FACT-INFO.AZ » AKTUAL » Musa Qasımlı: "Paşinyan bu dəfə də rəzil vəziyyətə düşdü"
21-06-2020, 08:35 | AKTUAL
Musa Qasımlı: "Paşinyan bu dəfə də rəzil vəziyyətə düşdü"

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana “Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” deyərək bir daha tərs sillə vurdu və artıq neçənci dəfə tarixi faktlarla onu yerində oturtdu.

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Musa Qasımlı qeyd edib ki, Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan bu fikri haqqında hətta kitablar yazmaq olar. Mənbələr sübut edir ki, N.Paşinyanın və ümumiyyətlə, erməni xadimlərinin terror əleyhinə və irqçilikdən danışmağa mənəvi haqları yoxdur. Nə üçün? Şərh və təhlil etmədən rus və erməni mənbələrində olan saysız-hesabsız konkret tarixi faktlardan yalnız bir neçəsinə nəzər yetirək. Məlumdur ki, Cənubi Qafqaza terroru regiona gəlmə olan ermənilər özləri ilə gətiriblər. 1886-cı ildə yaradılan Qnçak siyasi, terror təşkilatının proqramında birmənalı olaraq yazılırdı: “Terror inqilabi təbliğatı mühafizə etmək üçün özünü müdafiəyə və idarəçilərin zərərli hərəkətlərinə qarşı silaha xidmət etməlidir”. 1890-cı ildə erməni iri ticarət-sənaye burjuaziyasının nümayəndələrinin Tiflisdə yaratdıqları Erməni İnqilabi Partiyası Daşnaksütyunun 1894-cü ildə qəbul edilən ilk proqramında yazılırdı: “...hər yerdə erməni xəyanətkarlarını öldürmək və digər terror təşkilatları ilə əlaqə qurmaq”. Terrordan danışan N.Paşinyan hər halda babalarının qurduğu təşkilatın proqramını oxumamış deyil. O da aydındır ki, həmin vaxt Cənubi Qafqazda azərbaycanlıların və gürcülərin siyasi təşkilatları hələ yaradılmamışdı. Bu isə o deməkdir ki, erməni cəmiyyətinin formalaşmasının təməlində terror dayanıb və üzvləri potensial terrorçudur. Bunu erməni xadimlərinin özləri də etiraf edirdilər. Məsələn, daşnakların “Droşak” (“Bayraq”) qəzeti daşnak terrorçusu Martiros Çarıxçıyana həsr etdiyi məqaləsində həmin həqiqətləri aşağıdakı kimi ifadə edərək yazırdı: “Erməni həyatı inqilabi fikirləri həqiqi və zəruri olaraq əks etdirən bir tip istehsal etmiş və hazırlamışdır. Bu, terrorçudur və təhdid edən tipidir”.

Gerçəkdən də erməni cəmiyyətində ictimai mövqeyi və təhsilindən asılı olmayaraq hər bir kəs ya terrorçudur, ya da potensial terrorçudur. Azərbaycanlılara qarşı olan terror aktlarının üstündən bilərəkdən keçərək erməni terrorçularının Cənubi Qafqazda çalışan rus, gürcü və yəhudi əsilli məmurlara qarşı törətdikləri terror aktlarından bir neçəsini diqqətə çatdırmaq istəyirəm. 1903-cü ildə erməni terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsınə sui-qəsd etdilər, lakin o, sağ qaldı. Daşnaksütyunun üzvləri olan müəllimlər Semyon Qarayan və Xeço Ryabyan 1904-cü ildə Eçmiadzin qəza rəisi Şmerlinqi öldürdülər. Şagirdlərə dərs verən və müəllim adını daşıyan bu şəxslərin terror aktı törətməsi “Droşak” qəzetinin yazdığını bir daha təsdiq edirdi. Həmin ildə erməni terrorçuları Yelizavetpol şəhərində pristav Abramoviçi, Qars şəhərində Qars briqadası sərhəd dəstəsinin 1-ci bölməsinin rəisi polkovnik Bıkovu, ermənilərin silah daşımasına mane olan Sürməli qəza rəisi Boquslavskini, Şuşada jandarma zabiti Podşivalovu, Aleksandropol şəhər polis pristavı Naşanskini, polis işçisi Saxarovu, Şuşada vergi inspektoru Şerbakovu, erməni işinə xəyanət etdiyi üçün Nuxada Vartanovu, terror təşkilatlarına pul vermədiyi üçün Bakıda tacir A.Adamovu, Qarsda jandarma idarəsinin tərcüməçisi Qrozdevi, Eçmiadzin qəzasında erməni kilsəsinin əmlakını mühafizə edən Savini, Eşmiadzin şəhərində mühafizəçi Qonçarenkonu, Eçmiadzin pristavı Qulielini, Karsda polis işçisi Xerxulidzeni və başqalarını öldürmüşdülər.

1905-ci il hadisələrinin gedişində Bakı qubernatoru M.A.Nakaşidzenin öldürülməsi üçün Daşnaksütyun 35 min rubl pul ayırmışdı. 1905-ci mayın 11-də gündüz saat 3-də Parapet küçəsi ilə Vrangel küçəsinin kəsişdiyi yerdə hərəkət edən knyaz M.A. Nakaşidzeyə erməni terrorçuları bomba atdılar. Ağır yaralanan qubernator mayın 18-də öldü. Bu terror işi ilə bağlı Daşnaksütyunun yaydığı proklamasiyada yazılırdı ki, qəsd droşakistlər tərəfindən həyata keçirilib. Qətldən az sonra yaydığı “Erməni xalqına müraciətində” Daşnaksütyun qeyd edirdi ki, artıq Nakaşidze yoxdur. M.A.Nakaşidzeni öldürən 4 nəfər erməniyə - Şuşa şəhər sakini Simon Balasanova, Bakı şəhər sakini Georgi Mayramova, İran təbəələri Petros Saxakyansa və Levon Arutunova və Naxçıvan qəzasından olan Minas Aqayansa məhkəmənin qərarı ilə ölüm hökmü verildi. Lakin sonralar ölüm hökmü ləğv edildi və hər biri 15 illik katorqaya göndərildilər. Qətldə iştirak edən beşinci adam –həddi-buluğa çatmamış Minas Aqayans isə yalnız 1907-ci ildə mühakimə olundu və bəraət aldı. Bu terror aktında iştirak edən həddi-buluğa çatmamış Minas Aqayansın olması da “Droşak” qəzetinin yazdığını təsdiq edirdi. Yəni, erməni cəmiyyətində müəllim də, şagird də terrorçudur və ya ola bilər.

1905-ci il fevralın 7-də Daşnaksütyun general Əlixanovu, qəza rəisi Pavlovu, polis işçiləri Cavaxovu, Şumakeviçi və başqa şəxsləri öldürdü.

Erməni terrorçuları 1906-cı il iyunun 17-də Yelizavetpolda vağzalyanı sahədə pirstav Murovskini öldürdülər. Yelizavetpol quberniyasının qubernatoru Kalaçev 1906-cı il 16 noyabr tarixli şifrəli teleqramında Qafqaz canışınliyinin xüsusi şöbəsinin rəisi polkovnik Babuşkinə yazırdı: “1905-ci il fevralın 1-dən 1906-cı il mayın 1-dək Yelizavetpol quberniyasında terror aktları nəticəsində 1 qəza rəisinin köməkçisi, 4 pristav, 1 jandarma işçisi 23 mühafizəçi öldürülmüş, 6 mühafizəçi yaralanmışdır”.

Yelizavetpol qəza rəisi podpolkovnik Avaliani qəzada Daşnaksütyünu ləğv etməkdə israr etdiyi üçün 1907-ci ildə Yelizavetpol qəzasından olan terrorçular Arutun Xaçaturov və Şuşa qəza sakini Asatur Davıdov tərəfindən qətlə yetirildi. Bakıda daşnak mətbəəsini aşkar etdiyi üçün pristav Narışkin, nəzarətçilər Qrin və Kalaşnikov, az sonra polismeyester Şervud və 3 pristav Daşnaksütyunun göstərişi ilə öldürüldü.

Rusiya mənbələrindən aydın olur ki, vəzifələrinə uyğun olaraq şəxslərin öldürülməsi üçün terrorçulara verilən pul da fərqli olurdu. Bununla bağlı olaraq “Tverskoe Povoljye” qəzeti 1908-ci il 28 sentyabr tarixli sayında yazırdı ki, şəhər polis idarəsinin aşağı rütbəli işçisini öldürmək üçün 5 rubl, həbsxana nəzarətçisini öldürmək üçün 15 rubl, pristavı öldürmək üçün 25 rubl pul verilir. Tiflis quberniya jandarma idarəsinin 1908-ci il 31 dekabr tarixli 5428 №-li tamamilə məxfi məktubunda yazılırdı ki, hər bir terrorçuya ayda 45 rubl maaş və hər bir terror aktına görə isə məbləği müəyyənləşdirilməyən qonorar verilir. Ümumiyyətlə, 1905-1908-ci illərdə daşnaklar 47 siyasi qətl törətmişdilər. 1908-ci il iyulun 1-dən 1909-cu il iyulun 1-dək Qafqaz diyarının quberniya və vilayətlərində 348 daşnak istintaqa cəlb edilmiş və həbs olunmuşdu. Erməni ünsürü qorxu altında terror təşkilatlarına ianələr verirdi. Rəis İ.Şeqlovitov Qafqaz canişini Vorontsov-Daşkova 1909-cu il iyunun 11-də göndərdiyi 31248 №-li məxfi məktubunda yazırdı: “…heç şübhəsiz, bu ianələr dinc erməni əhalisini terrorizə edən güclü bir partiyanın adətən qorxulu təsiri altında edilmişdir”. Bu faktın özü də təsdiq edir ki, erməni cəmiyyətinin formalaşmasında terror amili mühüm rol oynayıb və təməlində terrorçuluq dayanır.

Birinci Dünya müharibəsi illərində “könüllü” adı altında təşkil edilən erməni silahlı dəstələrinin başında məşhur terrorçular dayanırdı. Çar hakimiyyət orqanlarının 1915-ci il 5 may tarixli 167800 saylı tamamilə məxfi sənədində bununla bağlı olaraq yazılırdı: “Silahlı dəstələrin başına Andranik məşhur terrorçuları təyin etdi”.

Erməni terror-siyasi təşkilatları gürcülərə nifrət edirdilər. Gürcü dilində Tiflisdə nəşr edilən “Saxalxo-Purçeli” qəzeti 1916-cı il 22 aprel tarixli 556-cı sayında yazırdı ki, ermənilər Gürcüstanda hələ möhkəmlənmədikləri bir zamanda erməni–gürcü münasibətləri kəskin deyildi. Zaman-zaman Gürcüstanda ermənilər iqtisadi cəhətdən möhkəmləndilər. O zaman bir-birinə zidd olan iki dünyagörüşü toqquşdu. Erməni plutokratiyasının istəkləri və arzularının hüdudu yoxdur. Ermənilərə qarşı mübarizə gürcü millətçiliyinin yeganə predmetidir. Gürcü millətçiliyi erməni təhlükəsindən xalqını xilas etmək niyyətindədir. Qəzet qeyd edirdi ki, ermənilər gürcülərlə dost münasibətlərdə deyillər. Ermənilərin gürcülərə olan mənfi münasibəti irqçilikdən başqa bir şey deyildir.

Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət türk, azərbaycanlı torpaqlarında qurulduqdan və Azərbaycan tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq verdikdən sonra daşnaklar soyqırımı və terroru dövlət siyasətinə çevirdilər. Rəsmi sənədlər deyilənləri sübut edir. Belə ki, 1918-ci ildə Ararat Respublikasında 1 milyon 200 min nəfər əhali var idi, 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə ölkədə cəmi 770 min nəfər qalmışdı. 1918-1920-ci illərdə Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5 faiz azalmışdı. Türklər 77 faiz, kürdlər 98 faiz, yezidi kürdlər 40 faiz azalmışdı. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77 faiz azalmışdı. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98 faiz azalmışdı. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40 faiz azalmışdı. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7 faiz azalmışdı. Digər millətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43 faiz azalmışdı. Əsl irqçilik bu deyilmi?

Yuxarıda göstərilən faktlar, həmçinin 1920-ci ildə Azərbaycan dövlət xadimlərinin öldürülməsi, 70-ci illərdə Moskvada metro stansiyasının, Bakıda 106 nömrəli marşrut avtobusunun partladılması, 70-80-ci illərdə türk diplomatlarına, binalarına, dünyanın müxtəlif ölkələrinin paytaxtlarında hava limanlarında törədilən partlayışlar, Azərbaycana qarşı hərbi təcavüz etdikdən sonra mülki əhaliyə qarşı törədilən terror aktları, İrəvanda və başqa yerlərdə terrorçulara abidələrin qoyulması, adlarına orden və medalların təsis edilməsi və yüzlərlə digər fakt bir daha təsdiq edir ki, hansı partiyanın və şəxsin hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistanda dövlət siyasətinə çevrilmiş terrorçuluq ənənəsi davam etdirilir.

Başqa bir millətin yaşaması üçün şərait olmadığından Ermənistan bu gün monoetnik əraziyə çevrilib. Belə vəziyyət irqçilik siyasətinin konkret nəticəsidir. Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq – terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir.




Baxış sayı: 1 661
Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00 Zelenski ABŞ-dən "Patriot" raketlərinin ən azı 5 faizini Ukraynaya satmağı xahiş edib 13-08-2026, 10:30 İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi 13-08-2026, 10:00 BDYPİ piyadalara müraciət edib: “Yol təhlükəsizliyi hər kəsin düzgün davranışından başlayır” 13-08-2026, 10:00 Türk dünyasında diasporun rolu müzakirə edilib 13-08-2026, 10:00 Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir 13-08-2026, 09:30 Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb 12-08-2026, 21:00 "Onun adındakı işıq"  12-08-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31