyası aparmaqdadır. Azad söz addımbaşı boğulur. İstənilən fərqli düşüncə süngü ilə qarşılanır. Erməni xalqı hər gün daha çox dərk edir ki, onu inqilabla aldadıblar. Pandemiya dövrü isə, mövcud hakimiyyətin bütün eybəcərliklərinə daha çilpağlığı ilə üzə çıxarmışdır. COVİD-19-un yayılma dinamikasına və miqyasına görə Ermənistan Cənubi Qafqazın “qırmızı zonası” hesab olunur. Paşinyan höküməti yeni reallıqda özünün bütün zəfliyi və çürüklüyünü nümayiş etdirməkdədir. Bu ilk növbədə, Ermənistanda klanlararası mübarizənin kəskinləşməsində özünü göstərir.

Paşinyan əleyhinə “Qarabağ klanı” ölkədəki bütün siyasi müxalifətin birləşdirici həlqəsinə çevrilməkdədir.

Millət vəkilinin fikrincə, Paşinyan iqtidarının qeyri-müəyyən, eyni vaxtda “iki stul”da oturmaq mahiyyəti kəsb edəb xarici siyasət kursu da fiaskoya uğraqmaqdadır. Rusiya siyasi olimpində Nikol Paşinyana qarşı etimadsızlıq mühütü mövcuddur. Təsadüfi deyildir ki, Nikol Paşinyanın hakimiyyətdə olduğu son 2 il ərzində Rusiya Prezidenti Vladimir Putin bir dəfə də olsun belə müttəfiq hesab olan dövlətə-Ermənistana rəsmi səfərə gəlməmişdir. Eyni zamanda Nikol Paşinyan bu siyasətinin qarşılığında Qərbdən də lazımı dəstəyi ala bilməmişdir.

Məqalədə professor Elman Nəsirovun ərəb ictimaiyyətinin nəzərinə çatdırdığ məsələlərdən biri də postpandemiya dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli imkanları və perspektivləri ilə bağlıdır. Həmin məsələ ilə bağlı müəllif xüsusi olaraq vurğuıayır ki, Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında: ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

Eyni zamanda professor Elman Nəsirov münaqişənin həli imkanları ilə bağlı aşağıdakı elmi qənaətini qədirbilən ərəb oxucuları ilə bölüşür; COVİD-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət olunacağını proqnozlaşdırmaq mümkündür. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya “göyərçin”obrazına, ya da “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də, postpandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə “məxməri” olmaya da bilər...

Bir sözlə, istənilən halda postpandemiya dövründə Ermənistanı qorxulu “sürpriz”lərin müşaiyət edəcəyinə inananların sayı daha ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır.




Baxış sayı: 1 454
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30